Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Nikol Paşinyanın müstəqillik günü subliminalizmi

Nikol Paşinyanın müstəqillik günü subliminalizmi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri nələri dilə gətirdi, nələri demək istədi?

Bəribaşdan deyək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin müstəqilliyinin 35-ci ildönümü münasibəti ilə etdiyi çıxış həm çağırış, həm də subliminal mesaj mahiyyəti daşıyır. Yazımız bu barədədir. Yəni, Nikolun nitqini qeyd etdiyimiz prizmadan dəyərləndirəcəyik.

Beləliklə, N.Paşinyan 35 il əvvələ baxır, 1991-ci ildə Ermənistanda keçirilmiş referendumu yada salır və prosesə ölkə əhalisinin 95,4 fazinin qatıldığını, 94,3 faizinin müstəqilliyi dəstəklədiyini vurğulayıb. “Bəs Ermənistan vətəndaşları niyə demək olar ki, yekdilliklə müstəqilliyə “bəli” dedilər?” kimi rotirik sual səsləndirən Baş nazirin cavabı belə olub: “Yəqin ki, bunun bir səbəbi var idi: onlar azad, təhlükəsiz, demokratik, inkişaf etmiş, firavan və suveren ölkədə suveren vətəndaşlar kimi yaşamaq istəyirdilər”. N.Paşinyanın ardınca səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Ermənistanın dövlət müstəqilliyini əldə etdiyi dövrdən sonrakı zaman kəsiyi, əslində, xəyal qırıqlığı mərhələsi olub. Baş nazir bunu bir qədər fərqli formada bildirir: “Lakin bu təsəvvürlər (demokratiya, azadlıq, firavanlıq və sair – red.) qismən və ya tamamilə puça çıxdı. Çünki müstəqillikdən cəmi 30 il sonra biz belə bir faktla üz-üzə qaldıq ki, azadlıq, təhlükəsizlik, demokratiya, rifah və suverenlik sonu görünməyən münaqişə və vaxtaşırı alovlanan müharibələr şəraitində ya mövcud ola bilmir, ya da tam şəkildə reallaşa bilmir”.

Bəli, Paşinyan, faktiki olaraq, deyir ki, Ermənistan vətəndaşları 35 il əvvəl başladıqları müstəqil dövlət yolçuluğunda avantüraya qapıldılar, müstəqilliyin təməl prinsiplərindən uzaqlaşdılar. Bunun nəticəsində isə ölkə bəlalara düçar oldu. Əlbəttə, Nikol ən böyük bəlanın nə olduğunu dilə gətirmədi və bildirmədi ki, müharibə və münaqişə ritorikası nəinki azadlıq, təhlükəsizlik, rifah və demokratiyanı ikinci plana atdı, eyni zamanda, real suverenliyi heçə endirdi.                        Paşinyan, həmçinin, gerçək müstəqilliyin itirilməsi və avantüraya qapılmaq fonunda Ermənistanın Rusiyadan asılı duruma düşdüyünü, ikincinin vassalına çevrildiyini və belə bir nalayiq durumun 30 ilə yaxın sürdüyünü də söyləyə bilərdi. Görünür, çıxışına kənar siyasi motivlər qatmaq, Kremli qıcıqlandırmaq istəmədiyindən, o məqamlara toxunmadı. Ancaq onun üzərinə gəlib çıxdığı müstəsna cəhət var. Söhbət sülhdən gedir. Paşinyanın fikrincə, azadlıq, təhlükəsizlik, demokratiya, rifah və suverenlik sonu görünməyən münaqişə və vaxtaşırı alovlanan müharibələr şəraitində ya mövcud ola, yaxud tam şəkildə reallaşa bilmirsə, hazırda, yəni müstəqilliyin 35-ci ildönümündə sözügedən dəyərlərin oturuşması üçün zəmin yaranıb. Ona görə ki, ölkə sülh şəraitindədir. “Lakin sülhə və sülh şüuruna biz minlərlə qardaş və bacımızın həyatı bahasına nail olmuşuq”, - deyən Baş nazir sual da səsləndirə bilərdi: bütün bunlara dəyərdimi? Əlbəttə ki, yox!                                                            Ermənistan müasir müstəqillik illərində iki müharibə aparıb. Birinci Qarabağ müharibəsində müvəqqəti uğur qazanıb. İkinci Qarabağ müharibəsində isə rüsvayçı məğlubiyyətlə üzləşib. Hər iki savaş ölkənin ərazisində getməyib. Başqa sözlə desək, müharibə ermənilərin özləri üçün vətən uydurduqları bölgədə - Azərbaycan torpaqlarında baş verib. Hələ hayların psixoz təfəkküründə vətən olaraq təsəvvürə gətirilən başqa ərazilər də var. Nikol da subliminal şəkildə mövcud məqamı diqqətə çatdırır. Bu mənada onun “təxminən 500 il ərzində biz müstəqil dövlət haqqında arzu etmişik” fikirləri maraqlıdır. 

Təsəvvür edin, 500 il dövlət arzulayan toplum 1991-ci ildə dövlət millətinə çevrilir, amma bundan xəbəri olmur. Durum, həqiqətən, faciəvidir və elə indinin özündə də reallığı anlamayan haylar kifayət qədərdir. Paşinyanın pafoslu fikirləri həm onlara, həm də onların arxasıda dayananlara, bir növ, soyuq duş və sərt şapalaqdır: “Bu gün isə arzumuzun reallaşmasını qeyd edirik və bəyan edirik ki, artıq vətən haqqında arzu etməyə ehtiyacımız yoxdur. Çünki Ermənistan Respublikası bizim arzularımızın vətənidir. Bəli, Ermənistan Respublikası bizim arzularımızın vətənidir”.

Sonda N.Paşinyanın Ermənistanın müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş çıxışındakı ən dramatik çağırış və subliminal mesaj barədə söz açaq. Nəzərə alaq ki, müharibələri, hazırkı sülh mühitini xatırladan Nikol bu çağırış və mesajı ilə həm də xəbərdarlıq edir: “Artıq heç vaxt 500 il, beş il, hətta bir il belə müstəqillik və dövlət haqqında arzu etdiyimiz dövr olmamalıdır”. 

Baş nazirin hayların yenidən avantüraya qapılmalarının yolverilməzliyini bildirdiyi aydındır. Ermənilər avantüraya qapılmamalı, Paşinyanın dili ilə desək, hər il, hər gün dövlətə sahib olmağın mahiyyətini anlamalı, bunun özündə nələri ehtiva etdiyini daha yaxşı öyrənməli, ümumən dövlətin, vətəndaş olmağın nə demək olduğunu dərk etməlidirlər. Xatırladaq ki, 35 il əvvəldən indiyədək, bütövlükdə tarix boyu onlarda belə bir anlayış olmayıb. Olmadığı üçün də həmişə alətə çevriliblər. Yaramaz alət ampluasında dayanıb cəzasız qalmaq isə mümkünsüzdür. Çünki alətlərin istifadə müddəti var və onlar müddət bitəndə lazımsız əşya kimi kənara atılırlar.                                

Ermənilər, vəlvələdən, yaxud zəlzələdən, Cənubi Qafqaz coğrafiyasında yaranmış varlıqlarını daimiləşdirmək istəyirlərsə, qövm psixologiyasından çıxmalı, dövlət millətinə çevrilmək istiqamətində səylər göstərməlidirlər. Bu səylər onlara, ilk növbədə, qonşularla normal keçinmək vərdişləri aşılamalıdır. Paşinyanın çıxışı həm də buna çağırışdır. Qalır erməni cəmiyyətinin onun çağırışını dəyərləndirməsi. Hərçənd, bunun elə də asan başa gəlməyəcəyini düşünürük. Ona görə ki, dövlət müstəqilliyinin növbəti ildönümünün qeyd edildiyi Ermənistanda 35 il əvvəlin xiffətini çəkənlər, siyasi sərsəmliyi fəxr və qürur kimi təsəvvürə gətirib ucuz populizmi işə salanlar az deyil. Ən pisi isə budur ki, bəzən bu populizm Nikolun pafosunun pozitiv sədalarını batırır.

Ə.RÜSTƏMOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri