Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sədri vəzifəsinə yenidən seçilib.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, qərar partiyanın qurultayında keçirilən səsvermənin nəticələri əsasında qəbul olunub.
41 namizəd arasında ən çox səsi Paşinyan toplayıb. Rəsmi açıqlamaya görə, o, 758 səs qazanıb.
Lakin nəticələrin əks olunduğu elektron tabloda 826 səs göstərilib, səslərin yenidən hesablanması davam edir.
Qeyd olunur ki, gizli səsvermədə partiyanın 6 mindən çox üzvü iştirak edib.

Vəhdət Partiyasının yeni sədri seçilib
14 İyun 2025 15:11
Paşinyan partiyasının toplantısını Gorusda keçirir
12 İyul 2025 12:59
Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb
02 Dekabr 2024 16:15
Emoməli Rəhmon yenidən Tacikistan Xalq Demokratik Partiyasının sədri seçilib
18 Dekabr 2024 16:55
Paşinyan sülh müqaviləsi imzalamağa hazırdır
23 Noyabr 2024 12:25

