Icma.az
close
up
RU
Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bir müddət əvvəl spiker postundan uzaqlaşdırıldığı üçün “vurulduğu” güman edilən Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub.

''Yeni Sabah'' xəbər verir ki, Simonyan bu vəzifədə Armen Qriqoryanı əvəz edib. Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı sərəncam imzalaması müzakirələrə səbəb olub. Paşinyan hökumətin iclasında Qriqoryanın Təhlükəsizlik Şurasının katibi kimi sonuncu dəfə toplantıya qatıldığını anons etmişdi. 8 il ərzində bu postu tutan A.Qriqoryan qərbyönümlü kadrlardan biri olmaqla yanaşı, Paşinyanın əsas rəqiblərindən sayılırdı.

Məlumata görə, Armen Qriqoryan baş nazirin administrasiyasında ona təklif olunan vəzifəni qəbul etməyib. pizza

Baş nazir Nikol Paşinyan hökumətdə keçirdiyi brifinq zamanı bildirib ki, Qriqoryana baş nazirin aparatında işləməyi təklif edib, lakin o, dövlət qulluğunda karyerasına fasilə verməyə üstünlük verib. “Armen Qriqoryana baş nazirin aparatında iş təklif etdim, amma görünür, o, fasilə götürməyə üstünlük verdi. Mən buna anlayış və hörmətlə yanaşıram”, – Paşinyan bildirib. Qriqoryan isə hələlik susur.

Beynəlxalq məsələlər üzrə ekspert, hüquqşünas Sahib Məmmədov Musavat.com-a bildirib ki, Paşinyan palament çoxluğunu əldə etdikdən sonra yalnız kabineti yeniləməklə kifayətlənmək fikrində deyil: “Görünən budur ki, o, fürsət düşmüşkən bütün hakimiyyət qollarına əl gəzdirməyi” hədəfləyib. Parlamentin ötkəm və öz mövqeyi ilə seçilən sədrini ona daha loyal olan başqası ilə əvəz edir, digər tərəfdən də Alen Simonyanı özünə rəqib etmək də istəmir. Bu baxımdan onu Təhlükəsizlik Şurasının katibi təyin edir. Açığı, mən bilmirəm ki, Ermənistada Təhlükəsizlik Şurasının katibi nə qədər təsirə malik bir vəzifədir, amma bütün hallarda bu da formal olaraq prestijli vəzifə hesab edilir”. Həmin vəzifədə 8 ilə yaxın işləmiş Armen Qriqoryana gəlincə, S.Məmmədov dedi ki, xatırlatdı ki, o, Nazirlər Kabinetinin aparatında işləmək təklifindən imtina edib: “Görünür, onu bu təklif qane etməyib. Ola bilər ki, Qriqoryanı razı salmaq üçün daha üstün vəzifə təklifi də verilə bilər.

Bütün hallarda mən bu təyinat və istefaları Paşınyanın xarici siyasət kursunun dəyişməsi ilə izah etmək istəyənlərin fikirləri ilə razılaşmıram. Paşınyan anlayır ki, yerdəyişmələr zəruridir. Yəqin ki, Paşinyan məhkəmə hakimiyyətinə də gəlib çıxacaq və məhkəmələri də özünə münasibətdə daha da loyallaşdırmağa çalışacaq, baxmayaraq ki, o, bunu hələ özünün birinci səlahiyyəti müddətində etmişdi”. Hüquqşünas bir faktı da xatırlatdı. Bildirdi ki, Paşinyan Konstitusiya Məhkəməsinin rəhbərliyini faktiki olaraq qovmuşdu və özünə münasib Konstitusiya Məhkəməsi üzvlərinin təyinatına nail olmuşdu: “Açığını desək, Paşinyan demokrat olmasa da, demokratiya görünütüsü yaratmaqda o qədər də naşı deyil. Bu baxımdan o, hakimiyyətin hər üç qolunda kadr islanatlarını davam etdirəcək. Bu dəyişikliklər ona həm də hakimiyyətini daha da möhkəmləndirmək üçün lazımdır. O, hələ din mafiyasını da dəf etməlidir”.Musavat.com


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Avqust 2026 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri