Icma.az
close
up
RU
Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan SƏRT REAKSİYA

Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan SƏRT REAKSİYA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Əməkdar artist Fərqanə Qasımova ilə Avroviziya qalibimiz Nigar Camal arasındakı qalmaqal gündəmi zəbt edib. 
Bizim.Media Fərqanə Qasımovanın Nigarın yazdıqlarına reaksiyasını öyrənmək üçün onunla əlaqə saxlayıb. 
Lakin telefona sənətçinin atası, Xalq artisti Alim Qasımov cavab verib. 
O, qızı ilə Avroviziya qalibinin mübahisəsi haqqında bunları söyləyib:
“Sizin Fərqanə xanımın musiqisinə, sənətinə, ailəsinə və mənə hörmətiniz varsa, niyə zəng edirsiz? Özünüz bizim əvəzimizdən cavab verə bilərsiniz o xanıma. Mövqe budur ki, Fərqanə xanım demək istəyib  ki, hərə özünə cavabdehdir. Hamını qatmaq olmaz, “hamı belə gəzə bilər” demək olmaz. Onda mən də deyim ki, hamı mənim kimi oxusun. Düz söhbət deyil. Siz öz insafınız, öz Allahınızla, onlara cavab yazın. Onda biz də açıqlama vermirik”.
Qeyd edək ki, F. Qasımova “axsam.az”ın instaqram hesabında Nigar üçün “Kəsmə yollarla önə getmək əlbəttə çox rahatdır -  türk qardaşlarımız demişkən”, - deyə, rəy bildirib.
Bundan sonra Nigar instaqramda ona bu cavabı verib:
““Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucaya qaldırmaqla tanınmışam. Bunu da uca Azərbaycan Dövləti hər zaman dəyərləndirib.
Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Mən səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm. Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz. Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər.
Bunun üçün heç kimdən icazə almağa ehtiyacı yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri