Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Niyə işıq gələn tərəfə getmək istəmirik?..

Niyə işıq gələn tərəfə getmək istəmirik?..

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaşadığım binanın həyətində uşaqların özlərinin düzəltdikləri meydançada futbol oynadıqlarını görərkən xəyalım məni özümün də yaşadığım o illərə apardı. Oynadığımız oyunları, qayğısız günlərimi gözlərim önünə gətirdim. Elə sonrakı illərdə də, lap yaxın dövrlərə qədər də həyət-bacada, özlərinə meydança düzəltdikləri yerlərdə uşaqların başlarını qatdıqları oyunlar onlara dünyanın ən böyük sevincini bəxş edən məşğuliyyət idi. Hələ udan tərəfin hay-küyü, onları dəstəkləyən kiçik azarkeşlərin alqışları... Bu gün o oyunlara maraq göstərən uşağa rast gəlirsinizmi? Rast gəlsəniz də, yəqin etiraf edərsiniz ki, çox az... Bunun səbəbi nədir? Axı, hər bir oyun özü idmandır, uşağın sağlamlığına müsbət təsir göstərən vasitədir. Bəzi oyunlar isə onların təfəkkürünün inkişafında mühüm rol oynayır, həmçinin kiçik yaşlarından onlarda kollektivçilik hissi formalaşdırır. Digər müsbət cəhətlər də az deyil.

Bir məsələni də qeyd edək ki, bu gün muxtar respublikada idmanın inkişafı ilə bağlı çox böyük işlər görülür. Belə ki, müxtəlif idman növləri üzrə fəaliyyət göstərən federasiyaların tərkibində uşaq qruplarının da olması hamımızı sevindirir. Yaxşı haldır ki, həmin qruplara cəlb edilmiş uşaqların muxtar respublika və ölkə səviyyəli yarışlarda iştirakı və qələbələr qazanması gələcəyimizə sağlam ruhlu yeniyetmələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bu məqamda onu da vurğulamaq gərəkdir ki, bəzi ucqar kənd yaşayış məntəqələrinin məktəbyaşlı uşaqları belə imkanlardan məhrumdurlar axı...

Onu da etiraf edək ki, bu gün bəzi orta məktəblərimizdə idman dərslərinə çox hallarda barmaqarası münasibəti də görürük. Həmin tədris ocaqlarında bu dərslərə qeyri-əsas fənn kimi baxılır.

Bu məsələdə bəzi valideynlər də ictimai qınaqdan kənarda qalıblar. Yəni özümüz də həyət-bacada şahidi oluruq ki, valideynlər uşaqlarını öz sevimli oyunlarından ayırıb dərslərini oxumağa məcbur edirlər. Unudurlar ki, oxumağın öz vaxtı, uşaq üçün oynamağın da öz vaxtı var. Yəqin düşünmürlər ki, sağlam ruh sağlam bədəndə olar. Təbii ki, sağlam bədənə sahib olmaq üçün başlıca vasitə idmandır...

Bu yaxınlarda bir həmkarımın bir neçə məsələ ilə bağlı maraqlı bir yazısı məni düşündürən bəzi məqamlara toxunmağa vadar etdi. Bu məqamları oxucularla bölüşmək istədim: Unudulan təkcə uşaq oyunlarıdırmı? Tam əminliklə deyim ki, bu gün hansı oxucumuza belə bir sualla: – Son vaxtlar qohum-əqrəbanızda, yaxın tanışlarınızda hansı nənəninsə öz nəvələrinə nağıl danışmasını xatırlayırsanmı?,- deyə müraciət etsək, müsbət cavab almayacağıq. Şəxsən mən özüm nənələrin uşaqlara nağıl danışması kimi çox maraqlı, tərbiyəvi əhəmiyyət daşıyan prosesin mövcudluğunu yadımdan çıxarmışam. Bəli, unudulan dəyərlər içərisində nağıllarımız da var. Və etiraf edək ki, bu qiymətli ədəbi nümunələri, şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri olan nağılları ilk olaraq nənələrimizdən eşitmişik. Özümüzü o nağılların içində görmüşük. Mənfi surətlərə nifrət etmişik, müsbət surətlərə oxşamağa çalışmışıq. Bəzən nənələrimizin: – Daha gecdir, gedin yatın, qalanını sabah danışaram – deməsindən sonra onlardan əl çəkməmişik ki, nağılı başa çatdırsınlar.

Burada yadıma gözəl şairimiz Əhməd Cəmilin kövrək misraları düşür:

– Ay nənə, bir nağıl da de!

– Ömrüm-günüm, yat daha,

Hamısını indi desəm, nağıl qalmaz sabaha.

– Can nənə, de birini də.

– Ağrın alım, sözə bax.

Evimizdə səndən savay, gör heç varmı bir oyaq?

Nağıl hər bir xalqın təfəkkürünün məhsulu olmaqla, uşaqlarda ilkin müsbət keyfiyyətlər formalaşdırır. Cəsurluq, qorxmazlıq, vətənpərvərlik, böyüklərə hörmət, kiçiklərə qayğı və sair. Həmçinin uşaqlarda nitq qabiliyyətinin inkişaf etdirilməsində, onlarda söz ehtiyatının zənginləşdirilməsində və digər bu kimi keyfiyyətlərin aşılanmasında nağıllar ən səmərəli vasitələrdən biridir. Elə ulularımız da məhz bunları nəzərə alaraq uşaqlara nağıl danışmağı vacib sayıblar. Bəs bu gün bu, niyə unudulub? Yəqin, deyəcəksiniz ki, indi nağıl yox, kompüter əsridir. Bu fikirlə razılaşmaq olar ki, indi kompüter əsridir. Ancaq onu da unutmayaq ki, televizor, internet, kompüter və həyatımızın tərkib hissəsinə çevrilən digər texnologiyalar barədə ilk ibtidai məlumatlar başqa məfhumların timsalında elə nağıllarımızda verilməyibmi? Ata-babalarımız öz ilkin təfəkkür tərzləri ilə həmin texnologiyaları ibtidai şəkildə olsa da, nağıllarımıza gətirməyiblərmi? Məsələn, uçan xalçalar, məktub daşıyan göyərçinlər və sair.

Yaxşı ki, nağıllar orta məktəbdə ibtidai siniflərin proqramına salınıb. Sinifdənxaric oxu materiallarında da nağıllara yer verilib. Bu vasitələrdən səmərəli istifadə etmək müəllimlərin vəzifəsidir və düşünürük ki, onlar bu vəzifəni yerinə yetirməyə səy göstərsələr də, azdır.

Son illərdə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə latın qrafikası ilə nəşr olunmuş çox qiymətli kitablar məktəb kitabxanalarına da verilib. Onlardan necə istifadə olunur? – sualına isə birmənalı cavab vermək mümkün deyil. Bunu xidməti işimlə əlaqədar olduğum bir neçə məktəbdə görmüşəm. Bu gün də elə olduğuna şübhəm yoxdur. Həmin təhsil müəssisələrində çalışanlar öz vəzifə borclarına məsuliyyətlə yanaşsalar, uşaqlarda mütaliə mədəniyyətinin formalaşmasını da təmin edə bilərlər. Təəssüf ki...

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Günay İsaqova deyir ki, bir dəfə mərkəzə qəbul olunmağa gəlmiş bir neçə uşaqla həmsöhbət olaraq soruşdum:

– İlk dəfə hansı nağılı eşitmisiniz?

Əvvəlcə heç bir şagird dillənmədi. Bir qədər istiqamət verdikdən sonra şagirdlərdən biri cavab verdi:

– Televiziyada “Göyçək Fatma” nağılına baxmışam.

Bu cavab başqa şagirdləri də sanki ruhlandırdı. Onlar televizorda, internetdə baxdıqları müxtəlif filmlərdən (baxmayaraq ki, onların böyük əksəriyyəti nağıl janrından xeyli uzaq olan ekran materialları idi) danışmağa başladılar. Belə bir haqlı qənaətlə, yəqin ki, çoxumuz razılaşmayacağıq: bəhs olunan mövzu ilə bağlı bu gün nənələri televizor və internet əvəz edib. Ancaq biz də bir mərkəz olaraq nağıllarımızın, uşaq oyunlarımızın unudulmaması üçün öhdəmizə düşən vəzifələri yerinə yetirməyə səy göstəririk. Mərkəzin kütləvi tədbirlər şöbəsinin nəzdində “Naxçıvan folkloru” dərnəyi yaratmışıq. Bu dərnəkdə yaradılmış bir neçə qrupa çoxlu uşaq cəlb olunub. Dərnəklərin məşğələlərində nağıllar oxunur, onların düzgün qiraəti diqqət mərkəzində saxlanılır, bəzi nağılları səhnələşdiririk. Vətənpərvərlik, xeyirxahlıq hisslərinin, digər müsbət keyfiyyətlərin düzgün formalaşdırılmasında belə tədbirlərin böyük əhəmiyyəti var. Bu məsələnin həllində məktəb kitabxanalarının da üzərinə mühüm vəzifələr düşür.

Bu gün şəhərimizdə fəaliyyət göstərən Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla, həmçinin uşaq teatrlarının bu vəzifənin öhdəsindən gəlməsi təqdirolunasıdır. Bu mədəniyyət müəssisələri nağıllar əsasında səhnələşdirilmiş tamaşalara daha çox yer verməyə çalışırlar. Onları uşaqlara təqdim edəndə yaşadıqları sevinci təsəvvür edirsinizmi? Ancaq... Bir dəfə nəvəmi apardığım tamaşadan sonra uşaqlarla həmsöhbət oldum. Nağıl-tamaşadan xoşları gəlib-gəlmədiyini soruşdum. Cavabları çox müsbət oldu. Soruşdum ki, evinizdə sizə nağıl danışırlarmı? “Yox” cavabı aldım: – Ata-anamız seriallara baxır, bizi isə dərslərimizi oxuyub yatmağa göndərirlər.

Acı da olsa, həqiqətdir. Kimlər üçünsə toxunduğumuz mövzu köhnəlmiş, ya da lazımsız hesab edilə bilər. Bu, onların öz işidir. Ancaq dərindən düşünsək, nağıl aləminin gerçəkliklərini uşaqlarımıza çatdırmağın böyük tərbiyəvi əhəmiyyəti olduğunu anlayarıq.

“Cırtdanın nağılı”nı xatırlayırsınızmı? Nağılda belə bir məqam var. Uşaqlar meşədə azıblar. Yol axtarırlar. Qarşıda iki yol var: bir tərəfdə işıq görünür, bir tərəfdən səs gəlir. Cırtdandan soruşurlar: – Hansı tərəfə gedək: işıq görünən tərəfə, yoxsa səs gələn tərəfə? – Cırtdan cavab verir: – İşıq gələn tərəfə.

Elə bu nağılın özünün aşıladığı mənəvi dəyər yetərincə deyilmi?

... Nağıllarımızda işıq var, keçilən yolun sonu həmişə xeyirlə qurtarır. Xeyir həmişə şər üzərində qələbə çalır. Bu qələbə həmin işıqdan gəlir. İşıq gələn tərəfə gedək.

Muxtar Məmmədoğlu,

Əməkdar jurnalist, Naxçıvan,

“Daha bir payız da gəldi ömrümə”

kitabından

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Yanvar 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri