Icma.az
close
up
RU
Niyə təyyarədə uçanda tennis topu götürməlisiniz? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Niyə təyyarədə uçanda tennis topu götürməlisiniz? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səyahətlər zamanı təyyarədə uçan sərnişinlər çox vaxt bel, ayaq, çiyin və ya bilək ağrısından şikayətlənirlər. Adətən belə hallarda onlara antiseptiklər, boyun yastıqları və digər xırda rahatlıq vasitələri götürmək tövsiyə olunur.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, lakin mütəxəssislər bildirirlər ki, əslində bütün bu əşyalar arasında çox sadə, amma olduqca təsirli bir vasitə - tennis topu.

Tennis topu həm yüngül, həm də daşıması asandır. Onu rahatlıqla çantaya və ya əl yükünə yerləşdirmək mümkündür. Bu kiçik vasitə masaj, qan dövranının yaxşılaşdırılması və əzələlərin gərginliyini azaltmaq üçün istifadə olunur. Üsul isə çox sadədir: topu bədənin müxtəlif hissələrinə, budlara, topuqlara, ayaqlara, çiyinlərə və biləklərə yüngül təzyiqlə gəzdirmək kifayətdir.

Bu hərəkətlər əzələlərin boşalmasına, qan dövranının aktivləşməsinə və ümumi rahatlığa səbəb olur. Beləliklə, tennis topu iri və ağır masaj cihazlarını əvəz edə bilir.

Xüsusilə yaşlı sərnişinlər üçün faydalıdır

Yaşlılara qulluq üzrə mütəxəssis Li Kartrayt izah edir ki, uçuş zamanı ayaqları üst-üstə qoymaq olmaz. Çünki bu, beldə və oynaqlarda ağrı yarada, həmçinin ayaqlarda qan dövranını zəiflədərək dərin ven trombozu (DVT) riskini artıra bilər. Bu vəziyyət təhlükəlidir, çünki yaranan tromb bədənin digər hissələrinə hərəkət edə bilər.

Yaşlı insanlar bu baxımdan daha həssas sayılır: yaş artdıqca qan dövranı zəifləyir, əzələlər elastikliyini itirir, venalarda olan qapaqlar isə əvvəlki kimi effektiv işləmirlər. Bundan başqa, şəkərli diabet kimi əlavə xəstəliklər də riski artırır.

Əl yükündə nələri saxlamaq vacibdir?

Mütəxəssislər tennis topu ilə yanaşı, bəzi vacib əşyaları da əl yükündə saxlamağı tövsiyə edirlər. Buraya reseptlə yazılan dərmanlar və şəxsi elektronika daxildir. Bu əşyaları heç bir halda baqaja vermək olmaz, hətta uçuş qısa olsa belə. Dərmanlar xüsusilə önəmlidir, çünki onları təkrar əldə etmək, xüsusilə də istirahət və bayram günlərində, çətin ola bilər.

Sadə, ucuz və çoxfunksiyalı rahatlıq vasitəsi

Beləliklə, tennis topu səyahəti daha rahat və təhlükəsiz edən, əzələ ağrılarının və qan dövranı problemlərinin qarşısını alan sadə, yığcam və ucuz vasitədir. Xüsusilə tez-tez uçan sərnişinlər üçün bu üsul həm rahatlıq, həm də sağlamlıq baxımından əvəzolunmaz hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Oktyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri