Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Nizamiyə eşşək deyən Əlisa Nicatın dərdi nədir?! Fərid Hüseyn

Nizamiyə eşşək deyən Əlisa Nicatın dərdi nədir?! Fərid Hüseyn

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir həftə əvvəl yazıçı Əlisa Nicatın verdiyi müsahibədə Səməd Vurğun haqqında dediyi fikirlər müzakirələrə səbəb olmuşdu.
Bundan başqa, yazıçı digər müsahibəsində Nizamini, Xaqanini, Məhsətini fars dilində yazdığına görə qınamışdı.

Ədəbiyyat adamları arasında keçirdiyimiz sorğudan sonra məlum olmuşdu ki, Səməd Vurğunu yaltaq, donosbaz adlandıran Əlisa Nicatın "100 ən böyük azərbaycanlı" kitabındakı siyahıda Mircəfər Bağırovun adı üçüncüdür.

Kulis.az mövzu ilə əlaqədar Fərid Hüseynin "Nizamiyə eşşək deyən Əlisa Nicatın dərdi nədir?!" yazısını təqdim edir.


Ədəbi polemika necə başlamışdı, yaxud ədəbi şəxsiyyətlərə hücum


Bu günlərdə Əlisa Nicat müsahibəsində Səməd Vurğunu yaltaq adlandırıb, Mir Cəfər Bağırovu öydüyünə görə çoxları ixtiyar yazıçını qınadı.

Facebook-da Əlisa Nicata lənətlər yağdırıb, Allaha tapşıranlar, hətta onu sadəcə yaşına-başına bağışlayanlar da tapıldı. İnsanı adətən, iki məqamda yaşına görə bağışlayırlar, bir uşaq olanda, bir də xərifləyəndə. Uşaq vaxtı bilmədikləri insanın yanlışlara gedən yoluna su səpir, xərifləyən də isə “bildikləri”... Əlisa Nicat isə 90 yaşın astanasındadır.

Klassik ədəbiyyat və tənqid

Müsahibədən sonra şairlər, ziyalılar Əlisa Nicatın Səməd Vurğuna yaltaq dediyinə görə ayağa qalxdılar, özləri ayağa qalxmağa ərinənlər də başqalarını “ayağa qaldırdılar”. Ancaq görkəmli ədiblərə bu cür daşatma, ucuz yamanlama, təhqir daha Əlisa Nicat üçün adət halını alıb.
Belə ki, o, bir neçə ay öncə “Kanal 13”ə verdiyi müsahibədə ədəbi klassiklərimizi “eşşək” adlandırmış, “daş başlarına” deyərək qarğımışdı. Fəqət nədənsə onda heç kəsin ağzını bıçaq kəsməmişdi, ellikcə susmuşduq. Görünür, yaltaqlıq, eşşəklikdən daha ağır təhqirdir deyə Nizamiyə “eşşək” deyilməsinə dözürük, amma Şeyx Nizaminin “ulu nəvəsi”, onun “Leyli və Məcnun” əsərinin tərcüməçisi Səməd Vurğunun yaltaq adlandırılması isə ziyalı şənimizə kəsir gəlir.

Əlisa Nicat bir neçə ay öncəki müsahibəsində belə demişdi: “Nizami, Xaqani, Məhsəti fars dilində yazıblar, cəhənnəm, daş başlarına. Ağılları, beyinləri yoxdur ki, adam da öz dilində yazar da, ya da öz dilində də bir şey yazar. Gürcü fəxr edir ki, o gürcü dilinə İran dastanını tərcümə ediblər. Amma bizim eşşəklər bir-birlərinə baxıb farsca yazıblar”.

Əgər qocaman yazıçının söylədiyi fikri boyasız şərh etsək, Əlisa Nicat açıqca bəyan edir ki, Xaqani Şirvanini özlərinə ustad bilən Məhsəti və Nizami də öyrətmənləri sayaq “eşşək olublar”, buna səbəb də odur ki, ana dillərində əsərlər yazıb-yaratmayıblar.

Xaqaninin, Məhsətinin, Nizaminin farsca yazmalarının siyasi, ədəbi-mədəni səbəbləri gün kimi ortadadır, minbir dəfə bu xüsusda yazılıb deyə əlavə izahata lüzum görmədən sözü verirəm Səməd Vurğundan fərqli olaraq müdafiə etmədiyimiz, “eşşək” adlandırılsalar da, ədəbi haqlarını qorumadığımız görkəmli klassiklərin özlərinə. Qoy onlar özləri yava ağızlıların layiqli payını versinlər.


Şairlərin bir-birinə sərt münasibəti

Deməli, Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərinin 20-ci məqalatında – “Müasirlərimin sırtıqlığı haqqında” adlı hissədə ona çirkab atanlara, onu haqsız yerə tənqid edənlərə kəsərli cavab verib. Nizamiyə əgər müasirimiz deyiriksə, deməli, onda onun “Müasirlərimin sırtıqlığı haqqında” dediklərini də qəbullanmaq və onları günümüzdə dahi şairə çamur atanlara əsrlər öncə verilmiş layiqli cavab hesab etmək olar. Nizami sırtıq müasirləri haqqında belə yazırdı:

Dünyanın gününə bax, gör onun irəlidə gedənləri kimlərdir
Onun adlı-sanlı adamları və nümunəsi kimlərdir.

Zəmanəmizi bədnam edən bu iki-üç nəfər alçaq
Öz əhdlərini sındırdıqları kimi, məni də sındırmaq istəyirlər...

...Onların hədsiz pisliklərinin qarşılığında
Mənim susmağım qüvvətli bir əks-sədadır.

Nizami harda dəyər varsa, ora daş atanlar haqqında əlavə olaraq onu da deyirdi ki, birinin damağına yetişən kimi tüstü olurlar, (yəni özlərinə sərf edəndə xırdaca işıq tapırlar.) lakin çırağa – hamıya çatacaq işığa yetişəndəsə külək olurlar ki, qoy o nur sönsün.

Nizami isə, həqiqətən də, hamıya çatacaq işıqdır.

Nizami bu cür mahiyyətcə xırda olan, amma öz aləmlərində adamlara böyük görünmək istəyənləri bu misalla xar edir. Yazır ki, çəyirtkənin ayağı qarışqanın qucağını doldurur, lakin bu o demək deyil ki, çəyirtkə böyükdür, sadəcə qarışqa balacadır. Əlisa Nicatın böyük filosof-yazıçı görkəmində dahi Nizami haqqında söz deməsi – öz aləmində, tutduğu böyük tribuna (qarışqa qucağı!) buna bənzəyir.

Xaqani Şirvani isə “Şikayətnamə”sinin “Paxıllar” adlı hissəsində müasirlərinə, dili xoş sözə dönməyən çağdaşlarına belə cavab verir:

Özlərindən çox aşağıda verirlər yer mənə -
Neftdir onlar, mən gülabam, doğrudur tədbirləri.

Qoy haray salsınlar onlar, Xaqani, yenə
Su olub, od olsalar da çatmaz sənə gücləri.

P.S. Heç kəs unutmasın ki, dili hansı sözü söyləyirsə, ilk növbədə qulaq həmin kəlməni hamıdan əvvəl eşidir. Sözlərin mənəvi tezliyi – yerinə çatma sürəti var...

Hər şeyin düzü var xatirələrdə... - Azər Turan 2025-ci ilin ilk "Ulduz"u Elnarə Akimova: "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Fevral 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri