Icma.az
close
up
RU
Əlisa Nicatın bir sözü ilə... Kimə nəyi sübut etməyə çalışırıq?

Əlisa Nicatın bir sözü ilə... Kimə nəyi sübut etməyə çalışırıq?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Əməkdar jurnalist Nüşabə Hüseynlinin ""Xalqının şair oğlunu bir üzükdən ötəri şübhə altına alan milisaner"in övladları" yazısını təqdim edir.

Dağıdıcılıqla yaradıcılığın fərqini bilməyənlər üçün

Evdə demişəm ki, elə ki hiss etdiniz ağa qara, yaxşıya pis, şirinə duzlu deyirəm, çevrəmi dərhal daraldın, ünsiyyət dairəmi məhdudlaşdırın, kimlərinsə (lap nəvələrim olsa belə) gülüş, məzə obyektinə çevrilməyimə imkan verməyin. Bioloji varlığıq da, üstəlik, heç birimizin ikincisi yoxdur, bircəyik. Hərəmiz bir yaşda xərifləyə bilərik. 85 yaşında nöqtəsinin, vergülünün, hər anının hesabını dəqiq aparan ağsaqqal-ağbirçək də görmüşəm, 60 yaşında sistem faylları sıradan çıxıb, beyni, yaddaşı vaxtından əvvəl error verən orta yaşlı da. İnsanıq da. Hamının başına gələn işdir, tək mənim, qonşumun və ya Əlisa Nicatın yox ki. Xahiş etmişəm ki, bir şey olsa, gözünüzdən, qulağınızdan uzağa qoymayın. Yəni, qısası, yiyə durun.

Əlisa Nicatın yanlışından, doğrusundan asılı olmayaraq, bircə kəlməsi mediada ən vacib məlumatların belə üstünə dırmaşıb gündəmi dəyişdi. Onun ədəbiliyi və yaradıcılığı bu halda söhbət mövzusu deyil, aydın məsələdir. Əlisa Nicat hər şeydən və hər kəsdən əvvəl həyat şəraitindən, məişətindən, ümumilikdə, narazı olan, gözləntiləri ilə gerçək durumu üst-üstə düşməyən, bu səbəbdən həmkarlarına qarşı ehtimal edilən aqressiv yanaşması olan şikayətcil, qayğıya, nəzarətə ehtiyacı olan ahıl vətəndaşdır. Məhz buna görə də onun ötən il evinin isidilməsi ilə bağlı gündəmə gəlməsini və özünə diqqət tələb etməsini normal qarşılamaq olardı. Son illərdə mümkünsüz görünəni mümkün edən Azərbaycan dövlətinin təqaüdlə dolanan vətəndaşının evini isidə bilməməsi heç bir halda qəbuledilən deyildi. Əlisa Nicat olmasın, digər bir vətəndaşımız olsun, fərq etməz. Bu hal təkrarlanarsa, eyni münasibəti yenə də göstərməyə hazırıq. Bu öz yerində. Öz yerində olmayan isə budur ki, həmin hadisə uzun illərdir ictimaiyyətdən kənarda qalmış Əlisa Nicatı media üçün yaxşı olmayan mənada “diriltdi”. Təəssüf ki, mediamız da, Allaha şükür, sanki layk yarışına çıxıb. Yəni baxış sayı məsələsi hamının peşəkar məntiqini belə sanki qeyri-müəyyən zamanadək buzxanaya qoymağa məcbur edib. Əlisa Nicat özü bunun fərqindədir, ya yox, bilmirəm, amma nəticə etibarilə bugünkü mediamıza – kobud olacaq, amma deyəcəm – yem verir, yəni ondan gözləniləni danışır.

Keçirəm indi sözümün canına. Əlisa Nicatı danışdırmağa nə var ki? O, danışır danışır, bəs ay mənim əziz həmkarlarım, biz niyə yazırıq? Müxbir yazır yazır, bəs belə məsələlərdə xüsusilə diqqətli olmalı olan redaktor, siz niyə buraxırsınız bu materialı? Redaktordan da keçdik – biz niyə dəymişik bir-birimizə?! Kimə nəyi sübut etməyə çalışırıq? Hansımıza elə gəlmir ki, biz bu cür edəndə, körpəsi “El bilir ki sən mənimləsən”lə dil açan xalqın qanına yerimiş, ədəbi-mədəni tarixinin özəyinə çevrilmiş, sarmaşıq kimi ruhunu toxumuş şairi ahıl vətəndaşın dili ilə ucuzlaşdırıb dəyərdən salırıq? Üstəlik, cəmiyyəti qayğıya və yanında ona nəzarət edəcək kiməsə ehtiyacı olan ahıl adamın üstünə niyə qaldırırıq ki? Dediklərinin məsuliyyətini dərk etməyən qocanı niyə hədəfə çeviririk? Bu dərəcədə və bu şəkildə fürsətcil olmaq medianın ünvanına indiyədək deyilməmiş daha hansı bədii təsvir vasitələrini yönəldir? “Arvadları boğuşduran”, “bütün günü həkimləri reklam edən”, “layk, baxış xəstələri” – bu sözlər media haqqında deyilir, özü də ən yüksək kürsüdən. Haqsızdırlar? Əlisa Nicatın nümunəsində görürük ki, xeyr. Sual çox oldu, deyəsən. Bu biz jurnalistlərin ahıl vətəndaşa olan münasibəti. Məsələnin daha bir tərəfi var.

İstənilən sahədə tarixən formalaşan dəyərlərimiz, meyarlarımız var. İllər, əsrlər keçsə də, günü bu gün də yaxşını-pisi təyin etmək üçün o dəyərlərin əsasında qiymətləndirmə aparırıq. Xalq bu dəyərlərinin açdığı cığırla irəliyə gedir, mədəniyyətə, elmə, inkişafa can atır. Müxtəlif səbəblərdən dəyərləri bir-bir sıradan çıxmış xalq olaraq, zatən çaşqın vəziyyətdəyik: yaxşı bildiyimiz pis çıxır, pis bildiyimizi, məlim olur ki, sən demə, sevmək lazım imiş. İdeoloji durum yüyənsiz at kimi sağa-sola, hara gəldi dördnala çapmaqdadır. Dövrün, zamanın proqnozlaşdırıla bilməyən sərt dönüşlərində “Biz nəyi yaxşı, nəyi pis hesab etməliyik? Dost kimdir, düşmən kimdir?” suallarının qarşısında başını iki əllə tutan insanlarımızın sığındığı, irs hesab etdiyi şəxsləri bu cür urvatsız, hörmətsiz etmək məsuliyyətini kimin ayağına yazmalıyıq? Doğrudanmı, Əlisa Nicatın? Bəlkə medianın?! Əlisa Nicatın bir sözü ilə hamımız əl-ayağa düşüb sübut etməyə çalışırıq ki, Səməd Vurğun bu xalqın böyük şairidir. O vaxt sübut etməyə çalışarsan ki, buna ehtiyac olsun. Hər ehtiyatsız kəlmənin qarşılığında dərhal sübuta əl atırıqsa, deməli, şübhəyə meyilliyik, deməli, Moşu demiş, “xalqının şair oğlunu bir üzükdən ötəri şübhə altına alan milisaner”ik.

Hər bir xalqın dəyərlərə, qəhrəmanlara ehtiyacı var. Bizə hazırda ən çox lazım olan məhz yeni qəhrəmanlar, obrazlar yaratmaq, onları tanıtmaqdır. Uzun illərdir canımıza oturmuş və heç cür çıxa bilmədiyimiz əziklik kompleksini üstələmək üçün, xalqın özünü özünə sevdirmək üçün əsl qəhrəmanları üzə çıxartmalı, gənclərə göstərməliyik. “Fikir azadlığı” sərhədsiz şəkildə ağına-bozuna baxmadan hər şeyi dağıtmaq demək deyil. Medianın bu gün bunun fərqində olmaması çox acınacaqlıdır. Yenisini yarada bilmiriksə, barı olanları qoruyaq, dağıtmayaq. Əks halda – yaradıcı olmaqla dağıdıcı olmağın fərqini öyrənməsək – “ayağı sarıqlı şikəst quş” olaraq qalacağıq.

Selincer: "Özünə hörmət edən yazıçı kitab imzalamaz!" - Müsahibə Skorseze və Di Kaprio yeni proyektdə Məşhur azərbaycanlı reper narkotik və oğurluğa görə saxlanıldı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Fevral 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri