Icma.az
close
up
RU
Niyə Azərbaycan hələ də kərə yağını xaricdən alır?

Niyə Azərbaycan hələ də kərə yağını xaricdən alır?

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda buğda və kərə yağı istehsalı hələ də idxaldan asılıdır. 2026-cı ilin yanvar ayında buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həm həcm, həm də dəyər baxımından xeyli artıb. Kərə yağında idxal həcmi azalsa da, orta qiymət yüksəlib və yerli istehsal da azalıb. Heyvandarlıqda azalmalar süd və süd məhsulları istehsalına təsir göstərir.
İqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın buğda və kərə yağı kimi strateji ərzaq məhsulları üzrə idxaldan asılı qalmasının əsas səbəbi tarixi biliklərin olmaması deyil, müasir iqtisadi və struktur problemlərlə bağlıdır:
“Azərbaycan ərazisi də qədim əkinçilik və heyvandarlıq mərkəzlərindən biri olub. Lakin müasir dövrdə ərzaq təhlükəsizliyi yalnız ənənəvi biliklə deyil, iqtisadi səmərəlilik, texnologiya, məhsuldarlıq və dövlət siyasəti ilə müəyyən olunur. Bu gün Azərbaycanın buğda üzrə idxaldan asılı qalmasının əsas səbəblərindən biri torpaq resurslarının məhdudluğu və məhsuldarlığın aşağı olmasıdır. Eyni zamanda 1995-ci ildə həyata keçirilmiş Torpaq islahatının düzgün həyata keçirilməməsidir. Bir Azərbaycanda çox məyusedici bir tendensiya var ki, hər nə istehsal etmək istəsək, bizdə baha başa gəlir. Yəni, bəlkədə buğda əkin sahələri mövcud olsa da, hər hektardan götürülən məhsul bir çox ixracatçı ölkələrlə müqayisədə xeyli aşağıdır. Digər tərəfdən, idxal olunan buğdanın maya dəyəri bəzən yerli istehsaldan daha ucuz başa gəlir ki, bu da idxalı iqtisadi baxımdan daha cəlbedici edir”.
O deyib ki, kərə yağı və ümumiyyətlə süd məhsulları ilə bağlı vəziyyət isə birbaşa heyvandarlıq sektorunun vəziyyəti ilə bağlıdır:
“Son illər ölkədə mal-qaranın sayında azalma, yem bazasının zəif inkişafı, fermerlərin maliyyə imkanlarının məhdud olması və istehsal xərclərinin artması yerli süd və süd məhsulları istehsalını azaldıb. Belə olduğu təqdirdə daxili tələbat idxal hesabına qarşılanır. Digər mühüm amil kənd təsərrüfatında sənayeləşmə səviyyəsinin yetərli olmamasıdır. Bu sahədə müstəqillik illərində dərsimizdəm "2" alırıq. İnkişaf etmiş ölkələrdə bu sahə yüksək texnologiya, seleksiya, intensiv yemləmə və dövlət subsidiyaları hesabına inkişaf edir. Azərbaycanda isə bu proses hələ tam formalaşmayıb. Əgər aqrar sektorda struktur islahatları dərinləşdirilərsə, məhsuldarlıq artırılarsa və fermerlərə real iqtisadi stimullar verilərsə, Azərbaycan orta və uzun müddətli perspektivdə buğda və süd məhsulları üzrə idxaldan asılılığını əhəmiyyətli dərəcədə azalda bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri