Nigar Fərhad xaricdə təhsil adı ilə vətəndaşları aldadıb? Video
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Bir qrup vətəndaş “Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.
Axşam.az xəbər verir ki, şikayətçilərdən Aliyə Əfəndiyevanın sözlərinə görə, sosial şəbəkələrdə şirkətin reklamlarını görüb, müraciət edib. O bildirib ki, üç övladının Kanadada təhsil alması üçün mart ayında Nigar Fərhadla müqavilə bağlayıb.
“17 min manat ödəyib müqavilə bağlamışdım. İndi isə nə özü, nə də əməkdaşları cavab verirlər. Əlimdə sənədlərimlə qalmışam”.
Ramin Bedimirzadə də ABŞ-də təhsil almaq üçün müqavilə əsasında 4350 manat ödədiyini bildirib. Onun sözlərinə görə, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləği geri ala bilib.
“Dedik ki, pulu yarı-yarı verək. Dedilər alınmır, hamısını verməlisiniz. Pulu verdik, indi də yoxdular” deyə, o əlavə edib.
Şikayətçilər bildirir ki, zərərçəkənlərin sayı çoxdur və dəymiş zərərin məbləği də kifayət qədər böyükdür.
Onlar başlarına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Baxış sayı:187
Bu xəbər 21 İyul 2026 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















