Icma.az
close
up
RU
Nikol Paşinyanın anti Rusiya mesajları davam edir

Nikol Paşinyanın anti Rusiya mesajları davam edir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Bişkekdə demədiklərini İrəvanda söylədi

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən brifinqdə səsləndirdiyi fikirlərlə növbəti anti-Rusiya demarşına imza atdı. Sentyabrın 1-də Prezident Vladimir Putinlə keçirdiyi görüşə fokuslanmış Nikol, hətta Bişkekdə dilə gətirmədiklərini də dedi. Məsələn, o bildirdi ki, Ermənistan Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanundan imtina etmək niyyətində deyil. Həm də ona görə ki, qanun təşəbbüsü Ermənistanın vətəndaş cəmiyyətindən qaynaqlanır.

“Bu qanunun qəbulu düzgün addım idi. Hazırda gedən prosesi də müsbət qiymətləndirirəm. İndi kim deyir ki, “Bu Ermənistan kimə lazımdır? Onun gedəsi yeri yoxdur” (Belarus Prezidenti Aleksandr Lukaşenkonun növbəti qalmaqallı bəyanatını nəzərdə tutur – red.). Halbuki qanunun qəbulundan əvvəl də belə bəyanatlar səsləndirilirdi”, – deyən erməni hökumət rəhbəri əlavə edib ki, ölkəsinin xarici siyasətdə ciddi uğurlar qazanmasında sözügedən qanunun da köməyi olub. Ən başlıcası isə Paşinyan vurğulayıb: “Bizə tərəfdaşlardan deyən var ki, “bəlkə onu (qanunu – red.) ləğv edəsiniz”. Mən isə daim cavab verirəm ki, bu, mümkün deyil. Çünki söhbət yalnız parlamentin siyasi iradəsindən deyil, həm də Ermənistan xalqının iradəsindən gedir”.

Paşinyan anti-Rusiya demarşı baxımından daha iki məqamın üzərində dayandı ki, onlardan sonra söz açacağıq. Hələlik isə deyək ki, yuxarıda diqqətə çatdırdığımız fikirlərinə nəzərən Nikol ölkəsinin Aİ yolçuluğunu, bir növ, müqəddəs vəzifəyə çevirir. Xatırladaq ki, onun Bişkekdə Prezident Putinlə subliminal mübahisəsində başlıca motiv də Ermənistanın bu yolçuluğunun Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqında təmsilçiliklə uzlaşmaması olmuşdu. Daha doğrusu, Kreml rəhbəri bu məqamı qabartmış və demişdi ki, Aİ ilə Aİİ-nin standartları bir-birindən tamamilə fərqlidir. Putin, eyni zamanda, İrəvanı tez bir zamanda təşkilatlar arasında seçimə, seçimi referendum keçirməklə gerçəkləşdirməyə çağırmışdı. Paşinyan Rusiya liderinin söhbəti nəyə çəkdiyinin fərqinə varmış və Ermənistanın Aİİ-dən çıxmaq niyyəti güdmədiyini, üstəlik, Aİİ-nin sənədlərində üzv dövlətin qurumdan xaric edilməsinə dair hansısa prosedurun yer almadığını vurğulamışdı. Yəni, o, İrəvanın təşkilatdan uzaqlaşdırılmasını siyasi qalmaqala çevirəcəyinin anonsunu vermişdi. Erməni lider həmçinin bildirmişdi ki, indilik Aİ ilə Aİİ arasında seçim zərurəti yoxdur və əgər belə bir zərurət yaransa, İrəvan onun referendumla, yaxud digər yollarla dəyərləndirilməsi məsələsini nəzərdən keçirəcək.

Ümumən, Putinin şəxsində Rusiyanın mövqeyi belədir ki, İrəvan Aİİ-nin dividendlərini Aİ yolçuluğu naminə xərcləməməlidir. Kremlin barəsində söz açdığımız tez bir zamanda seçim məntiqi də buna əsaslanır. Paşinyanın baxışı isə ondan ibarətdir ki, Ermənistan Aİİ-də qala-qala da Aİ-yə doğru can ata bilər. O, brifinqdə məsələnin üzərinə bir qədər fərqli şəkildə gəlib. Nikol bildirib ki, Aİİ-nin heç bir üzv dövləti quruma sədaqət andı içməyib və öz iradəsini sərbəst şəkildə ifadə etmək hüququna malikdir: “Kim deyib ki, Aİİ-yə üzv bütün dövlətlər sədaqət andı içiblər və bu təşkilatın tərkibində bütün mövcudluqları boyu qalacaqlar? Bəli, qərar vermək üçün müddət müəyyənləşdirilib. Əgər biz çıxmağın lehinə qərar versək, bunun baş verməsindən 6 ay əvvəl struktur məsələ barədə məlumatlandırılmalıdır. Biz də bildirmişik ki, bu məntiqə uyğun hərəkət edir və bu reallıqdan çıxış edirik. Ona görə də mövqeyimiz belədir və bu mövqeni daha aydın və qəbuledilən etmək üçün rusiyalı tərəfdaşlarımızla ardıcıl şəkildə işləyirik”.

Göründüyü kimi, Paşinyan söhbəti Ermənistanın Aİİ-dən uzaqlaşdırılmasının yolverilməzliyi üzərinə gətirir. Bu yanaşma özündə konflikt məntiqini daşıyır. Onun Aİİ-yə üzv dövlətlərin öz iradəsini sərbəst ifadə etmək hüququ ilə bağlı fikrinə gəlincə, Baş nazir rəhbərlik etdiyi hökumətin ixrac bazarlarının şaxələndirilməsini dövlət strategiyasına çevirdiyini açıqlayıb və bildirib ki, Rusiya Ermənistandan məhsulların idxalına qoyulan məhdudiyyətləri aradan qaldırsa belə, həmin strategiya davamlı olacaq: “Düşünürəm ki, hətta Aİİ çərçivəsində bütün problemlər aradan qaldırılsa belə, şaxələndirmə bizim strategiyamızdır. Heç nəyə baxmayaraq, biz bu istiqamətdən kənara çıxmamalıyıq”.

Beləliklə, Paşinyan Rusiyanın Ermənistan məhsullarına qoyduğu embarqodan qətiyyən çəkinmədiyini vurğulayır. O, hətta, yaranmış problemin daxili imkanlar hesabına həllini tapacağına əminliyini də bildirir. Söhbət hansı daxili imkanlardan gedir, bu, qeyri-müəyyəndir. Çünki Aİ bazarları hələ Ermənistanın üzünə açıq deyil. Rusiyanın timsalında Aİİ bazarı isə İrəvan üçün bu ilin mayından bağlıdır. Sən demə, erməni məhsulları standartlara cavab vermirmiş və sair ilaxır. Aydındır ki, məsələ siyasi mahiyyət daşıyır. Kreml Aİ-yə can atan Ermənistanı, bir növ, cəzalandırır. Putin-Paşinyan görüşündən sonra isə Rusiya mediası ən böyük cəza barədə söz açıb. Belə görünür, İrəvanın Aİİ-dən çıxarılması məsələsi qətiləşməkdədir. Bu barədə məşhur “Kommersant” nəşri də yazıb. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə Şərq İqtisadi Forumu çərçivəsindəki çıxışında Aİ-yə üzvlük məsələsini Ermənistanın özünün həll etməli olduğunu bildirsə də, diplomatik şəkildə hədə-qorxu gəlməyi də yaddan çıxarmayıb: “Üzvlük məsələsi İrəvanın şəxsi işi və suveren hüququdur. Bizim hüququmuz isə Ermənistanın Aİ ilə yaxınlaşması halında itirəcəyi güzəştlərlə bağlı məsələləri həll etməkdir”.

İndi isə Paşinyanın anti-Rusiya demarşı baxımından vəd etdiyimiz növbəti iki məqamın üzərində dayanaq. Hiss olunur ki, Nikol bu məqamları təsadüfən qabartmır. Söhbət onun Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması və Ermənistandakı Atom Elektrik Stansiyası ilə bağlı dediklərindən gedir. Paşinyan birinci məsələyə dair Prezindent Putinlə heç bir müzakirənin aparılmadığını vurğulayıb: “Bu müddət ərzində biz Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası məsələsini bir dəfə də olsun gündəmə gətirməmişik. Lakin demək olmaz ki, biz onun mövcudluğunu həyati əhəmiyyətli sayırıq. Əgər Rusiya hərbi bazanı Ermənistan Respublikasından çıxarmaq qərarına gəlsə, biz buna etiraz etməyəcəyik. Amma qalmaq istəyini ifadə etsə, bunun da müzakirəsinə hazırıq”.

Bu ilin iyununda Rusiya XİN-dən bazanın çıxarılması ilə bağlı İrəvandan heç bir siqnalının alınmadığı bildirilsə də, qurum rus hərbçilərini Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin əsas elementlərindən biri kimi qələmə vermişdi. Bəli, Paşinyan, faktiki olaraq, bu təqdimatın əleyhinədir, Putin isə məsələyə sanki loyal yanaşır. Hərçənd, Rusiya liderinin mövzuya dair “erməni cəmiyyətinin iradəsi” məntiqinin arxasında nəyin dayandığını müəyyənləşdirmək çətindir. O, Aİ-Aİİ dilemması ilə yanaşı, Gümrüdəki 102-ci hərbi bazanın çıxarılması ilə bağlı da referendum və ya ona bənzər nədənsə söz açsa, heç təəccüblənmərik.

Əlbəttə, sözügedən hərbi bazanın Ermənistan ərazisində qalması və ya qalmaması ölkənin suveren hüququdur. Hərçənd, görünən budur ki, Paşinyan bu hüquqdan istifadəni, bir növ, ehtiyat variant olaraq saxlayır. Yəni, əgər Aİİ müstəvisində İrəvana qarşı sərt addımlar atılsa, Nikol variantdan yararlanacaq. Onun “bu müddət ərzində Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası məsələsini bir dəfə də olsun gündəmə gətirməmişik” fikri belə deməyə əsas yaradır. Sadə məntiq də bunu deyir. Bir halda ki, İrəvan Moskvanın hakim rol oynadığı iqtisadi inteqrasiya modelindən uzaqlaşdırılır, nəyə görə Kremlin təhlükəsizlik sistemində qalmalıdır? Qalmamalıdır və məsələnin daha bir göstəricisi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə ziddiyyətləridir. Yəni ölkə Moskvanın yaratdığı və idarə etdiyi qurumu özünün təhlükəsizliyi baxımından səmərəli görmür və mövcud məqamı durmadan açıqlayır.

Paşinyanın anti-Rusiya demarşı baxımından ikinci məqama, yəni Ermənistandakı Atom Elektrik Stansiyası məsələsinə gəlincə, Nikol bu məsələ ilə bağlı razılığa gəlindiyini açıqlayıb. O bildirib ki, bu ay “Rosatom”un rəhbəri Aleksey Lixaçovu ölkəsində gözləyir. Gözləyir ki, o, Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı irəli sürəcəyi təklifləri təqdim etsin. Amma bir nüans var. “Mən əvvəllər də demişəm ki, bu məsələ bizim üçün geosiyasi seçim deyil. Bizim üçün ən yaxşı qiymət-keyfiyyət nisbəti lazımdır. Kim daha yaxşı təklif verəcəksə, həmin təklifin ardınca gedəcəyik”, - deyən Paşinyanın hansı tərəfin təklifini daha məqbul sayacağı indidən aydındır. Ukrayna müharibəsi səbəbindən çətin duruma düşmüş Moskvanın Nikolun “qiymət-keyfiyyət nisbəti”nin tələblərinə uyacağı real görünmür.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri