Nikahdan kənar doğulan uşaqlar dedikdə, bu, arzuolunmaz uşaq anlamına gəlməməlidir
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rəsmi statistikaya görə Azərbaycanda uşaqların 15 faizi nikahdan kənar doğulur.
Bəs nikahdan kənar doğulub, istənilməyən uşaqlar sığınacaqlara yerləşdirilir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, nikahdan kənar doğulan uşaqlar dedikdə bu, arzuolunmaz uşaq anlamına gəlməməlidir.
"Belə uşaqların əksəriyyəti adi ailədə doğulan uşaqlar olur. Sadəcə bu ailələr dini nikah, yaxud nikah qurmamış ailələrdir. Sığınacağa daxil olan uşaqlar arasında belə uşaqlar olur, lakin onların valideynləri nikahdan kənar doğduqlarına görə deyil, əri tərəfindən zorakılığa məruz qalan, yaxud hər hansı asılılığı olan, cinayət törətmiş şəxslər və ailə üzvləri tərəfindən baxımsız qalan uşaqlardır", - deyə o bildirdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 13 Mart 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















