Icma.az
close
up
RU
Niyə insanlarda bayrama həvəs yoxdur? EKSPERT AÇIQLADI

Niyə insanlarda bayrama həvəs yoxdur? EKSPERT AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Son dövrlərdə insanların bayram əhvalının azalması, cəmiyyətdə psixoloji və sosial dəyişikliklərin nəticəsidir. Bu dəyişikliklər, təkcə iqtisadi və texnoloji sahələrdəki inkişaflarla əlaqəli deyil, həm də insanların həyat tərzinin və mənəvi vəziyyətinin dəyişməsi ilə sıx bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ramal Əliyev sözlərinə belə davam edib: “Əvvəllər, yəni 30-40 il əvvəl, insanların həyat səviyyələri bir-birinə çox yaxın idi. Evlərindəki məişət əşyaları, avtomobillər, hətta tikdikləri evlərin layihələri eynilik təşkil edirdi. İnsanlar daha sadə və təbii həyat tərzi keçirir, daha az maddi qayğılara sahib olurdular. Bu dövrdə, bayram əhvalı da ümumilikdə daha yüksək idi, çünki insanlar həyatın və gündəlik qayğıların stresindən daha az təsirlənirdi.

Ancaq kapitalizm və bazar iqtisadiyyatının təsiri ilə insanlar arasında maddi vəziyyətlərdə ciddi fərqlər yaranmağa başladı. İndi, əksər insanlar daha yaxşı həyat şəraiti üçün çalışırlar və daha yüksək standartlara çatmaq üçün səylər göstərirlər. Bu səylər isə yalnız maddi qazanc əldə etmək deyil, həm də zehni və fiziki cəhətdən çoxlu əməyin sərf olunmasını tələb edir. Bu, insanların stress səviyyələrini artırır və nəticədə emosional sabitsizlik, daha çox aqressiya və narahatlıq yaradır.

Sosial şəbəkələrin və texnologiyanın inkişafı da insan psixologiyasına mənfi təsir edir. Son 10 ildə insanlar, xüsusən də Şərq ölkələrində, daha aqressiv və emosional baxımdan daha yorğun bir hala gəliblər. Əvvəllər, insanlar gündəlik xəbərləri yalnız qəzetlər və televiziya vasitəsilə alırdılar. Lakin bu gün, internet və sosial media vasitəsilə hər kəs hər an dünyadakı neqativ xəbərlər barədə kifayət qədər məlumat ala bilir. Hər kəs səhər oyanan kimi, telefonuna baxaraq bu xəbərlərlə yüklənir və bu, onların psixologiyasına mənfi təsir göstərir. Nəticə olaraq, insanlar daha çox neqativ düşüncələrə qapılırlar və bu da bayram əhvalına öz təsirini göstərən amillərdəndir.

Bundan əlavə, yuxu pozuntuları və gündəlik həyatın tələsik temposu da insanların ruhi sağlamlığını mənfi yöndə təsir edir. İnsanlar zamanında yatmır, kifayət qədər yuxu almırlar və nəticədə fiziki və zehni yorğunluq daha da artır. Bütün bunlar insanların bayramlar zamanı belə, əslində istədikləri kimi sevinə bilməmələrinə səbəb olur.

Sonuç olaraq, cəmiyyətdəki sosial, iqtisadi və texnoloji dəyişikliklər insanlarda bayram əhvalının azalmasına səbəb olub. İnsanlar arasında maddi və psixoloji fərqlər artdıqca, emosional gərginlik də yüksəlir və bu da bayramlarda belə insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Əslində bayramlar, bəzən maddi və ruhi tələblərlə yanaşı, həyatın sadə və xoşbəxt anlarını yaşamağa çalışmaq üçün bir fürsət olmalıdır”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Mart 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri