Icma.az
close
up
RU
Niyə ac yatmaq olmaz? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Niyə ac yatmaq olmaz? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi insanlar düşünür ki, yatmazdan əvvəl aclıq çəkmək arıqlamağa kömək edir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, amma əslində, gecə aclığı bir sıra sağlamlıq problemlərinə – yuxu pozğunluğundan tutmuş maddələr mübadiləsinin zəifləməsinə qədər – səbəb ola bilər.

Niyə ac yatmaq olmaz?

Mütəxəssisin sözlərinə görə, əgər yatmazdan əvvəl aclıq hiss edirsinizsə, bu, gün ərzində çox yorulduğunuzun və bədəninizin bərpa üçün lazım olan qida maddələrini kifayət qədər almadığınızın göstəricisi ola bilər.

Aclığı görməzlikdən gəlib yatmaq – düzgün strategiya deyil. Çünki yuxu zamanı orqanizmin özünü bərpa etməsi üçün kifayət qədər zülal, yağ, karbohidrat, vitamin və mineral maddələrə ehtiyacı var.

Ona görə də rasionunuza diqqət etmək çox vacibdir. Əgər "yatmazdan əvvəlki aclıq" sadəcə bir dəfəlik haldırsa – gedin və bir şey yeyin. Ən yaxşısı, tam bir yemək yeməkdir (zülal, yağ, karbohidrat balansı ilə). Əgər buna imkan yoxdursa – heç olmasa mürəkkəb karbohidratlar və tərəvəzlər yeyin. Əgər aclıq hissi çox güclü deyilsə və gün ərzində normal qidalandığınızı bilirsinizsə – bir banan və ya manqo da kifayət edə bilər.

Alma və ya armud – yaxşı seçim deyil, çünki bu meyvələr sizi çox güman ki, doydurmayacaq və siz yenə də aclıq hissi ilə yata bilməyəcəksiniz.

Aclığın yuxuya təsiri

Aclıq hissi yuxuya getməyə mane ola və ya gecə yarısı oyatmağa səbəb ola bilər. Bədən enerji çatışmazlığı hiss etdikdə kortizol (stress hormonu) səviyyəsini artırır ki, bu da yuxunun keyfiyyətini pisləşdirir.

Üstəlik, əgər orqanizm gecə saatlarında mütəmadi olaraq lazımi qida maddələrini almasa, bu, maddələr mübadiləsinə mənfi təsir göstərə bilər – yəni bədən enerjiyə qənaət etməyə başlayır və yağ yandırma prosesi yavaşlayır. Hətta yuxu zamanı bədən zülal çatışmazlığı səbəbindən enerji üçün əzələ toxumasını parçalamağa başlaya bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri