Icma.az
close
up
RU
Nizami Cəfərovun “nadan” dediyi kimlərdir? Onların içində ziyalılar da var MÜSAHİBƏ

Nizami Cəfərovun “nadan” dediyi kimlərdir? Onların içində ziyalılar da var MÜSAHİBƏ

Icma.az, Bizim media saytına istinadən bildirir.

Orfoqrafiya qaydaları və ümumən ədəbi dilimizə münasibət hər zaman cəmiyyətin diqqət mərkəzində olub. Xüsusən də hər dəfə yeni orfoqrafiya qaydaları müzakirəyə çıxarılanda, fərqli yanaşmalar, fikir ayrılıqları ortaya çıxır. Dilin yalnız ünsiyyət vasitəsi yox, həm də milli kimliyin daşıyıcısı olduğunu nəzərə alsaq, bu mübahisələrin əhəmiyyəti daha da artır. Məhz bu mövzular ətrafında biz tanınmış dilçi alim, akademik Nizami Cəfərovla söhbətləşdik. O, orfoqrafiya məsələlərinə yanaşmalar və ana dilimizə cəmiyyətin münasibəti barədə fikirlərini Bizim.Media-ya bölüşdü.
Cəmiyyətimiz ana dilini dərindən öyrənməyə meyilli deyil
– Cəmiyyətdə tez-tez müzakirə olunan və qınanılan məsələlərdən biri də orfoqrafiya və orfoepiya qaydalarıdır. Qaydalar niyə tez-tez dəyişdirilir?
– Bu məsələ daim bizim cəmiyyətimizi düşündürür, narahat edir. Onu deyim ki, cəmiyyətimiz əsas ünsiyyət dilimiz olan ana dilini o qədər də dərindən öyrənməyə meyilli deyil. Bizim kifayət qədər təkmilləşdirilmiş orfoqrafiyamız var. Düzdür, bunu ofoepiya – düzgün tələffüz qaydaları haqqında deyə bilmərik, orada çatışmazlıqlar var. Bu, təkcə bizdə deyil, bütün dünya dillərində belədir. Çünki dünyanın bütün dillərinin şifahi nitqi çox böyük təsirlər altındadır. Bir tərəfdən də şivələr, dialektlər də var ki, adətən ailədə uşaqlar ədəbi dildən çox o şivələrin təsiri ilə böyüyürlər. Bir qayda olaraq ədəbi dil məktəbdə öyrənilir. Ona görə də tələffüzdə müəyyən ziddiyətlərin olması mümkündür.
– Bəs orfoepiya ilə bağlı da işlər aparılırmı?
– Bu sahədə, əlbəttə, mütəxəsislər çalışırlar, araşdırmalar aparılır, xeyli lüğətlər də hazırlanıb. Amma düşünürəm ki, ciddi bir müzakirəyə ehtiyac var. Həmin müzakirəni aparacaq nütəxəssislər mən deməzdim ki, yoxdur, sadəcə azdır. Düzgün tələffüz bizim nitq mədəniyyətimizdə yəni Azərbaycan dilində o qədər də əhəmiyyətli hesab olunmur. Yəni “necə istəyirsən tələffüz elə, sözü necə istəyirsən de, əsas odur ki, sənin fikrin anlaşılsın”, bax bunun üzərində qurulub. Təəssüf ki, son zamanlar artıq orfoqrafiya – düzgün yazılış qaydaları da orrfoepiyanın gününə düşməyə başlayıb.
– Problem nədədir? Düzgün yazılış qaydalarına təsir edən amillər hansılardır?
– Biz ümumiyyətlə, qərb sözlərini 100-150 il boyunca birbaşa almamışıq, Rusiyadan keçməklə bizə gəlib, ona görə də rus tələffüzünün, aksentinin təsirləri var. Məsələn, elə götürək “kompüter” sözünü. Bu, alınma sözdür. Bunun “kompyuter” kimi yazılması rus dili tələffüzünün xüsusiyyətidir. Bu kimi rusdan “ələnib” bizə keçən sözlər çoxdur. Bir sıra sözlər var ki, bunların üzərindən müzakirə açmaq olar. Amma hazırda biz artıq dünya dilləri ilə, xüsusən beynəlxalq dil olan ingilis dili ilə birbaşa əlaqədəyik və sözlərin dəqiq necə yazılışını bilirik.
– Bəs orfoqrafiya qaydalarında dəyişikliklər etməyə ehtiyac varmı?
– Burada bir-birinə zidd fikirlər var. Son zamanlar maraqla qarşılanan, böyük mübahisə yaradan bir məsələ ortaya çıxdı ki, “səhiyyə, ədəbiyyat, maliyyə” və s. bu tipli sözlərdə 2 y hərfi nəyə lazımdır. Əslində faktiki olaraq orda bir y tələffüz olunur. Tələffüzdə uzatma, çox zaman 2 y hərfinin təəssüratı altında hiss olunur. Yəni dildə həm də yazıldığı kimi tələffüz olunan səhv bir tendensiya da var. Bizim bəzi ziyalılarırmız israrla bildirirlər ki, necə yazırıqsa o cür də tələffüz etməliyik. Məsələn, “məndən” deyə tələffüz etməliyik, “mənnən” yox. Bu o deməkdir ki, onda “kollektiv”, “Moskva” yazıb, elə də tələffüz edək. Amma elə deyil, bizdə artıq oturuşmuş qayda var və bunun üzərindən asanlıqla keçmək mümkün deyil.
Gənclərimiz başqa dillərin təsiri altındadır
– Gənclərin bu qaydaları mənimsəməsində nə kimi problem var?

– Problem ondadır ki, gənclərimiz son vaxtlar az oxuyur, daha doğrusu, ana dilində az mütaliə edir. Onlar başqa dillərin təsiri altındadır. Bu təsir leksikadan başlayir, tədricən fonetikaya keçir. Ən təhlükəlisi də odur ki, ordan da keçir qrammatikaya, yəni cümlələr normal qurulmur, söz sırası pozulur. Dünyanın böyük dilçiləri – Vilhelm fon Humboldt, Ferdinand  de Sessür – deyib ki, hər adam istədiyi kimi yaradıcı danışmalıdır. Sintaksisə qadağa qoyulmur, yəni sən cümləni necə istəyirsən qur, amma bunun ardınca, dilin bir xarakteri var: dil dərhal təklif edir ki, bax bu cür cümlə qurmalısan ki, səni anlasınlar. Həm yaradıcı olacaqsan, həm də ümumi normalar hüdudundan kənara çıxmayacaqsan. Yəni üslub nümayiş etdirməklə yanaşı, anlamlı da olmalısan.
– Yeni orfoqrafiya lüğətlərinin hazırlanmasına ehtiyac varmı?
– Dil dəyişir, bir yerdə qalmır. Yeni sözlər, terminlər lüğətlərə əlavə olunmalıdır. Prezident İlham Əliyevin xüsusi göstərişi ilə dil məsələləri ilə bağlı problemlər, onların araşdırılması, həll edilməsi, dilin nizanlanması Mədəniyyət Nazirliyinə tapşırıldı. Mən bunu inqilabi bir iş hesab edirəm. Çünki dil artıq sadəcə alimlərin, elmi institutların yox, bir icra orqanının səlahiyyətindədir. Biz vaxtı ilə arzulayırdıq ki, heç olmasa iki-üç ildən bir orfoqrafiya lüğətimiz çap olunmalıdır. İnanıram ki, məsələ həllini  tapacaq.
– Sizin bir lüğətlə bağlı təklifiniz maraq doğurmuşdu... Rus dilində olan sözlərlə bağlı lüğəti nəzərdə tuturam.
– Mən belə bir mülahizə söylədim ki, Azərbaycan danışıq dilində çoxlu rus sözləri var. Söhbət burda Avropa mənşəli sözlərdən getmir. İntellektual məna daşıyan yox, adi, sıravi məna daşıyan sözlərdir. Cəmiyyətimizdə, insanların dilində belə sözlər inertiv olaraq – özbaşına gedişlə çox geniş yayılıb. Bu sözlərin sayı az deyil, minlərlə ölçülür. Təklif etmişdim ki, bu sözlərin də ayrıca lüğəti hazırlansın.
Tədqiqatçılarımız bunu araşdırsın və cəmiyyətimizə də izah eləsinlər ki, bizim mükəmməl ədəbi dilimiz olduğu bir halda bu sözlərə nə gərək var? Xüsusilə Azərbaycan ziyalısının dilinə keçməyinin səbəbi nədir? Bu sözlər xalqın dil təfəkkürünə necə daxil ola bilir?
Bundan sonra çox nadan adamlar ortaya çıxdılar və dedilər ki, guya mən bu sözlərin orfoqrafiya lüğətinə daxil olmasını və dilimizin ruslaşdırılmasını təklif etmişəm. Yəni bundan nadan fikir söyləmək olarmı? Bunların içində hətta ziyalılar da var. İndi düşünün, biz belə bir cəmiyyətdə dil barəsindəki təsəvvürləri yeniləşdirməliyik. Demirəm hamı dilçi olsun. Amma hamı dilə münasibətdə insani yanaşmalıdır.
Orta məktəbdə öyrənilməli olan məsələlər öyrənilmir
– Bəs bu cür düşüncə insanlara necə aşılanmalıdır?

– Orta məktəblərdə Azərbaycan dili, ədəbiyyatı, Azərbaycan tarixi dərsləri kifayət qədər yaxşı keçilir. Ciddi pedaqoji təcrübəmiz var. Amma bununla yanaşı, yenə də bizim cəmiyyətimizdə orta məktəbdə öyrənilməli olan məsələlər öyrənilmir.
Bu o demək deyil ki, orta məktəbdə dərs keçilmir. Sadəcə belə yəqin etmək olar ki, yeniyetmələrimiz orta məktəbə getmir. Ayrı-ayrılıqda hazırlaşırlar, orta məktəb tədris kursunu tam keçmirlər. Ona görə də sonda gəlib olur dahi riyaziyyatçı, amma dil barədə təsəvvürləri heç nə... Bax bu məqamda düşünmək üçün əsas var. Orfoqrafiya qaydaları, onların stabilliyi ilə bağlı kifayət qədər aydın məlumatlar var, sadəcə yeni nəsil onu öyrənmək istəmir, amma bunun üzərində mübahisə açmağa həmişə hazırdır.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Avqust 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see286

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see182

İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu

16 Oktyabr 2025 14:42see167

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see166

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see150

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see146

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see135

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see134

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see131

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see125

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see124

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri