Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Niyə narkozdan əvvəl yemək və içmək olmaz: Daha nə qadağandır?

Niyə narkozdan əvvəl yemək və içmək olmaz: Daha nə qadağandır?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ümumi anesteziyadan əvvəl pasiyentlərə qida və sudan tam imtina etmək ciddi şəkildə tövsiyə olunur. Lakin bir çox insan bunun səbəbini və bu qaydalara əməl edilmədikdə nə baş verə biləcəyini bilmir.
Anestezioloq Yuliya Payul "UNIAN"a verdiyi şərhdə narkozdan əvvəl niyə su içməyin də qadağan olunduğunu, bunun orqanizmdəki fizioloji dəyişikliklərlə necə bağlı olduğunu və digər məhdudiyyətləri izah edib.
Həkimin sözlərinə görə, əsas təhlükə qoruyucu reflekslərin itirilməsidir: "Narkoz zamanı insan orqanizmində bütün əzələlər boşalır və bütün reflekslər, o cümlədən udma refleksi yox olur”.
Bu səbəbdən pasiyent udmanı idarə edə bilmir və əməliyyat zamanı mədədəki məzmun hətta başın azacıq hərəkəti ilə qida borusu ilə yuxarı qalxaraq boğaza, daha sonra nəfəs yollarına düşə bilər.
Mütəxəssis bildirir ki, bu halda mədə turşusu ağciyərlərə düşə bilər və bu, kimyəvi yanıq, aspirasion pnevmoniya (ağciyər iltihabı) və hətta ölüm təhlükəsi yarada bilər.
Eyni risklər maye qəbuluna da aiddir: "Ona görə pasiyentlərə ümumi narkozdan əvvəl nə yemək, nə də içmək olmaz".
Narkozdan neçə saat əvvəl yemək dayandırılmalıdır?
Həkim ümumi tövsiyələri də açıqlayıb: əməliyyatdan 6–8 saat əvvəl bərk qida qəbul edilməməlidir, su isə ən azı 2 saat əvvəl dayandırılmalıdır.
O əlavə edib: "Qəhvə və şirələr də qida sayılır, ona görə onlar da əməliyyatdan 6–8 saat əvvəl kəsilməlidir”.
Ana südü ilə qidalanan körpələr üçün ayrıca qayda var: onlara əməliyyatdan 4 saat əvvəl süd verilə bilər, su isə 2 saat əvvəl dayandırılır.
Yerli anesteziya zamanı yemək olar mı
Həkimin sözlərinə görə, məhdudiyyətlər əsasən ümumi narkozla bağlıdır: "Yerli keyitmə zamanı insan şüurlu olur, reflekslər saxlanılır və o, öz hərəkətlərini idarə edə bilir”.
Bu səbəbdən yerli anesteziya zamanı qida və su ilə bağlı ciddi qadağa olmur.
Niyə narkozdan əvvəl su içmək və siqaret çəkmək olmaz?
Ümumi anesteziya zamanı orqanizm tam fərqli rejimə keçir, buna görə əlavə məhdudiyyətlər də var. Anestezioloq Andriy Vitovski bildirir ki, ümumi anesteziya zamanı insan şüuru "söndürülür”, ağrı hiss olunmur və əzələlər tam boşalır. Bu vəziyyətdə xəstənin nəfəs alması üçün süni tənəffüs aparatı və intubasiya borusu istifadə olunur.
Alkoqol niyə qadağandır?
Mütəxəssis qeyd edir ki, spirtli içki əməliyyatdan bir neçə gün əvvəl belə arzuolunmazdır: "Alkoqol və yuxu verici preparatlar bir-birinin təsirini gücləndirə bilər”.
Bu, narkoz zamanı dərmanların təsirini proqnozlaşdırmağı çətinləşdirir. Ona görə alkoqol tamamilə dayandırılmalıdır.
Siqaretin riski
Siqaret çəkmək ağciyərlərə ciddi təsir edir. Vitovskinin sözlərinə görə, uzunmüddətli siqaret çəkənlərdə bronxlarda bəlğəm toplanır və bu, süni tənəffüs borusunu tıxaya bilər: "Əgər pasiyent siqaret çəkirsə və ümumi narkozu təhlükəsiz keçmək istəyirsə, əməliyyatdan 1–2 ay əvvəl siqareti tərk etməsi tövsiyə olunur”.
O həmçinin bronxospazm və laringospazm kimi ağır fəsadların yarana biləcəyini vurğulayıb. 
Dərmanlar və həkimə məlumat vermək
Pasiyentlər qəbul etdikləri bütün dərmanlar barədə həkimə mütləq məlumat verməlidirlər. Bəzi dərmanları yalnız anestezioloqun qərarı ilə dayandırmaq olar. Xüsusilə təzyiq dərmanlarının özbaşına dayandırılması təhlükəlidir, çünki əməliyyat zamanı kritik təzyiq artımı yarana bilər.
Qan durulaşdırıcı dərmanlar da ciddi risk yarada bilər və əməliyyat zamanı güclü qanaxmaya səbəb ola bilər.
Fiziki aktivlik və digər məhdudiyyətlər
Əməliyyatdan əvvəl intensiv idman tövsiyə edilmir, çünki bu, təzyiqi və maddələr mübadiləsini artırır.
Qadınlar mütləq menstruasiya barədə həkimə məlumat verməlidirlər, çünki bu dövrdə qanaxma riski arta bilər.
Həmçinin hər hansı infeksiya, virus xəstəliyi və ya psixoaktiv maddə istifadəsi barədə məlumat verilməlidir. Bu, narkozun dozasına və təhlükəsizliyinə birbaşa təsir edir. (Qaynarinfo)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Aprel 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see461

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see334

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see322

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see307

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see306

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see302

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see277

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see263

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see261

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see240

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see233

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see224

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see223

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see221

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see212

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see209

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see206

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see205

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see201

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri