Icma.az
close
up
RU
Narkozdan əvvəl niyə yemək və su qəbul etmək olmaz? əsas SƏBƏBLƏR

Narkozdan əvvəl niyə yemək və su qəbul etmək olmaz? əsas SƏBƏBLƏR

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ümumi anesteziya (narkoz) öncəsi pasiyentlərə yemək və su qəbul etməmək ciddi  tövsiyə olunur. Lakin bir çox insan bunun səbəbini və qaydalara əməl etmədikdə nə baş verə biləcəyini bilmir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, həkim-anestezioloq Yuliya Payul izah edir ki, əsas təhlükə qoruyucu reflekslərin itirilməsidir. Narkoz zamanı insanın bütün əzələləri boşalır və xüsusilə udma refleksi yox olur.

Bu səbəbdən mədədə olan qida və ya maye əməliyyat zamanı yuxarı qalxaraq əvvəlcə qırtlağa, sonra isə nəfəs yollarına düşə bilər. Mədə turşusu ağciyərlərə daxil olaraq kimyəvi yanıq, aspirasion pnevmoniya (ağciyər iltihabı) və hətta həyati təhlükə yarada bilər. Məhz buna görə pasiyentlərə ümumi narkozdan əvvəl nə yemək, nə də su içmək icazə verilmir.

Narkozdan nə qədər əvvəl yemək və su qadağandır?

Həkimlərin ümumi tövsiyələrinə görə:

Bərk qida əməliyyatdan 6-8 saat əvvəl dayandırılmalıdır

Su ən azı 2 saat əvvəl içilməməlidir

Qəhvə və şirələr də qida sayılır və 6-8 saat əvvəl qadağandır

Körpələr üçün qaydalar fərqlidir: ana südü əməliyyatdan 4 saat əvvələdək verilə bilər, su isə eyni qayda ilə 2 saat əvvəl dayandırılmalıdır.

Yerli anesteziyada vəziyyət fərqlidirmi?

Yerli anesteziya zamanı insan ayıq olur və refleksləri qorunur. Buna görə bu halda yemək və su ilə bağlı ciddi qadağalar tətbiq edilmir.

Narkozdan əvvəl başqa nələr qadağandır?

Həkim-anestezioloq Andrey Vitovskiy qeyd edir ki, qadağalar bununla bitmir. Alkoqol qəbul etmək olmaz narkoz dərmanlarının təsirini gücləndirə bilər. Siqaret çəkmək risklidir ağciyərlərdə problemlər yarada və əməliyyatı çətinləşdirə bilər.

Güclü fiziki məşqlər məsləhət görülmür təzyiq və maddələr mübadiləsini artırır. Həmçinin qəbul etdiyiniz bütün dərmanlar barədə həkimə məlumat vermək vacibdir. Bəzi dərmanları özbaşına dayandırmaq təhlükəli ola bilər. Məsələn, təzyiq dərmanlarını dayandırmaq əməliyyat zamanı ciddi arterial yüksəlməyə səbəb ola bilər.

Niyə bütün məlumatları həkimə demək vacibdir?

Həkimlər bildirir ki:

Mövcud xəstəliklər

Qəbul olunan dərmanlar

Zərərli vərdişlər

Hətta menstruasiya haqqında məlumat vermək əməliyyatın təhlükəsizliyi üçün vacibdir. Beləliklə, narkozdan əvvəl yemək və su qadağası sadə bir qayda deyil, həyat üçün vacib təhlükəsizlik tədbiridir. Bu qaydalara əməl etmək ciddi fəsadların qarşısını ala bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Aprel 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri