Icma.az
close
up
RU
Niyə idman köynəyi ilə təyyarəyə minmək OLMAZ?

Niyə idman köynəyi ilə təyyarəyə minmək OLMAZ?

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

American Airlines aviaşirkətinin stüardessası sərnişinləri uçuş zamanı geyim seçiminə yenidən baxmağa çağırıb və futbolkalardan imtina etməyi tövsiyə edib.Onun sözlərinə görə, məsələ geyim qaydaları ilə bağlı deyil, fövqəladə vəziyyət zamanı elementar təhlükəsizliklə əlaqədardır.

Milli.Az xəbər verir ki, stüardessa Andrea Fişbax uçuş zamanı uzunqollu geyimlər və bədəni maksimum örtən şalvarlar seçməyi tövsiyə edir.

Təyyarədə geyinilməsi məsləhət görülməyən digər geyimlər

Andrea Fişbax səfər zamanı problem yarada biləcək digər geyim və aksesuarları da sadalayıb: dar və bədəni sıxan geyimlər, hündür daban ayaqqabılar, həddindən artıq zinət əşyaları və aksesuarlar.

Onun sözlərinə görə, bu cür əşyalar hava limanında təhlükəsizlik yoxlaması zamanı gecikmələrə səbəb ola bilər.

Bundan əvvəl Ryanair aviaşirkəti də sərnişinləri cins şalvarda uçuşdan çəkinməyə çağırmışdı. Bu çağırış səyahətçilər arasında birmənalı qarşılanmayıb.

Şirkət səbəbləri ətraflı izah etməsə də, həkim Hyu Pabarue açıqlamasında bildirib ki, dar cins şalvarlar uzun müddət oturaq vəziyyətdə qalarkən hərəkəti məhdudlaşdırdığı üçün dərin ven trombozu riskini artıra bilər.

Dərin ven trombozu nədir və nə üçün təhlükəlidir?

Dərin ven trombozu (DVT) dərin venalarda qan laxtasının yaranması ilə xarakterizə olunur. Laxta qoparaq ağciyərlərə düşərsə, ağciyər arteriyasının tromboemboliyası inkişaf edə bilər ki, bu da həyati təhlükə yaradan vəziyyətdir.

Fişbax uçuş zamanı hərəkətin vacibliyini xüsusi vurğulayıb: "Əgər boyunuz hündürdürsə, tez-tez səyahət edirsinizsə və ya uzunmüddətli uçuş edirsinizsə, bu xüsusilə vacibdir", - o bildirib.

Stüardessa sərnişinlərə yerində belə imkan daxilində hərəkət etməyi və qan dövranını aktiv saxlamağı tövsiyə edib.

Onun fikrincə, uçuş üçün ən optimal seçim hərəkəti məhdudlaşdırmayan, çox dar olmayan, uzunqollu və şalvar tipli, bədəni örtən rahat geyimdir. Bu cür seçim fövqəladə təxliyə zamanı əlavə qoruma təmin edə və uzunmüddətli reyslərdə qan dövranı ilə bağlı riskləri azalda bilər. /Lent.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Mart 2026 05:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri