Icma.az
close
up
RU
Nikol Kidman və Şeron Stounun seçimi: Yayın trend saç düzümü

Nikol Kidman və Şeron Stounun seçimi: Yayın trend saç düzümü

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yayın isti günlərində baxımlı görünməklə rahatlıq arasında balans yaratmaq çətinləşir. Açıq saxlanılan saçlar boyun nahiyəsini daha çox isidir, tez formasını itirir və narahatlıq yaradır. Bu səbəbdən yay aylarında saçları toplamaq daha praktik seçim hesab olunur.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bu mövsümün ən rahat və zərif seçimlərindən biri aşağıdan yığılmış hamar topuzdur.

Bu saç düzümü üz və boyun nahiyəsini tamamilə açıq saxladığından isti havalarda daha rahat hiss etməyə imkan verir. Eyni zamanda həm gündəlik geyimlə, həm də klassik ofis üslubu ilə uyğunlaşdırıla bilər.

Belə saç düzümünə rəsmi tədbirlərdə Nikol Kidman və Şeron Stoun kimi məşhurlar da üstünlük verirlər. Hamar şəkildə arxaya yığılmış saçlar yanaq sümüklərini daha qabarıq göstərir və ümumi görünüşə zəriflik qatır.

Bu saç düzümünü ev şəraitində bir neçə dəqiqəyə hazırlamaq mümkündür. Bunun üçün təmiz və azca nəm saça nəmləndirici krem çəkmək tövsiyə olunur. Bu, saçların günəşin təsirindən qorunmasına da kömək edə bilər. Daha sonra saçlar arxaya doğru daranaraq boynun aşağı hissəsində at quyruğu formasında yığılır. Saç burularaq boş topuz halına gətirilir və saç sancaqları ilə bərkidilir.

Sonda bir neçə damcı kosmetik saç yağını ovuclara çəkərək saçın üzərindən yüngülcə keçirmək olar. Bu üsul xırda saçların dağılmasının qarşısını almağa və saçlara daha parlaq görünüş verməyə kömək edir.

Aşağı topuzun üstünlüklərindən biri də saçların həddindən artıq dartılmamasıdır. Çox sıx və hündür at quyruqları uzun müddət istifadə edildikdə baş dərisində gərginlik və narahatlıq yarada bilər. Aşağı və boş topuz isə gündəlik istifadə üçün daha rahat seçimdir.

Toplanmış saçların ucları günəş şüaları və isti, quru hava ilə daha az təmasda olur. Bu da yay aylarında saç uclarının quruması və zədələnməsinin qarşısını müəyyən qədər almağa kömək edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Avqust 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri