Icma.az
close
up
RU
Uşaqlarda nitq problemlərinin qarşısını necə almaq olar? MÜSAHİBƏ

Uşaqlarda nitq problemlərinin qarşısını necə almaq olar? MÜSAHİBƏ

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Beynəlxalq Loqopedlər Günü ictimaiyyətin diqqətini nitq pozulmasının aradan qaldırılmasına cəlb etmək məqsədilə təsis edilib”.

Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova müsahibəsində deyib.

Moderator.az müsahibəni təqdim edir:

- Bildiyiniz kimi, 14 noyabr - Beynəlxalq Loqopedlər Günüdür. Beynəlxalq Günün mahiyyəti haqqında qısa məlumat verərdiniz...

- 2004-cü ildən keçirilən Beynəlxalq gün loqopedlərin peşə bayramı hesab olunur.

Pedaqoji elmlərin bir sahəsi olan loqopediya nitq pozulmasının səbəblərini, simptomatikası və mexanizmini öyrənir və xüsusi təlim, tərbiyə vasitəsilə onun aradan qaldırmasının üsulları ilə məşğul olur.

Loqopedlər əsasən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla məşğul olurlar. Lakin onlar həm də yaşlıların nitqində kommunikativliyin, ünsiyyətcilliyin təmin olunmasına çalışırlar.

Beynəlxalq Loqopedlər Günü ictimaiyyətin diqqətini nitq pozulmasının aradılmasına cəlb etmək məqsədilə təsis edilib.

- Aygün xanım, uşaqlarda nitqin inkişafına təsir edən amillər hansılardır?

- Nitqin inkişafına mənfi təsir edən 2 əsas amil var. Burada bioloji və sosial-psixoloji amillər nəzərdə tutulur. Bioloji amillərə genetik, nevrolojı, psixi, immun və somatik xəstəliklər aid edilir. Sosial-psixoloji amillər dedikdə isə mikro və makromühitdə alınan streslər, depressiyalar, qorxular və s. nəzərdə tutulur. Çox vaxt ikidilli (bilinqvizm) və ya tam ünsiyyətdən təcrid olunan uşaqlarda nitqin inkişafının pozuntusu müşahidə olunur.

Problemdən asılı olaraq, loqoped, psixiatr, nevroloq, otolarinqoloq, stomatoloq, cərrah və digər mütəxəssislərin müayinəsi tələb olunur.

- Təxminən neçə yaşında uşaqlar artıq səlis danışmağa başlamalıdılar?

- 3 yaşa kimi uşaqların nitqi səlis olmasa da, rabitəli nitqdən istifadə etməyə başlayırlar. 0-3 yaşa kimi uşağın senso-motor inkişaf dönəmidir. Bu yaş dövründə uşaqlar ətrafda olanları öyrənir, adlandırır, analiz edir. 3 yaşdan sonra artıq rabitəli nitq intensiv inkişaf edir. Uşaqların passiv söz ehtiyatı aktiv söz ehtiyatına çevrilir. 4 yaşlı uşağın 3000 -3500 yaxın söz ehtiyatı olmalıdır. Praktiki isə 1500 söz istifadə edir. Cümlələr sadə və ya mürəkkəb olur. Bu dövürdə uşaqlar bir gün əvvəlki hadisəni xatırlayıb danışmalıdırlar. Qurduqları cümlələr 4-8 söz arası olmalıdır. Sözlər arası əlaqəni analiz etməli və düzgün istifadə etməlidirlər. Əşyaları yaşa uyğun təsvir olunmalıdır. Kiçik şeirləri əzbər danışmalı, öyrəndiyi şeirlərin məzmununu izah etməlidirlər. Situasiyaları nitqə çevirib, nitqin bütün kompanentlərindən istifadəsi tövsiyə olunur.

5 yaşda isə tam şəkildə ətrafdakıları anlayırlar. Bu yaşda söz ehtiyatı təxminən 5000-ə yaxın olur. Gündəlik 800-1000 sözdən istifadə edirlər. Cümlələri 6-8 sözdən ibarət və nitq aydın olur. Bütün səsləri düzgün tələffüz edirlər. Dialoqa daxil olur, sual verir, sualları tam cavablandırlar. Süjetli, kiçik mətnləri danışa bilirlər. Antonim sözləri başa düşür, nitqində istifadə edirlər. Sözlərin ilk səsini düzgün anlayıb, deyə, şeir əzbərləyə bilirlər. Oxunan mətn haqqında obrazlı danışırlar.

5 yaşdan sonra artıq şifahi nitqdən yazlı nitqə keçid olur və beləliklə şifahi nitq daha da zənginləşir.

- Uşaqların uzun müddət telefon, televizor, planşet izləməsi, az ünsiyyətdə olmaları onlarda hansı çətinlikləri yarada bilər?

- Müasir dövrdə texnikanın cəmiyətimizin bir hissəsi olmasına baxmayaraq, istər nitq qüsuru olan, istər nitq əlilliyi olmayan uşaqlarda uzun müddətli televizor, telefon, planşet və s. istifadə onların dil bacarıqlarının inkişafına mənfi təsir edir. 0-3 yaş arası uşaqlara ümumiyyətlə texnikalardan istifadə məsləhət görünmür. 3 yaşdan yuxarı uşaqlarda isə bu texnikalardan istifadə məhdud saatlarda olmalıdır.

Texniki vasitələrdən erkən istifadə nitqin inkişafını ləngidir və ünsiyyət problemlərini ağırlaşdırır. Kiçik yaşlarından bu vasitələrdən istifadə edən bir çox uşaqlar gələcəkdə mətnləri, şeirləri, hekayələri dinləyərkən, sözlərin cümlələrlə əlaqələndirilməsində, mənalarının başa düşülməsində, yaddaşda saxlamaqda çətinlik çəkirlər.

- Həmçinin oğlan və qızlarda nitqin inkişafının xüsusiyyətləri və fərqi haqqında bilmək istərdik...

- Nitqin əsas hissəsi sol yarımkürənin mərkəzində yərləşir. Amma müəyyən fərqlər mövcuddur. İlk öncə oğlan və qızların fizioloji inkişafının xüsusiyyətlərindən asılıdır. Qızlarda baş beyin qabığındakı nevronlar arası əlaqələr nitqə cavabdeh olan bölgələrdə daha sürətli formalaşır. Oğlanlar qızlara nisbətən gec (2,5-3 yaş) danışmağa başlayırlar. 4-6 yaşlı qızlar daha yaxşı danışırlar, şəkil çəkirlər, lakin istisnalar da mövcuddur.

Məktəb dövründə oğlanlar məntiq və təfəkkürdən istifadə edirlər. Onların riyazi qabiliyyətləri daha çox inkişaf edir. Qızlara isə hekayələr, mətnlər danışmaq, şeirlər əzbərləmək daha asan olur. Oğlan uşaqları ilk sözlərini qızlardan daha gec tələffüz edirlər, lakin bu o demək deyil ki, oğlanlar inkşafdan geri qalır.

Oğlan və qızlar arasında nitqin başa düşülməsində də fərqlər müşahidə olunur. Qızlar emosional nitqi, oğlanlar isə qısa və lokanik nitqi daha yaxşı qavrayırlar. Qızlar üçün hisslər və duyğular vacibdir. Onlar böyüklərin nitqində də bunu hiss etməyə çalışırlar. Oğlan uşaqları isə dəqiq və sadə konstruksiyalı nitqə üstünlük verirlər.

- Valideynlər loqopedik məşğələlərə gedən uşaqlara necə dəstək ola bilərlər?

- Nitqin inkişafında emosional kontaktın və münasibətin olması çox önəmli rol oynayır. Əgər valideynlər uşaqları ilə emosional bağlılığı tənzimləyə bilməzsə, bu, uşaqda təkcə onun insanlarla kontaktına yox, həmçinin ünsiyyətin formalaşmasına da maneçilik törədə bilər. Ona görə də, valideynlər uşaqları ilə canlı ünsiyyətə daha çox üstünlük verməlidirlər. Teatr, muzey, kitabxana kimi maraqlı və maarifləndirici yerlərdə birgə vaxt keçirməkləri daha məqsədəuyğundur. Oradan aldıqları təəssüratlarını bölüşərək, valideyn öz uşağının daxilində olan müsbət və mənfi potensiallarını aşkar edə bilər.

Bəzən uşaqların nitqlərində qüsur olmasa da, ünsiyyətdə çətinliklə üzləşirlər. Uşaqların daha ünsiyyətcil olmasında valideynlərin və yaxın qohumlarının rolu vacib və əvəzolunmazdır.

Loqopedik məşğələrə gedən uşaqların valideynləri isə, nitq əlilliyi olan uşaqlarının inkişafına inamlı yanaşmaq və potensialını bilərək inkişafını dəstəkləməlidir. Loqopedik korreksiya zamanı müsbət nəticə tez və ya gec özünü göstərəcək. Valideyn isə bu prosesdə uşağına dəstək verərək, onun inkişafına müsbət təsir etməlidir.

- Loqopedik masaj nədir?

- Loqopedik masaj zamanı artikulyar aparata mexaniki təsir edilir. Masaj nitq aparatının əzələsinə, sinirlərinə, qan damarlarının vəziyyətinə müsbət təsir göstərir. Nitq qüsurlarının korreksiyası zamanı kompleksli işin proqramına önəm verilir. Masajın sayəsində artikulyar aparatın əzələlərinin tonusu, səslərin tələffüzünün normallaşması və düzgün nitqin formalaşmasında mühüm rol oynayır.

Loqopedik masaj 10-20 seans aparılır. İlk seanslarda 5-6 dəqiqədən başlayaraq, tədricən 10-15 dəqiqəyə kimi artırılmaqla yerinə yetirilir. Hər masaj seans arası 2-3 ay fasilə olmalıdır. Masajın fərqli dəqiqələr ilə olması uşağın, yaxud nitq əlilliyi olan şəxsin yaşından, nitq qüsurunun dərəcəsindən asılıdır.

Loqopedik masajın faydaları olduqca çoxdur. İlk öncə uşağın ümumi vəziyyətinə yaxşı təsir edir. Masaj sayəsində üz əzələlərinin qan dövranı yaxşılaşır, əzələlərin elastikliyi artır. Sinir sistemində pozitiv dəyişikliklər müşahidə olunur. Artikulyar aktivlik artır, spazm və parezlər aradan qalxır, nitq aparatının bütün orqanlarının hərəkətliyi bərpa olur. Loqopedik masaj sərin, havalandırılması tez-tez dəyişdirilən otaqda yerinə yetirilməlidir. Masaj zamanı loqopat yarımoturaq, yaxud uzanmış vəziyyətdə olmalıdır.

Sonda qeyd etmək istərdim ki, infeksiyon və virus xəstəlikləri olduğu zaman, üzdə və ağız boşluğunda irinli və dəmirov səpgilər olarkən, qıcolma tutmaları zamanı, yüksək temperatur və hiperhəssaslıq zamanı masaj əks göstəriş hesab edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Noyabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri