Icma.az
close
up
RU
Niyə vətəndaş ölkədən çıxışına qoyulan qadağadan yalnız havalimanında xəbər tutur?

Niyə vətəndaş ölkədən çıxışına qoyulan qadağadan yalnız havalimanında xəbər tutur?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycanda populyar bir epizod var: Vətəndaş “sizin ölkədən çıxışınıza məhdudiyyət var” deyə havalimanından geri qaytarılır, aldığı biletin pulu da batır. Əslində isə, hər bir vətəndaş ölkədən çıxışına qoyulan məhdudiyyət barədə əvvəlcədən yazılı formada məlumatlandırılmalıdır. “Azərbaycan Respublikasının vətəndaşlarının xaricə getmək, xaricdən gəlmək haqqında” Qanunla müəyyən olunub ki, hüququ məhdudlaşdırılan vətəndaşa bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məlumat verilməlidir. Amma verilirmi? Yaxud görəsən, məlumat verildiyi bircə hal yaşanıbmı?

Bütün hallarda vətəndaşlar sərhəd-keçid məntəqəsində çıxış zamanı “sizin ölkədən çıxışınıza məhdudiyyət var” cavabı ilə rastlaşırlar. Bu, havalimanı əməkdaşlarının qərarı deyil. Vətəndaşı Dövlət Sərhəd Xidmətinin əməkdaşları geri qaytarır, amma bu onların da qərarı deyil: Ölkədən çıxışa məhdudiyyətlər bir çox dövlət qurumları tərəfindən, həmçinin də məhkəmənin qərarı ilə ola bilər.

Həmin müvafiq qurumlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Bu qurumun ucbatından minlərlə təyyarə biletinin batdığını iddia etmək olar. Qanuna görə bu Xidmət həqiqətən də ölkədən çıxışa məhdudiyyət qoya bilər. Amma bunu da tənzimləyən qaydalar var.

Əvvəla, dediyimiz kimi, mütləq vətəndaş yazılı şəkildə məlumatlandırılmalıdır. Bu qaydanın fəlsəfəsi ondan ibarətdir ki, vətəndaş qərarla razı deyilsə, əlindəki bildirişlə məhkəməyə müraciət edə bilsin, daha baha qiymətə bilet alıb iş işdən keçəndən sonra havalimanında olaydan xəbər tutmasın.

Başqa bi qayda da budur ki, bu Dövlət Xidməti 18 yaçına çatmayan heç bir şəxsə ölkədən çıxış məhdudiyyəti qoya bilməz – qanunla qadağandır. Hətta ad gününə bir gün qalsa belə, məhdudiyyət qoyula bilməz. Amma... Özünüz başa düşdünüz!

Məsələ ondadır ki, yuxarıda xatırlatdığımız qanuna əsasən yaınız hərbi mükələfiyyəti olanların ölkədən çıxışına bu əsasla məhdudiyyət qoyula bilər. Hərbi mükələfiyyət isə 18 yaş tamam olduqdan sonra yaranır. Ona görə də 18 yaşını tamam etməyən şəxslərə hərbi çağırışla bağlı məhdudiyyət qoyulubsa, məhkəməyə müraciət edib dəymiş zərərin və əlavə kompensasiyanın ödənilməsini tələb edə bilərsiniz.

Digər problem isə, məsələn, oktyabr çağırışına görə artıq avqust ayında məhdudiyyətlərin qoyulmasıdır. Xaricdəki universitetlərin əksəriyyəri tələbə qeydiyyatını avqust, sentyabr və oktyabr aylarında həyata keçirir. Nəticədə vətəndaş artıq avqust-sentyabr aylarında ölkədən çıxıb tələbə qeydiyyatını həyata keçirə bilmir. Əslində məsələyə “insaf” prizmasından yanaşsaq, hərbi komissarlıq və ya elə Dövlət Xidmətinin özü vətəndaşın qəbul olunduğunu müvafiq universitetin saytından dəqiqləşdirib onun ölkədən çıxışına icazə verə bilər ki, tələbə qeydiyyatı tamamlansın. Universitetin saytında tələbənin məlumatları ilə yanaşı, hətta şəkli də yer alır. Bunu yoxlamaq çətindirmi?

Amma bizdə nə baş verir? Komissarlıq deyir ki, məsələn, Türkiyədə universitetdən tələbə sənədini al, apostil etdir və gətir, sonra sənin ölkədən çıxmağına icazə verək. Bəli dünyanın ən məntiqsiz proseduru: Yəni Azərbaycan sərhədlərindən kənara çıxmadan Türkiyəyə get, qeydiyyatını tamamla, tələbə sənədini al, Valilikdə apostil etdir gətir, sonra ölkədən çıxarsan. Ölkədən çıxmadan Türkiyəyə getmək mümkün olmadığına görə, minlərlə tələbənin təhsili və təyyarə bileti batır. Nəticədə minlərlə gəncin həyatı qırılır...

Ümid edirik ki, bu yazı Dövlət Xidmətində kimlərinsə diqqətini cəlb edəcək və işin altından su çıxmadan yanlışlıqlar düzəldiləcək.

Emin, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Avqust 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri