Nikol Paşinyan sülh müqaviləsinə razılıq verməyə tələsməlidir ki, Cənubi Qafqazda sabitlik yaransın
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bu sözləri Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk Bizimyol.info xəbər portalına açıqlamasında bildirib. Araşdırmaçı-ekspert qeyd edib ki, Ermənistan 44 günlük savaşda hansı vəziyyətə düşdüyünü unudub.
Elnur Eltürk
“Nikol Paşinyan 9 noyabr atəşkəs bəyanatına getməsəydi, vəziyyət onlar üçün daha dəhşətli olacaq. Bunu özü dəfələrlə bəyan edib. Artıq erməni cəmiyyətində Sarkisyanlara, Köçəriyanlara və onun kimi düşünən avantürist siyasətçilərə yer yoxdur. Bunu seçkilər sübut etdi. Ermənistan sülh sazişinə razılıq verməyə tələsməlidir ki, bölgədə sabitlik güclənsin. Ermənistan bundan yalnız qazanclı çıxa bilər. Nikol Paşinyan sülh siyasətini dəstəkləyərsə, bu siyasət Ermənistan üçün faydalı olar. Bölgədə sabitlik hökm sürməlidir ki, Sarkisyan kimi siyasətçilər at oynada bilməsinlər”,-deyə Elnur Eltürk vurğulayıb.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 06 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















