Icma.az
close
up
RU
NİYƏ 285 MANAT?... Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir? AzPolitika onlayn siyasiictimai qəzet

NİYƏ 285 MANAT?... Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir? AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nazirlər Kabineti fərqli konsepsiya əsasında hesablama apararsa, bir ailənin aylıq yaşayış minimumu ən azı 1000 manatdan başlayar”

Gələn il üçün Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun artırılacağı gözlənilir. Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində qeyd edilib ki, gələn il üçün ölkədə ehtiyac meyarı 285 manat kimi götürülüb. Bildirilib ki, yaşayış minimumu artıq ehtiyac meyarına bərabər götürüldüyündən yaşayış minimumu və ehtiyac meyarında 2024-cü illə müqayisədə 5,5 faizdən artım olacaq.

Məlumat üçün bildirək ki, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə formalaşdırılır. Qeyd edək ki, Azərbaycanda yaşayış minumumu üzrə hər il cuzi miqdarda artımlar qeydə alınır. Məsələn, 2017-ci ildə bu rəqəm 155 manat, 2018-ci ildə 173 manat, 2019-cu ildə 180 manat, 2020-ci ildə 190 manat, 2021-ci ildə 196 manat, 2022-ci ildə 210 manat, 2023-cü ildə 246 manat, cari ildə isə 270 manat olub.

Bəs maraqlıdır, hazırkı bahalaşma və inflyasiya nəticəsində ortaya çıxan qiymətlərlə bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?


Nazirlər Kabinetinin 2014-cü ildə təsdiqlədiyi istehlak səbətindəki normalara əsasən təqribi hesablama aparsaq, iki uşaqdan (15 yaşdan aşağı), ata və anadan ibarət 4 nəfərlik orta statistik ailə ay ərzində:

- 45 kq çörək və un məmulatları (una çevirməklə) istehlak etməlidir - hazırkı qiymətlərlə təxminən 32 manat edir;

- 18 kq kartof istehlak etməlidir - hazırkı qiymətlərlə təxminən 20 manat edir;

- 33 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir- hazırkı qiymətlərlə təxminən 50 manat edir;

- 12 kq meyvə və giləmeyvə istehlak etməlidir- hazırkı qiymətlərlə təxminən 25 manat edir;

- 10 kq ət və ət məmulatları istehlak etməlidir- hazırkı qiymətlərlə təxminən 150 manat edir;

- 50 kq süd və süd məmulatları istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 75 manat edir;

- 3 kq balıq istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 21 manat edir;

- 50 ədəd yumurta istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 10 manat edir;

- 6 kq şəkər və qənnadı məmulatları istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 10 manat edir;

- 4 litr bitki yağları istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 20 manat edir;

- 2,3 kq kərə yağı istehlak etməlidir – hazırkı qiymətlərlə təxminən 18 manat edir;

- Çay və duz kimi digər ərzaq məhsulları – hazırkı qiymətlərlə ayda təxminən 10 manat edir;

- 20 kub su istehlak etməlidir (həm içməli və məişət, həm də kanalizasiya xidmətləri üçün ) – 20 manat;

- 100 kVt/s elektrik enerjisi istehlak etməlidir (8 qəpikdən) – 8 manat;

- 182 dəfə nəqliyyat gedişindən istifadə etməlidir (50 qəpik) – 91 manat;

- 42 kub qaz istehlak etməlidir (12 qəpikdən) – 5 manat;

- Rabitə və internet xidmətləri ödəməlidir - ən ucuz variantda 25 manat;

- Mənzilin qızdırılması üçün isə aylıq 14-15 manat vəsait lazımdır.

Digər xidmətlər (məişət, səhiyyə, təhsil, istirahət və s.) - qanunvericiliyə görə bütün bu xidmətlər üçün xərclənən aylıq vəsatin 15 %-i bu sahəyə yönəldilməlidir. Bu isə təxminən 90 manat edir.

Beləliklə, 4 nəfərlik ailənin aylıq ərzaq xərcləri ən aşağı qiymətlərlə 605 manat, xidmətlər üzrə xərcləri isə 90 manat təşkil edir. Yəni, təkcə ərzaq və xidmətlər üzrə minimum xərc təxminən 695 manatdır.


Qeyd edək ki, minimum istehlak səbətinin tərkibində qeyri-ərzaq malları üçün müəyyən edilən normalara görə, əmək qabiliyyətli bir adam ən azı 8 ildə 3 palto tipli üst geyim, 4 il 2 ayda 9 kostyum tipli paltar, 2 il yarıma 9 alt geyimi, il yarıma 7 cüt corab, 5 ilə 4 ədəd baş geyimi (papaq və ya baş örtüyü), 3 il yarıma 6 cüt ayaqqabı, 7 ildə 11 yataq dəsti, 1 ildə 3 yazı ləvazimatı almalıdır.

Məktəb yaşlı uşaqlar isə 2 il yarıma 3 palto tipli üst geyim, 2 ilə 12 kostyum tipli paltar, 2 ilə 12 ədəd alt geyimi, 1 il 3 ayda 6 cüt corab, 3 ilə 4 ədəd baş geyimi, 1 il 3 ayda 6 cüt ayaqqabı, 1 ildə 41 yazı ləvazimatı almalıdır.

Yəni, 4 nəfərlik ailə ən azı ay ərzində təxminə 100-150 manat da geyim vasitələrinə sərf etməlidir.

İndi təsəvvür edək ki, bu ailədə hər 2 ailə başçısı da işləyir və minimum əməkhaqqı (345 manat) səviyyəsində maaş alırlar - yəni, ailənin aylıq gəliri 690 manatdır. Deməli, ailə aylıq qazancının bütöv hissəsini ərzaq və xidmətlər üçün sərf etməlidir.

Qeyri-ərzaq məhsullarına olan tələbatını ödəmək üçün isə ya özünə əlavə gəlir mənbəyi tapmalı ya da bir sıra ərzaq və qeyri-ərzaq məhsullarını almaqdan imtina etməlidir…

İqtisadçı-ekspert Xalid Kərimli "AzPolitika"-ya şərhində bildirib ki, ehtiyac meyarı və yaşayış minimumu Mərkəzi Bankın açıqladığı inflyasiyaya uyğun artırılacağı qeyd olunub. Ekspert qeyd edir ki, açıqlanan rəsmi inflyasiya göstəricisi 5 faizdən bir qədər çox idi və yaşayış minimumu, ehtiyac meyarının 270 manatdan 285 manata çatdırması inflyasiyaya uyğun rəqəm hesab oluna bilər.

X. Kərimli minimum istehlak səbətinin dəyişdirilməsi üçün ölkə iqtisadiyyatında ciddi yeniliklərin olmadığını deyir: "Bəli, 10 ildir istehlak səbəti dəyişmir. Yaşayış minimumu və ehtiyac meyarı məhz minimum istehlak səbətinə uyğun qruplaşdırılır. Burada xidmət, ərzaq və qeyri- ərzaq sahələri var. Siyahıda qeyd olunan normativlər əsasında bir insanın il ərzində minimum istehlakı müəyyən edilir. Düşünürəm ki, bu normativləri dəyişmək üçün nələrsə dəyişməlidir. Məsələn, Azərbaycan İnkişaf Etmiş Ölkələrin siyahısında yer almalıdır. Amma biz görürük ki, bu 10 ildə Azərbaycanda bir dəyişiklik olmayıb. Nə iqtisadiyyatın strukturu dəyişib, nə də reytinqimiz artıb. İqtisadiyyatın gəlir strukurlarlarına baxanda da demək olar ki, dəyişimə ehtiyac yoxdur. Zatən yaşayış minimumu qanunla müəyyən olunur. Minimum istehlak səbətini dəyişmədən də bunu artırmaq olar. Məsələn, hökumət təklif edə bilər ki, yaşayış minumumu, ehtiyac meyarı 285 yox, 300 manat olsun".

Ekspert qeyd edir ki, minimum yaşam üçün müəyyən olunan məbləğin bir hissəsi ünvanlı sosial yardımlar hesabına qarşılanır.

"Düşünürəm ki, ailələr planlaşdırılarkən birinci növbədə gəlirlərə baxılmalı, ailə sayı da bu əsasda müəyyən edilməlidir. Məsələn, minimum yaşam xərci 285 manatdırsa, 4 nəfərlik ailə üçün bu, 1140 manat edir. Ailə ay ərzində ərzaq və xidmət sahəsinə 700 manat xərcləyirsə, yerdə qalan məbləğ dövlətin sosial instutları tərəfindən qarşılanır", - deyə X.Kərimli bildirib.

Qeyd edək ki, Azərbaycan ərzaq istehlakında inkişaf etmiş ölkələrlə, yanaşı bir çox region ölkələrindən də geri qalır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda adambaşına ət və ət məhsullarının istehlakı 43,5 kq olub ki, bu, əksər Avropa ölkələri ilə müqayisədə iki dəfə aşağı göstəricidir. Digər tərəfdən, süd və süd məhsullarının istehlakı isə 258,8 kq təşkil edib. Bundan başqa, məlumata görə, ötən il hər ölkə vətəndaşı orta hesabla 189 ədəd yumurta, 8 kq balıq və balıq məhsulları, 83,9 kq kartof, 139,3 kq tərəvəz, 35,8 kq bostan məhsulları, 70,1 kq meyvə və giləmeyvə istehlak edib. İl ərzində adambaşına üzüm istehlakı 18,5 kq, çay istehlakı 1,3 kq, paxlalıların istehlakı 3 kq, düyü istehlakı 6,4 kq, qənnadı məmulatlarının istehlakı 14,2 kq, şəkər istehlakı 27,5 kq, kərə yağı istehlakı 3,9 kq, bitki yağı istehlakı 8,2 kq, pendir istehlakı 6,1 kq, təzə çörək istehlakı 117,7 kq, yarma istehlakı 2 kq, duz istehlakı isə 5,8 kq olub.

İqtisadçı Natiq Cəfərli "AzPolitika"-ya şərhində bildirib ki, Azərbaycanda yaşayış minimumunun hesablanma qaydasında ciddi dəyişikliklərə ehtiyac var.


Ekspertə görə, hazırkı hesablama forması kifayət qədər köhnəldiyindən yeni reallıqlara cavab vermir: "Sözügedən siyahıdakı normativ aktların bir çoxu SSRİ dövründən qalıb. Məsələn, bura - kərə yağı, ət və balıq məmulatları ilə bağlı minimum normaları aid edə bilərik. Qeyd olunanlar 1986-cı ildə Sovet İttifaqının Nazirlər Kabinetinin müəyyən etdiyi normalara uyğunlaşdırılıb. Bu gün ölkədə gündəlik minimum kərə yağı istehlakı 9 qram qəbul olunur. Minimum istehlak zənbili belə hesablanmaz…".

N. Cəfərli qeyd edir ki, hesablama bu formada aparıldığından sonda ortaya aşağı rəqəmli nəticələr çıxır: "Yaşayış minimumu aşağı rəqəmlə ifadə olunduğundan, minimum əməkhaqqı və təqüdlər də hamısı bu kateqoriya əsasında hesablanır. Nazirlər Kabineti də fərqli konsepsiya əsasında hesablama aparmaqda maraqlı deyil. Çünki bu zaman ortaya yüksək rəqəmlər çıxacaq və məlum olacaq ki, bir ailənin aylıq yaşayış minimumu ən azı 1000 manatdan başlayır. Bu da yüksək artıma səbəb olacaq. Düşünürəm ki, bu hesablama qaydaları dəyişməsə, ancaq nəticələrdən danışacağıq. Biz səbəbləri aradan qaldırmaq istəyiriksə, mütləq qaydada parlament və Nazirlər Kabineti tərəfindən yeni qaydaların təsdiqinə çalışmalıyıq".

Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-okrtyabr aylarında pərakəndə ticarət şəbəkəsində 24 milyard 400,7 milyon manatlıq ərzaq məhsulları satılıb. Bu göstərici 2023-ci ilin yanvar-oktyabr aylarına nisbətən 2% çoxdur.

Bu ilin 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5% faizi ərzaq məhsullarının alınmasına sərf olunub. Təkcə sentyabr ayında ərzağa xərclənən vəsaitin məbləği isə 2 milyard 814,3 milyon manat təşkil edib.

Elvin Bəyməmmədli

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see132

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see131

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see131

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see128

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see128

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see123

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see123

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see122

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see120

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see119

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see119

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see117

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see116

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see113

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see113

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see113

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see112

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see111

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri