Icma.az
close
up
RU
nin (AİİB) elektron siqaret qadağası ilə bağlı BƏYANATI

nin (AİİB) elektron siqaret qadağası ilə bağlı BƏYANATI

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Ölkəmizdə 08.06.2001-ci ildə "Tütün və tütün məmulatları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu müddət ərzində tütündən istifadənin daha da məhdudlaşdırılması üçün Qanunda bir neçə dəfə dəyişiklik aparılmış və son dəyişiklik 2026-cı ilin 1 fevral tarixində olmuşdur.

BAKU.WS xəbər verir ki, bu barədə "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) elektron siqaret qadağası ilə bağlı bəyanatında qeyd olunub.

Bildirilib ki, qanunda olan son dəyişikliyə görə 2026-cı ilin 1 aprel tarixindən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Qeyd etdiyimiz kimi bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna müvafiq dəyişiklik edilmişdir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə otuz manat məbləğində cərimə əlavə olunmuşdur.

"Azad İstehlakçılar" İctimai Birliyinə(AİİB) qadağanın konkret olaraq hansı məhsullara şamil edildiyi barədə çoxsaylı müraciətlər və suallar ünvanlanır, bəzən cəriməni tətbiq etməyə səlahiyyəti olan qurumların da bu məsələdə yanlışlığa yol verdiyi barədə müraciətlər olur.

AİİB ölkəmizdə müvafiq qanun qəbul edildiyi zamandan başlayaraq istehlakçılar arasında tütündən istifadənin azaldılmasına dair geniş maarifləndirmə işi aparmış, daha təhlükəli filtrsiz siqaret istehsal edən 4 müəssisənin fəaliyyətinin dayandırılmasına nail olmuş, adi və elektron siqaretlərin zərərli olduğu barədə müntəzəm maarifləndirmə aparmışdır.

Qanunda edilmiş son dəyişikliklə əlaqədar tütün istifadəçisi olan istehlakçılar və qanunun icrasına nəzarəti həyata keçirən müvafiq dövlət qurumlarının nümayəndələri bilməlidirlər ki, qadağa yalnız elektron siqaretlərə aiddir və qızdırılan tütün məmulatlarına şamil olunmur. Bu məhsullar qanunvericilikdə iki ayrı kateqoriya kimi müəyyən edilib.

"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanuna elektron siqaretləri qızdırılan tütün məmulatlarından ayırmaq məqsədilə iki maddə əlavə olunmuşdur:

1.0.4-1. qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir.

1.0.4-2. elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

Beləliklə, elektron siqaret qadağası qızdırılan tütün məmulatlarına (məsələn, Terea) və onların cihazlarına (məsələn, IQOS) şamil olunmur.

Eyni zamanda, öncə qeyd etdiyimiz kimi AİİB-ə qızdırılan tütün məmulatlarının "Tütün və tütün məmulatı haqqında" qanunla qadağan olunmayan yerlərdə istifadəsinə görə polis tərəfindən cərimə olunma halları ilə bağlı da məlumatlar daxil olur. Qeyd olunur ki, qızdırılan tütün məmulatları səhvən elektron siqaret hesab edilir və onun istifadəçiləri cərimə olunurlar. Bununla əlaqədar bir daha bəyan edirik ki, qızdırılan tütün məmulatlarından qanunla qadağan olunmamış yerlərdə istifadə heç bir hüquqi məsuliyyət yaratmır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Aprel 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri