Niyaməddin Musayev gecə klubuna gedir? Xalq artisti Cəmiləyə CAVAB VERDİ
Modern.az saytına istinadən Icma.az xəbər verir.
“Elit star” ləqəbli müğənni Cəmilənin Xalq artisti Niyaməddin Musayevlə bağlı söylədiyi fikirlər bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Cəmilə bildirib ki, müğənnilər üçün əsas qazanc imkanları əsasən gecə məkanları ilə bağlıdır:
“Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır. Ümumiyyətlə, hər yerdə çıxış edir. Gecə saat 12-dən sonra məkanlara gedib oxuyur. Biz müğənniyik, pul qazanmalıyıq”.
Modern.az Cəmilənin iddiası ilə bağlı Niyaməddin Musayevlə əlaqə saxlayıb.
Xalq artisti saytımıza açıqlamasında deyilənlərdə qəbahət görmədiyini bildirib:
“Burada pis nə var ki? Hər yerdə şou proqramları keçirilir. Gözəlliyin içində çirkinlik axtarmağa ehtiyac yoxdur. Mən dəvət olunduğum yerlərə gedirəm. Əgər haradasa qanunsuz və ya uyğun olmayan bir vəziyyət olsaydı, dövlətimiz buna yol verməzdi. Ora əsasən gənclər və cavanlar toplaşır, məni sevirlər və görmək istəyirlər. Bu sevgiyə necə "yox" deyə bilərəm?
O məkanlarda əsasən orta yaşlı insanlar da olur. Mən nüfuzumu qoruyan adamam. Pis bir şey olsa, heç vaxt ora getmərəm. Tək mən yox, bir çox Xalq artistləri də belə dəvətlər alır. Bu məsələ süni şəkildə şişirdilir. Televiziyada reytinq xatirinə sözlər kontekstdən çıxarılır. Guya bununla reytinq qazanırlar, amma əslində nifrət yaradırlar.
60 ildir bu xalq üçün oxuyuram. Kiminsə dediyi bir sözü bayraq edib şouya çevirmək düzgün deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Yanvar 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















