Icma.az
close
up
RU
Menu

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Nikahlar artır, boşanmalar azalır: səbəblər nədir?

Nikahlar artır, boşanmalar azalır: səbəblər nədir?

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 953 nikah və 6 784 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib.

Rəqəmlərə əsasən, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a qədər azalıb. Görünən odur ki, nikah göstəriciləri artma, boşanma göstəriciləri isə azalma meyli nümayiş etdirir. Bu dinamika ilk baxışdan pozitiv sosial dəyişiklik kimi qəbul olunsa da, arxa planda daha kompleks sosial və psixoloji faktorların durduğu ehtimal edilir.

Sosioloqların fikrincə, nikahların sayında müşahidə olunan artımın əsas səbəblərindən biri pandemiya dövründə təxirə salınmış nikahların 2023-cü ildən etibarən reallaşdırılmasıdır. Xatırladaq ki, COVID-19 pandemiyası illərində bir çox cütlük toylarını və nikah mərasimlərini ya ləğv etmiş, ya da qeyri-rəsmi şəkildə, yalnız ailə dairəsində qeyd etməyə məcbur olmuşdu. Karantin rejimi, qadağalar, sosial məsafə tələbləri və iqtisadi qeyri-sabitlik səbəbilə nikaha daxil olma qərarı təxirə salınmışdı.

Lakin 2023-cü ildən başlayaraq ölkədə sosial və iqtisadi sabitlik qismən bərpa olunub. Tədbirlərə icazələrin verilməsi, şadlıq evlərinin yenidən fəaliyyətə başlaması, toy bazarının aktivləşməsi və gənclər arasında nikaha marağın artması nəticə etibarilə rəsmi nikahların sayına da birbaşa təsir göstərib.

Digər tərəfdən, toy sənayesinin canlanması da bu artımı şərtləndirən mühüm faktorlardan biridir. Bankların toy kreditləri təklif etməsi, şadlıq saraylarının müxtəlif endirim kampaniyaları, restoran və musiqi xidmətlərinin geniş çeşiddə əlçatanlığı cütlüklərin nikaha daxil olmasını asanlaşdırır.

Eyni zamanda, son illər ailə dəyərlərinin, valideyn məsuliyyətinin və milli-mənəvi birlik prinsiplərinin müxtəlif səviyyələrdə, o cümlədən mediada, sosial şəbəkələrdə, təhsildə və dini tribuna vasitəsilə təbliğ olunması da nikahların artmasına səbəb olan amillər sırasındadır. Gənclər arasında ailə qurmağa dair pozitiv düşüncə tərzinin gücləndirilməsi nikah qərarlarını daha tez və qətiyyətlə qəbul etməyə imkan verir.

Sosioloqlar qeyd edir ki, statistik artımı izah edən mühüm faktorlardan biri də son aylarda gündəmə gəlmiş qohum nikahlarının qadağan olunması ilə bağlı qanunvericilik dəyişiklikləridir. Məlum olduğu kimi, 2025-ci il 1 iyul tarixindən etibarən birinci və ikinci dərəcəli qohumlar arasında nikahların bağlanması qanunla qadağan ediləcək.

Bu xəbərin yayılması cəmiyyətin bəzi təbəqələrində təşviş və tələsik qərarlarla müşayiət olunub. Xüsusilə qohum olan nişanlı cütlüklər arasında nikahın qanuni şəkildə baş tutması üçün "qanun qüvvəyə minməmiş evlənək" psixologiyası müşahidə olunub. Bu da qısa müddətdə nikah statistikasında süni sıçrayış yaradıb.

Halbuki hüquqşünasların da bildirdiyi kimi, qanunvericilik dəyişiklikləri adətən geriyə dönük qüvvəyə malik olmur, yəni 1 iyula qədər baş tutmuş nikahlar bu qadağaya daxil edilmir. Lakin bu hüquqi incəliklərin cəmiyyətin hər təbəqəsinə düzgün və aydın şəkildə çatdırılmaması müəyyən təşvişin və "tələsik nikahların" yaranmasına yol açıb.

Bu fenomen, qısamüddətli dövr üçün nikahların sayında artım yaratsa da, dayanıqlı demoqrafik artım kimi qiymətləndirilməsi ehtiyatlı yanaşma tələb edir. Statistikanın ilin ikinci yarısında necə dəyişəcəyi bu amilin təsirini daha dəqiq göstərəcək.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev "Yeni Müsavat"a danışıb: "İlin sonunda statistik qiymətləndirmə daha dəqiq olacaq. Çünki bəzi faktorlar var ki, onlar nikah və boşanmaların sayına təsir edir. Məsələn, may ayında adətən cəmiyyətimizdə bu ayın uğursuz hesab edilməsi səbəbindən toylar az keçirilir. Buna görə də insanlar daha çox may ayına qədər və may ayından sonra nikah və toylarını planlaşdırırlar. Hazırkı statistikada müşahidə olunan artım da bu amillə izah oluna bilər.

Digər tərəfdən, məlum olduğu kimi, iyulun 1-dən etibarən qohum nikahlarının qadağan olunması ilə bağlı qanun qüvvəyə minir. Bu səbəbdən bəzi insanlar maksimum çalışırlar ki, həmin tarixədək nikaha girsinlər.

Boşanma sayının azalmasına gəlincə isə, hesab edirəm ki, Azərbaycan hazırda əslində boşanma "bumu" yaşayır. Yaxın vaxtlarda ölkəmizdə boşanmaların sayında azalma müşahidə olunmayacaq, əksinə, artım tendensiyası güclənəcək. Təəssüf ki, müxtəlif platformalar, xüsusilə sosial media və bəzi xarici nümunələr, o cümlədən Türkiyədə və digər ölkələrdə keçirilən "boşanma partiləri" bu tendensiyanı daha da dərinləşdirir.

Bəzi məşhurların, o cümlədən fəxri ad daşıyan sənətçilərin "boşandıqdan sonra gözəlləşdim" kimi çıxışları, yaxud xəyanətə xəyanətlə cavab verilməsini təşviq edən bəyanatlara efirdə yer verilməsi, əslində ailə dəyərlərinin dağıdılmasına xidmət edir. Bu, dolayısı ilə boşanmalara təşviq deməkdir.

Hesab edirəm ki, bu gün cəmiyyətimizdə düşüncə transformasiyası baş verir. İnsanlar getdikcə daha eqoist ruh halına köklənir və bu da boşanma hallarının artmasına səbəb olur. Təəssüf ki, hazırda 50 yaşdan yuxarı insanlar, eləcə də övladları olan ailələr arasında da boşanmalar baş verir. Əvvəllər bu hallar nadir idi, lakin indi insanlar o qədər eqoistləşiblər ki, hətta uşaq məsuliyyətini düşünmədən boşanmaq qərarına gəlirlər".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 İyun 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see273

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see250

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see242

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see235

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see232

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see231

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see222

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see216

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see215

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see212

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see211

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see209

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see208

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see207

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see197

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see191

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see188

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see185

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see176

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri