Icma.az
close
up
RU
Niyə sürətli yemək olmaz?

Niyə sürətli yemək olmaz?

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yemək istehlak etmək müddəti, ən az çəki və sağlamlıq üçün uyğun qida seçmək qədər vacibdir.

Kalori qəbulu yeməyi istehlak etdiyiniz sürətə görə dəyişir. Bundan əlavə, yeməyi istehlak etdiyiniz müddət qidaların həzmində mühüm rol oynayır.

Axşam.az xəbər verir ki, ağzınıza atdığınız ilk qida artıq bununla bağlı beyninizə siqnal ötürür. Beyin bədəni stimullaşdırır və həzm prosesi üçün hazırlayır. Yeməyi istehlak etmək və çeynəmək üçün kifayət qədər vaxt sərf etsəniz, bədən həzm üçün özünü hazırlayacaqdır.

Ancaq sürətlə yediyiniz zaman bədən buna uyğunlaşmaqda çətinlik çəkir, özünü lazımi səviyyədə hazırlaya bilmir. Bu isə həddindən artıq çəki artımı, mədə ağrısı, xora kimi sağlamlıq problemləri ilə qarşılaşmağınıza səbəb olur.

İştah və kalori qəbulu əsasən hormonlar tərəfindən idarə olunur. Yeməkdən sonra mədə aclıq hissini idarə edən hormon olan qrelini boğur. Qida bağırsağa çatdıqda toxluq hissi verən leptin hormonu ifraz olunur. Bu hormonlar beyinə çatdıqda aclıq hissi azalır. Bunun baş verməsi isə təxminən 20 dəqiqə çəkir. Yemək çox tez yeyildikdə, bu hormonların fəaliyyət göstərməsi üçün kifayət qədər vaxt qalmır və toxluq hissi qəbul edilmir. Qısaca mədə lazımsız yerə artıq qida qəbul etmiş olur. Həmçinin, tez yeyən insanlar yavaş yeyənlərə nisbətən daha çox ac qalırlar. Çünki sürətli yemək yeyən insanlarda toxluq hormonu olan leptin daha qısa müddətə ifraz olunur. Bu da çəki almağa yol açır. Tədqiqatlar göstərir ki, sürətli yeyənlər yavaş istehlak edənlərə nisbətən 2 dəfə daha çox çəki qazanırlar.

Bunun qarşısını almaq üçün qida qəbulu vaxtınızı ən azı 20 dəqiqə təyin etməlisiniz. Yeməyi ağzınızda dad və qoxu hiss edənə qədər təxminən 15-40 dəfə çeynəyin. Maye qidaları isə qısa müddət ağzınızda saxlayıb qurtumla istehlak edin. Bu sayədə yediyiniz yeməklərdən daha çox həzz alacaq və lazımsız istehlakdan qaçacaqsınız.

Yeməyi kiçik parçalar halında istehlak edin. Hər dişləmədən sonra siz qaşığı (çəngəli) yerə qoymalı və növbəti dəfə üçün yenidən götürməlisiniz. Bu, yeməyi tez bitirməməyə kömək edir.

Həmçinin, televizora baxarkən və ya başqa bir işlə məşğul olarkən yemək yeməyin. Bu, diqqətinizi yediyiniz qidadan ayırır və fərqinə varmadan çox yeməyinizə səbəb olur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri