Icma.az
close
up
RU
Nikahlar rəqəmsal formada qeydiyyata alınacaq YENİLİK

Nikahlar rəqəmsal formada qeydiyyata alınacaq YENİLİK

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platforması vətəndaşlara daha bir xidmət təqdim edir.

Bakıvaxtı.az xəbər verir ki, artıq vətəndaşlar “mygov” tətbiqi vasitəsilə nikahlarını rəqəmsal formada qeydiyyata ala bilərlər.

Qeyd edək ki, bu xidmətin “mygov” platformasına inteqrasiyası İRİA və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı ilə baş tutub.

Bu prosesə başlamaq üçün nikaha daxil olacaq vətəndaşların əvvəlcə tibbi müayinədən keçmələri zəruridir. Müayinədən 14 gün sonra qan analizi nəticələri avtomatik olaraq “mygov” platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar. Bildiriş aldıqdan sonra, nikaha daxil olmaq istəyən vətəndaşlar “mygov” tətbiqində aşağıdakı sadə addımları izləyərək nikahlarını qeydiyyata ala bilərlər:

“mygov” tətbiqinə daxil olun və "Həyat hadisələri" bölməsində yer alan "Ailə qurmaq" seçiminə tıklayaraq və ya "Xidmətlər" bölməsindən "Nikahın qeydiyyata alınması" xidmətini seçərək prosesə başlayın.
Sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açılacaq.
Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək nikah qeydiyyatı üçün müraciətini davam etdirir.
Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçin, məlumatlarınızı təsdiqləyin.
30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status “Tamamlanıb” olaraq göründüyü zaman, 10 AZN məbləğində dövlət rüsumunu ödəyin.
Şəhadətnaməniz hazır olduqda, seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz.
Nikah haqqında şəhadətnaməni fiziki olaraq aldıqdan sonra, vətəndaşlar rəqəmsal formada da “mygov” tətbiqində "Ailə məlumatlarım" hissəsində bu sənədi əldə edə biləcəklər.
Bu yenilik sayəsində vətəndaşlar artıq nikah qeydiyyatını evdən çıxmadan, rahatlıqla və vaxt itirmədən həyata keçirə bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul tarixli Fərmanına əsasən vətəndaşların tələb olunan nikah haqqında şəhadətnamə məlumatlarını “mygov” platforması üzərindən təqdim etməsi onun fiziki daşıyıcısını təqdim etməsi ilə bərabər tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri