Icma.az
close
up
RU
Niyazi Mehdi uzun, ağır illərin yolçusu Kamal Abdulla yazır

Niyazi Mehdi uzun, ağır illərin yolçusu Kamal Abdulla yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kamal ABDULLA
ADU-nun rektoru, Xalq yazıçısı

Niyazi ilə dostluğumuzun düz 57 illik tarixi var. Ona görə "var" yazıram ki, bu dostluğun bundan sonra da davam edəcəyinə inanıram. Çünki o, mənim üçün ölmədi.

"Mənim üçün ölmədi" - burada gəlişigözəl ifadə deyil. İllər keçdikcə sənin üçün ölməyən, dünya ilə vidalaşandan sonra da sənin üçün yaşayan insanların sayı artır və sən bunun belə olduğuna hər dəfə əvvəlkilərin timsalında yenidən inanırsan. Dostların dünyadan köçməyi ilə sənin ünsiyyətdə olduğun insanların sayı qətiyyən azalmır.

İlk dəfə Dövlət universitetinin filologiya fakültəsində ilk dərs zamanı bir sinifdə görüşmüşdük. Və bu görüş sonralar Moskvada, İstanbulda, Berlində, Qarabağda... və başqa yerlərdə davam etdi. Müxtəlif konfranslarda onun parlaq məruzələri, çıxışları demək olar ki, hamını valeh edirdi.

O, Rəhman Bədəlovla, Vaqif İbrahimoğlu ilə, Əli Abbasovla, Toğrul Cuvarlı ilə, Gündüz Sarıyevlə, Zeynal Məmmədli ilə... daha kimlər, kimlərlə Azərbaycan mədəniyyətinin, fəlsəfi fikrinin varlığını qoruyub saxlayanlardan oldu, desəm, səhv etmərəm.

Mən xatırlayıram...

Hələ Universitetdə dərs otağında gənc Niyazinin zamanının böyük şairlərinə, yazıçılarına, müəllimlərinə verdiyi suallar yaddan çıxarmı?!

Moskvada heç kimə xəbər vermədən xəstəxanada apendisitdən əməliyyat olunmuşdum. Əməliyyatdan sonra gözlərimi ilk açdıqda hardansa əməliyyat barədə xəbər tutub yanıma qaçaraq, təngnəfəs gəlmiş Niyazinin təlaşlı baxışını üzümdə hiss etdim - bu, yaddan çıxarmı?!

Berlində anadan olandan bəri üzünü görmədiyi oğluna qovuşanda üzündəki-gözündəki sevinc yaddan çıxarmı?!

Övladları ilə fəxr etdiyi, onlar barədə razılıq və sevinc dolu dedikləri yaddan çıxarmı?!

Bakıda "YUĞ" teatrındakı Vaqifin balaca otağında baş verən müzakirələr zamanı qızğın söhbətlər yaddan çıxarmı?!

Nəhayət, barəmdə yazdığı və hər cümləsindən məhəbbət yağan müdrik məqalələri, kitabı yaddan çıxarmı?! Əsla.

Kafedra həmkarları, tələbələri, magistrləri, aspirantları bu gün də mənə təşəkkür edirlər ki, belə bir müdrik alimlə, müəllimlə onların sıx təmasları qurulub. Bu yaddan çıxarmı?!

Niyazi bildiyini başqasına verməkdən zövq alanlardan idi. Niyazi dost sevincinə sevinənlərdən idi. Niyazi heç zaman bilməyənin başına bilmədiyini vuran olmadı.

"Heç mən özüm də bunu yaxşı bilmirəm" - deyə-deyə Azad Mirzəcanzadənin "deyə bildim?" sehrli sözünü bir qədər başqa şəkildə davam etdirdi.

Mən cəsarətlə belə deyərdim ki, o, başdan-ayağa işıqdan ibarət idi. Heç kimə "pis" deyə bilmirdi. Hətta özü haqda ağız büzənlərə belə. Çox nadir hallarda belə də olurdu. Bəzən bu xasiyyətinə görə onu liberalizmdə, loyallıqda təqsirləndirənlər də tapılırdı. İnanmıram ki, o, kiminsə təsiri altına düşüb "pis"ə "pis" deyəydi. Onda qədim filosofların cəbrə dözümlüyü vardı. O qədim müdrikləri təkcə xarici görüntüsü ilə deyil, həm də daxili kamilliyilə xatırladırdı.

Tələbəlik dövründə, sonralar Moskvada aspirantlıq dövründə gənclik xülyaları başımızda dolaşırkən o, bir çox zarafatlarımızın obyekti olurdu. Heç zaman inciməzdi. Bəzən bizə qoşulub özü də bu və ya başqa hərəkətinə gülərdi. Nə bizi özündən incitdi, nə özü bizdən incidi.

Niyazini qoruya bilmədik. Amma indi o özü də hansısa yüksəklikdən bizə baxıb deyir: "Mən sizə nə etmişdim ki, məni bu qədər sevdiniz?! Buraxın gedim. Yorulmuşam..."

Niyazi budur. Belə də olmaq olarmış. Nə və nə qədər etdiyinin siqlətini bilməyən, bilmək istəməyən, uzun, ağır illərin yolçusu. Gözəl ailə başçısı, vəfalı dost, müdrik filosof, çılğın və mübariz vətənpərvər. Heyrətamiz insan!

Mən sənə Əlvida demirəm, Niyazi!

Bundan sonraya davam!!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Mart 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri