Icma.az
close
up
RU
Nigarın “oğluma atasız qız almaram” sözündə Ramiz Mehdiyev detalı İlginc

Nigarın “oğluma atasız qız almaram” sözündə Ramiz Mehdiyev detalı İlginc

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kanal S”-in aparıcısı Nigar Fərhadın efirdə “oğluma atasız qız almaram” deməsi ictimaiyyətdə tənqidlə qarşılanıb və televiziyaların acınacaqlı vəziyyətini növbəti dəfə gündəmə gətirib. Ümumiyyətlə, nə baş verdi ki, telekanallarda yayımlanan verilişlər hazırkı duruma düşdü?

Globalinfo.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib ki, sovet dövründə təkcə AzTV-1 var idi və ora yalnız səviyyəli şəxslər gələ bilərdilər.

Onun sözlərinə görə, əvvəllər dövlət televiziyasında verilişdə iştirak etmək, aparıcı olmaq çətin idi:

“Çətin olduğu üçün də efirə seçmə insanlar çıxa bilirdi. Zamanla müstəqil kanallar yarandı, müstəqil fikirlər səsləndirildi və fikir müxtəlifliyi əmələ gəldi. Daha sonra dövlət strukturunda sovet dövründən qalma “bolşevikbaşlar” və “rusbaşlar” fikir müxtəlifliklərini görüb, onların siyasətinə mane olacaqlarını anlayaraq, başladılar KİV və televiziyaları ələ keçirməyə. Orada da aşağı səviyyəli şouları, səviyyəsiz insanları təbliğ etdilər. Beləliklə, yavaş-yavaş cəmiyyəti həll olunası məişət və sosial problemlərindən uzaqlaşdırmağa çalışdılar. O zaman tənqid məsələsində KİV və televiziyaların rolu böyük idi. Nəhayət, həmin bolşevik və “rusbaşlar” işi o vəziyyətə gətirdilər ki, artıq özləri də bu səviyyəsizlikdən bezdilər. Mən Ramiz Mehdiyevi nəzərdə tuturam. Mehdiyev böyük bir məqalə ilə çıxış etdi ki, Azərbaycan televiziyalarının səviyyəsi aşağıdır, buna qarşı mübarizə aparmaq lazımdır və s. Halbuki bütün mövcud səviyyəsiz vəziyyəti özü yaratmışdı. İndi həmin məqamlar hələ də davam edir”.

E.Şıxlı deyib ki, bu gün ənənəvi medianı sosial şəbəkələr əvəz edir:

“Sosial şəbəkələrdə nə qədər səviyyəsiz, amma şərh və baxış toplayan ünsürlər varsa, televiziya rəhbərləri öz televiziyalarının populyarlığı üçün həmin o səviyyəsiz adamları ekran qarşısına çıxarırlar. Nəticədə biabırçı vəziyyət yaranır. Maraqlıdır ki, daha aşağı səviyyəli və mədəniyyətsiz aparıcılar var, amma onlara fikir verilmir. Lakin naməlum səbəbdən burda bircə o şəxsi (Nigar Fərhad – red.) insanların heysiyyətinə toxunmaqda günahlandırırlar. Problem bir aparıcı və ya bir kanalda deyil”.

Ekspertin fikrincə, efirdə baş verən səviyyəsizliyin qarşısını almaq artıq çətin məsələdir:

“Bu adamları efirə buraxmaq lazım deyil. Bir reallıq da var ki, indi sosial şəbəkələr dövrü olduğuna görə televiziyanı izləyənlər azdır. Şəxsən mən o verilişlərə baxmıram. Çünki orda maarifləndirici, mənalı bir şey yoxdur. Səviyyəli verilişlər də bu cür zir-zibilin arasında itib-batır. Cəmiyyətin səviyyəsi dəyişməlidir. Maraqlıdır ki, ciddi söz deyəndə 5 nəfər baxır, axmaq nəsə deyəndə 125 nəfər. Ona görə də 5 nəfər ciddi söz deyən insana heç kim fikir vermir, ciddi qəbul etmir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Aprel 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri