NİİM: Düzgün ara məsafəsinin saxlanılmaması və sürət qəzalara səbəb olur
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 noyabr, AZƏRTAC
Yağışlı havalarda qəza riski daha çox artır. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamaq üçün qaydalara əməl edilməlidir. Təəssüflər olsun ki, yağışlı havalarda bəzi sürücülərin qaydalara əməl etməməsi səbəbindən paytaxt yollarında qəzalar baş verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, xüsusilə də yük avtomobillərinin iştirakı ilə qeydə alınan qəzaların təhlili göstərir ki, hadisələrin baş verməsinə əsas səbəb düzgün ara məsafəsinin saxlanılmaması və sürüşmə riskini nəzərə almadan nəqliyyat vasitəsinin sürətlə idarə edilməsidir. “Bu cür havalarda yollarda sürət aşağı düşdüyündən baş verən qəzaların və texniki nasaz avtomobillərin yolda qalması da yaranan nəqliyyat sıxlığının müddətinin artmasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməlidir”, - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 17 Noyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















