Icma.az
close
up
RU
Niyə dostlarımızı itiririk? Ən çox rast gəlinən 6 səhv

Niyə dostlarımızı itiririk? Ən çox rast gəlinən 6 səhv

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dostluq münasibətləri həyatımızda böyük rol oynayır, lakin biz tez-tez onlara avtomatik yanaşır, lazımi diqqəti göstərmirik. Hər bir əhəmiyyətli bağ kimi, dostluq da dürüstlük, dialoq və səhvlər üzərində işləməyə hazır olmağı tələb edir. Bəzən anlaşılmazlıqlar və ya ehtiyatsız davranışlar münasibətlərin soyumasına səbəb olur, amma bir çox hallarda vəziyyəti düzəltmək mümkündür.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar dostları necə və niyə itirdiyimizi, münasibətlərin bəzən görünən səbəb olmadan niyə bitdiyini izah ediblər.

Mütəxəssislər vurğulayırlar ki, təsadüfi sərtlik və ya diqqətsizlik insanı pis biri etmir. Hamımız səhv edirik. Əsas məsələ məsuliyyəti dərk etmək və dəyişməyə hazır olmaqdır. Əksər hallarda, hər iki tərəf dialoqa açıqdırsa, dostluğu bərpa etmək mümkündür.

Dostluqda ən çox rast gəlinən səhvlər və onların həlli yolları

Empatiya əvəzinə istənilməyən məsləhətlər vermək

Dostumuz çətinliklərini paylaşanda, çox vaxt dərhal həll yolları təklif edirik, halbuki həmin anda ona dəstək və anlayış lazımdır. Vəziyyəti “düzəltmək” istəyi onun hissələrini dəyərsizləşdirmək kimi görünə bilər. Bunun qarşısını almaq üçün əvvəlcə empatiya göstərmək, sonra isə məsləhətə ehtiyac olub-olmadığını soruşmaq vacibdir.

Dostu birgə planlardan kənarda qoymaq

Bəzən dostu görüşlərə dəvət etməyi dayandırırıq, onun yerinə qərar veririk ki, maraqlı olmayacaq, vaxtı olmayacaq və ya çətin olacaq. Bu cür fərziyyələr çox inciticidir. Ən doğru yol hər zaman dəvət etmək və qərarı insanın özünə buraxmaqdır.

Başqasının vaxtına sahib çıxmaq hissi

Bəzi insanlar dostunun yalnız özünə uyğun vaxtda əlçatan olmalı olduğunu düşünür, onun şəraitini nəzərə almırlar. Bu, xüsusilə həyat ritmləri dəyişəndə ortaya çıxır. Problemi həll etməyin yolu açıq söhbət və şəxsi sərhədlərə hörmətdir.

Əhəmiyyətli hadisələri görməməzlikdən gəlmək

Dostun həyatındakı vacib anlarda — istər sevinc, istərsə də itki zamanı — susmaq çox vaxt laqeydlik kimi qəbul edilir. Səbəb nəsə səhv demək qorxusu ola bilər, amma sadə bir dəstək mesajı belə böyük fərq yarada bilər.

Görüşlərin tez-tez ləğv edilməsi

Ara-sıra görüşü ləğv etmək normaldır, amma bu vərdişə çevriləndə etibar sarsılır. Təkcə üzr istəmək deyil, yeni tarix təklif etmək də vacibdir ki, dostluğun dəyərli olduğu hiss olunsun.

Dostun vəziyyətinə diqqətsizlik

Dostun qərarlarına onun vəziyyətini anlamağa çalışmadan incimək tez-tez münaqişələrə səbəb olur. Həll yolu sadədir - sual vermək, dinləmək və yaxın insanın yaşadığı şəraiti nəzərə almaq.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Yanvar 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri