Icma.az
close
up
RU
Nikosayağı əfv olunur? Açıqlama

Nikosayağı əfv olunur? Açıqlama

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycanda may ayında əfv sərəncamının imzalanması gözlənilir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Ötən iclaslarda Komissiya 400-dən artıq müraciətə baxıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, əfv olunmaq üçün müraciət edənlərin arasında bir çox tanınmış simalar – sabiq məmurlar, sabiq icra başçıları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Ol və meyxanaçı Rəşad Dağlı, “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli də var.

Bəs bu iddialar nə qədər həqiqətə uyğundur?

Globalinfo.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, hansısa fenomenin əfv siyahısına düşməsi ilə bağlı məlumata malik deyil:

“Bu məsələ Azərbaycan Respublikasının Prezidentinin konstitusion səlahiyyətinə aid bir məsələdir. Kimlərin əfv ediləcəyini yalnız cənab Prezident müəyyən edir. Çünki son qərar dövlət başçısına mənsubdur. Əgər kimsə desə ki, filankəs əfv olunacaq, bu, kökündən yanlış bir yanaşmadır”.

Müsahibimiz əlavə edib ki, bu günə qədər Komissiya 400-dən artıq müraciətə baxılıb və müvafiq qərarlar qəbul edilib:

“Əfv Komissiyasının vəzifəsi məhkumların özləri, yaxınları və vəkilləri tərəfindən edilən müraciətlərə, eləcə də deputatların, QHT-lərin, Ombudsmanın və vətəndaş cəmiyyətinin digər üzləri tərəfindən qaldırılan vəsadətlərə baxmaqdır. Yüzlərlə ərizə daxil olur. Hər bir ərizə diqqətlə araşdırılır və müvafiq qərarların verilməsi üçün rəylər hazırlanır”.

Qeyd edək ki, 1995-ci ildən bu günə qədər Azərbaycanda 70 əfv sərəncamı olub. Bu əfv sərəncamlarından 33-ü ümummilli lider Heydər Əliyev, 37-si isə Prezident İlham Əliyev tərəfindən imzalayıb. Bu əfv sərəncamları bütövlükdə 10 mindən artıq məhkuma şamil edilib.

Xatırladaq ki, Əjdər Ol Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

O, 2022-ci ilin aprelində 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ilin iyulunda isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 8 il 3 aya endirilib.

Nicat Şakirli isə ötən ilin martında 5 il müddətinə azadlıqdan məhrum edilib. Belə ki, 2023-cü ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri