Icma.az
close
up
RU
Niko Uilyamsın “Barselona”ya keçidinin niyə baş tutmadığı üzə çıxdı

Niko Uilyamsın “Barselona”ya keçidinin niyə baş tutmadığı üzə çıxdı

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Atletik Bilbao”nun hücumçusu Niko Uilyamsın ötən yay “Barselona”ya keçməməsinin səbəbləri ilə bağlı yeni məlumatlar üzə çıxıb.

İdman.Biz xəbər verir ki, həm Bilbao, həm də Barselona mətbuatında yayılan ziddiyyətli xəbərlərin arxasında gizli danışıqlar, agentin mövqeyi və Joan Laportanın təsadüfi açıqlamaları dayanır.

13 iyun 2025-ci il tarixində klub 25 milyon avroluq ödənişi (təxminən 46,2 milyon AZN) La Liqaya göndərməyə hazırlaşırdı ki, “Espanyol” qapıçısı Joan Qarsiya rəsmən “Barselona”nın oyunçusu olsun. Lakin eyni gün Deko saat 15:00-da “Hotel Torre Melina”da gizli toplantı təyin etmişdi. Burada Niko Uilyamsın agenti Feliks Tainta və ona yaxın bir şəxslə danışıqlar aparılırdı. Bu görüşdə oyunçunun katalon klubuna keçmək istəyi açıq şəkildə ifadə olunur.

Bir həftə əvvəl, 8 iyunda isə Niko Uilyamsın agenti “Bavariya”nın idman direktoru Maks Eberl ilə görüşür və almanlar oyunçunu transfer etməkdə çox israr edirlər. Həmin günün gecə yarısı agent Deko ilə əlaqə qurmaq istəyir, lakin müəyyən səbəblərdən əlaqə qura bilmir. Ertəsi gün danışıq zamanı Deko Barselonada görüş təklif edir və agent bunu tərəddüdsüz qəbul edir. Bu, danışıqlarda üstünlüyün artıq futbolçu tərəfində olmadığını göstərirdi.

“SPORT” görüşün xəbərini dərc etdikdən sonra agent bunu tam şəkildə təkzib edir və guya Barselonaya Billi Eilişin konsertinə görə gəldiyini deyir. Amma jurnalistin sualı onun bəhanəsinin saxtalığını ortaya çıxarır.

Yanında “musiqiçi dost” kimi təqdim olunan şəxs isə əslində Feliks Taintanın yaxın adamı Xuan de Dios Karrasko olub, iki il əvvəl Uilyamsın "Barselona"ya transferi üçün vasitəçilik etmiş şəxs.

Xəbəri Fabrizio Romano və David Ornstein də paylaşır. Agent isə Bilbao mediasına eyni anda təkzib göndərir, bu, görüşün əslində baş tutduğunu dolayı yolla təsdiqləyirdi.

İyulun 3-də axşam Joan Laporta Pedralbesdə restoranda yemək yeyərkən bir fanat soruşur: "Prezident, Niko niyə çətinlik yaradır?"

Laporta cavab verir: "Agent azadolma maddəsi istəyir. Biz 60 milyon avro (111 milyon AZN) ödəyib sonra pulsuz getməsinə imkan verməyəcəyik. Heç nə yekunlaşmayıb"

Bu açıqlama klubun artıq prosesdən narahat olduğunu açıq göstərirdi.

Cəmi 12 saat sonra rəsmi açıqlama yayılır: “Niko Uilyams 2035-ci ilə qədər yenilənmə imzaladı. Yeni azadolma məbləğ 100 milyon avrodur (təxminən 185 milyon AZN)”.

“Barselona” ofislərində isə ciddi məyusluq yaranır. Klub yay boyu transferin mümkün olduğunu düşünürdü.

Dörd ay sonra yollar yenidən kəsişir. Bu şənbə yenilənmiş “Spotify Camp Nou”nun açılışında Niko Uilyams həmin komandaya qarşı oynayacaq. Keçmək istədiyi, amma sonda yenidən “Atletik”i seçdiyi kluba qarşı.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Noyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri