Nadir Məmmədli: Nizami Cəfərovun təklif etdiyi sözlərin lüğətə salınması nəzərdə tutulmayıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Dilin öz normaları, öz qaydaları var və orfoqrafiya lüğəti də bu qaydalar əsasında hazırlanır".
Oxu.Az xəbər verir ki, bu sözləri APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli akademik Nizami Cəfərovun fikirlərinə münasibət bildirərkən deyib.
Nadir Məmmədlinin sözlərinə görə, akademik Nizami Cəfərovun təklif etdiyi sözlərin orfoqrafiya lüğətinə salınması nəzərdə tutulmayıb: "Ola bilsin ki, onun fikirləri təhrif edilib, kontekstdən çıxarılıb, bəlkə də akademik həmin sözlər üçün ayrı bir lüğətin yaradılmasını təklif edib. Biz də bu təkliflə razılaşıb, Nizami Cəfərovla həmin lüğətin tətbiqində əməkdaşlıq edə bilərik. Hazırda yeni orfoqrafiya lüğəti hazırlanır. Ancaq həmin sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür".
Qeyd edək ki, akademik Nizami Cəfərov mediaya açıqlamasında "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətimizə daxil edilməli olduğunu deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 20 May 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















