Icma.az
close
up
RU
Nitq pozuntuları daha çox kimlərdə olur? Əsas səbəbləriLoqopedlə müsahibə

Nitq pozuntuları daha çox kimlərdə olur? Əsas səbəbləriLoqopedlə müsahibə

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun loqopedi Aytəkin Hacıyevanın müsahibəsini təqdim edir:





- Aytəkin xanım, ilk öncə nitqin insan həyatındakı rolu haqqında məlumat verərdiniz...

- Nitq ünsiyyət zamanı ortaya çıxdığı üçün ilk öncə ünsiyyətin vacibliyini qeyd etmək istəyərdim. Ünsiyyət - kommunikasiyadır. Ünsiyyət zamanı biz öz hiss və duyğularımızı, fikirlərimizi ifadə edir, təhlükəsizliyimizi təmin edirik. Ünsiyyət uşaq anadan olduğu andan ağlayarkən və ananın da ona cavab verməsi ilə başlayır. Ünsiyyətə girmək bacarığı özümüzü bir şəxsiyyət kimi təsdiq etmək və əlaqələr qurmaq üçün vacib amildir.

Ünsiyyətin 2 forması var - verbal və qeyri-verbal. Nitq də ünsiyyətin verbal, yəni sözlə ifadə olunan formasıdır. Nitqdən istifadə bizə ünsiyyət zamanı özümüzü sözlərlə ifadə edə bilməyə, fikirlərimizi söz və cümlələrlə qarşı tərəfə bildirməyə imkan verir.

Nitq insanın ən ali psixi funksiyasıdır. Yəni, nitqin baş verməsində bir çox psixi funksiyalar, məsələn qavrama, təfəkkür, təhlil etmə və s. birlikdə iştirak etməlidir. Nitq qığıldama və işarələrdən, təqliddən başlayıb, öz dilində sərbəst və düzgün danışmağa qədər inkişaf edir. Nitq insanların anadangəlmə qabiliyyəti deyil. O, uşağın inkişafı ilə tədricən formalaşır və ətrafdakı bir çox amillərdən asılıdır. Nitq üçün birinci eşitmək vacibdir. Daha sonra mərkəzi nitq aparatında baş verən anlama və sözlərlə ifadə edə bilmək bacarığı, periferik nitq aparatında isə ağız, dil, dodaq, yumşaq damaq, udqunma, nəfəs alıb-vermənin normal qaydada olmağı lazımdır. Eyni zamanda, sosial varlıq olduğumuz üçün insanlarla sözlə ünsiyyət olduqca önəmlidir.

- Nitq pozuntuları daha çox kimlərdə müşahidə olunur və əsas səbəbləri hansılardır?

- Nitq pozuntuları həm uşaqlarda, həm də böyüklərdə müşahidə oluna bilər. Uşaqlarda daha çox anadangəlmə və funksional pozuntular zamanı, böyüklərdə isə sonradan qazanılmış nitq pozuntularına rast gəlinir. Əsas səbəbləri nevroloji, fizioloji, çevrə qaynaqlı faktorlar ola bilər.

- Nitq pozuntuları necə və hansı üsullarla aradan qaldırılır?

- Aradan qaldırılma üsulları pozuntunun yaranma səbəbindən birbaşa asılıdır. Hər bir nitq pozuntusunun ayrılıqda korreksiya üsulları var. Əgər pozuntu sadəcə funksional səbəbdəndirsə, o zaman loqopedik seanslar aparılır. Yox, əgər patoloji səbəb varsa və ikincili, üçüncülü səbəb kimi ortaya çıxıbsa, onda loqopedik seanslar pedaqoji, psixoloji, medikamentoz, fizioterapevtik və s. müalicə ilə birgə aparılır. Korreksiya işi zamanı əsasən şifahi və yazılı tapşırıqlar eyni anda nümayiş etdirilir. Nitqin bərpası prosesində sağlam analizatorlar, əsasən görmə və hərəki analizatorlara istinad etmək lazımdır. Loqopedik seanslara masaj, artikulyar aparatın gimnastik hərəkətləri, şifahi və yazılı nitqin bərpası, impressiv və ekspressiv nitq üzərində iş və s. daxildir. Bu zaman təyin olunan xüsusi terapiyalarla nitqdə özünü göstərən pozuntular qismən, ya da tamamilə aradan qaldırılır.

- Adətən rast gəlinən nitq pozuntusu haqqında məlumat verə bilərsiniz?

- Böyüklərə daha çox "afaziya" və "dizartriya" kimi qazanılmış nitqin itməsi müşahidə olunur. Bu pozuntular da daha çox insultdan sonra baş verir. İstər nitqin sensor (qavrama), istər motor (ifadə etmə), istərsə də nitqin düzgün tələffüz tərəfinin pozuntusu müşahidə olunur.

İnsultdan sonrakı bərpa müalicəsi bir qayda olaraq, uzunmüddətli medikamentoz və qeyri-medikamentoz kompleks tədbirlərin məcmusudur. Qeyri-medikamentoz bərpa müalicəsi reabilitasiya üçün dərmanlar qədər əhəmiyyətlidir. Burada müxtəlif kompleks metodlar - bədən tərbiyəsi, fizioterapiya, kurort-sanatoriya, psixoterapiya müalicə tətbiq edilir. Optimal şəraitdə reabilitasiya prosesinə fizioterapevt-reabilitoloq, loqoped, psixoterapevt, həkim-nevroloq da qoşulur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 10 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri