Icma.az
close
up
RU
Niyə nümunəvi icra başçısı yoxdur? 1999 da vardı...

Niyə nümunəvi icra başçısı yoxdur? 1999 da vardı...

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1999-cu ildə Azərbaycan siyasi idarəçiliyində nadir sayılacaq bir fərman verilib. Söz yerinə düşər, təxminən elə bu vaxtları, iyulun 20-də o zamankı Prezident Heydər Əliyev bir icra başçısını digərlərinə nümunə göstərib. Həm də təkcə İH rəhbərlərinə deyil, nazirlik, komitə, şirkət, birlik və idarələrə başçılarına.

“Yeni Sabah” xəbər verir ki, söhbət Hacıbala Abutalıbovun adının birbaşa çəkildiyi sənəddən gedir.

O, 1995-ci il fevralın 16-da Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Təxminən 4 il 6 ay sonra isə digər vəzifədaşları və özündən də yüksək vəzifə tutan şəxslərə örnək göstərilib. pizza hut

Suraxanıya təyinatdan 2 il sonra, 2001-ci il yanvarın 30-da Hacıbala Abutalıbov artıq vəzifəcə yüksələrək Bakı şəhəri İcra hakimiyyətinin başçısı olub. Buna qədər isə 2000-ci ilin yanvarından 2001-ci ilin yanvarına qədərBaş nazirin müavini vəzifəsində çalışıb. 2018-19-cu illərdə də yenidən eyni postu tutub.

Amma və lakin...

“Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında” Sərəncamı yada salmaqda fayda var:

“Suraxanı rayonunda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Məqsədyönlü fəaliyyət nəticəsində rayonda sənaye məhsullarının istehsalı ildən-ilə artır, mənzil tikintisi həyata keçirilir və ehtiyacı olanlara verilir, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara qayğı və hərtərəfli yardım göstərilir.

Suraxanı Rayon İcra Hakimiyyətinin iş təcrübəsini müsbət qiymətləndirərək qərara alıram:

1. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı H.İ. Abutalıbovun işi təqdirəlayiq hesab edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yerli icra hakimiyyəti orqanları, nazirlik, komitə, şirkət, birlik və idarələr arasında yayılmasını təmin etsin.

3. Yerli və daxili imkanlardan maksimum istifadə etməklə əhalinin iqtisadi, sosial və məşğulluq problemlərinin həlli bütün icra strukturlarına xüsusi vəzifə kimi tapşırılsın”.

Sərəncamın preambula hissəsində qeyd olunan hallar artıq adiləşib. Elə bir gün yoxdur ki, hansısa icra başçısının kabinetdən kənarda fəaliyyətinə dair foto və videoya rast gəlməyəsən. Yəni İH rəhbərləri xalqa açılmağa, kütlənin içinə getməyə başlayıb, qəbullardan əlavə (doğrudur, bəziləri özü ilə vətəndaş arasında stolun uzunluğu ilə məsafə saxlayır), ictimai tədbirlərdə də ilk sırada otururlar. Hətta eləsi var ki, az qala bütün günü ehsan süfrələrinin başında oturur. Az qala hüzr məclisini əsas iş yerinə çevirib.

Yenə də amma və lakin...

Məlum sərəncamın sonuncu cümləsində nə deyilir?

“Yerli və daxili imkanlardan maksimum istifadə etməklə əhalinin iqtisadi, sosial və məşğulluq problemlərinin həlli bütün icra strukturlarına xüsusi vəzifə kimi tapşırılsın”. Bu sarıdan hansı icra başçısı öyünə bilər?

Kəndlər boşalır, bir çoxunda məskun ailə sayı kəskin azalıb. Əyalətdə məşğulluq problemi iti bıçaq kimi rayonların əhali sayını kəsir. Sirr deyil ki, əsasən paytaxta böyük köç dalğası var. Lakin icra başçıları onun qarşısını almaqda acizdir, çarə tapmaqda da.

“Mən 90-cı illərdə məktəbi bitirəndə sinifimizdə elə öz kəndimizdən 34 şagird vardı. İndi qonşu kəndlərdən belə gələnlər hesabına bir sinifdə 10 uşağı bir yerə yığa bilməzsən. Hamı Bakıya qaçır, məktəblər boşalır, müəllimlər iş yerlərini itirir”, - deyə bir sosial şəbəkə istifadəçisi yazıb.

“Bir çox bələdiyyənin birləşdirilməsinin səbəbi bilirsinizmi nədir? Kəndlərin boşalması...” – bunu da başqa bir sosial şəbəkə istifadəçisi yazıb.

Oxşar nümunələr çoxdur, bəs deyən qədər.

Deməli, yeni bir nümunəyə ehtiyac var. Zirək, təşəbbüskar, işbacaran icra hakimiyyəti başçısı peyda olmalı, kimsə bu sahədə irəli düşməlidir.

Amma və lakin...

Kim?

Aytəkin Əzizqızı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Avqust 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri