Nigeriyada 37 nəfərin ölümü ŞÜBHƏLİDİR...
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Nigeriyanın qərbində yerləşən Niger əyalətində faydalı qazıntıların qanunsuz hasilatında şübhəli bilinərək saxlanılan ən azı 37 nəfər nəzarət altında olarkən həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli TVC telekanalı məlumat yayıb.
Saxlanılan şəxslərin mühafizəsinə cavabdeh olan Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun nümayəndələri bildiriblər ki, ölümün dəqiq səbəbi hələlik məlum deyil. Cəsədlər məhkəmə-tibbi ekspertizadan keçirilməsi məqsədilə Minna şəhərindəki xəstəxanaya aparılıb.
Niger ştatının qubernatoru Məhəmməd Umaru Baqo qeyd edib ki, ilkin ehtimallara əsasən, ölümə qurğuşun zəhərlənməsi və ya boğulma səbəb ola bilər. O vurğulayıb ki, saxlanılan şəxslərin ölüm səbəbləri hazırda istintaq tərəfindən araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 Sentyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















