Icma.az
close
up
RU
Nobel alan ilk qadın yazıçı Ona niyə mükafat vermişdilər?

Nobel alan ilk qadın yazıçı Ona niyə mükafat vermişdilər?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün ədəbiyyat üzrə Nobel mükafatı qazanan ilk qadın yazıçı olan Slema Laqerlöfün doğum günüdür.

Kulis.az Həmidə Əliyevanın "Selma Lagerlöf - ilk Nobel mükafatlı qadın yazar" adlı yazısını təqdim edir.

XX əsr qadın yazarları içərisində həm şəxsiyyəti, həm də yaradıcılığı baxımından diqqəti cəlb edən, xüsusi istedada malik sənətkarlardan biri də məşhur İsveç yazıçısı, siyasətçisi, qadın hüquq və azadlığının alovlu müdafiəçisi Selma Lagerlöfdür. S.Lagerlöf 1909-cu ildə yüksək idealizm, parlaq təxəyyül və mənəvi dərketmə cəhətləri ilə səciyyələnən əsərlərinə görə qadın yazarlar arasında ilk dəfə Nobel mükafatına layiq görülmüşdür.

Selma Ottiliya Lovisa Lagerlöf 20 noyabr 1858-ci ildə İsveçin cənubunda Vermland əyalətində leytenant Erik Qustav Lagerlöfün ailəsində dünyaya göz açmışdır.

Uşaqlıq illərində Lagerlöfün tərbiyəsi ilə əsasən nənəsi məşğul olmuş, balaca qızın yaddaşında danışdığı maraqlı nağıl və əfsanələrlə silinməz izlər buraxmışdır. O, böyüyüb məşhur yazıçı olduqdan sonra da yerli folklorun gözəl biliciləri olan nənəsinin və dayəsi Nananın söylədiyi əhvalatların sehrli təsirindən qurtula bilməmişdir.

Selmanın doğulduğu Vermland əyaləti olduqca gözəl təbiətə və zəngin şifahi xalq yaradıcılığı ənənələrinə malik idi. Uşaqlıq illərində nənəsindən eşitdiyi nağıl və əfsanələrin, gözəl təbiət mənzərələrinin təəssüratları Selmanın təxəyyülünü daha da zənginləşdirir, onun fantaziyalarına qol-qanad verirdi… "Əgər qədim adətlərinin və əfsanələrinin bolluğu ilə tanınan Morbakkada böyüməsəydim, heç vaxt yazıçı olmazdım", - deyə sonralar Lagerlöf etiraf edirdi.

İllərlə içinə yığdığı təəssüratları oxucularla bölüşmək qərarına gələn Lagerlöf ilk romanını yazmağa başlayır və onun birinci fəslini "İdun" jurnalının keçirdiyi ədəbi müsabiqəyə göndərir. Jurnalın redaktoru nəinki S.Lagerlöfü birinci mükafata layiq görür, həmçinin ona romanı bütünlükdə jurnalda çap etdirməyi təklif edir. Yaxın rəfiqəsi baronessa Sofi Adlersparrenin maddi dəstəyi sayəsində Lagerlöf məzuniyyət götürür və "Yosta Berlinq haqqında saqa" (1891) romanını bitirir. S.Lagerlöfün digər əsərləri kimi bu roman da öz kökünü qədim Skandinaviya əfsanələrindən və saqalarından götürmüşdür. Realizm ənənələrinin həmin dövr ədəbiyyatında üstünlük təşkil etməsinə baxmayaraq, yazıçı öz əsərini romantik üslubda yazmış, İsveçin kənd həyatını və təbiətini vəsf etmişdir. Məhz bu cəhətlərinə görə Lagerlöfün əsəri Avqust Strindberq, Henrix İbsen və digər realist skandinav yazıçılarının əsərlərindən fərqlənirdi. Onun romanı Bayronik qəhrəmanı xatırladan dönük keşişin macəralarından bəhs edirdi.

"Yosta Berlinq haqqında saqa" XIX əsrin sonlarına aid olan çox məşhur əsərlərdən biri idi. Bu əsəri başqa cür şifahi şəkildə, ağızdan-ağıza keçən qədim İsveç əfsanələrinin, rəvayətlərinin və novellalarının məcmusu da adlandırmaq olar. Əsərin qəhrəmanları köhnə Vermlandın "həyatın təsvirolunmaz rəngarəngliyinə, şirinliyinə, acılığına, zənginliyinə" heyran qalan romantik sakinləri idi. Onların xarakteri mürəkkəb və ziddiyyətlidir. Bu daha çox əsərin qəhrəmanı Yosta Berlinqə aiddir. O, eyni zamanda həm möhtəşəm və cılız, həm də xeyirxah və qəddardır. Yosta Berlinq yalnız başqalarına qarşı deyil, özünə münasibətdə də çox acımasızdır. O, öz hərəkətlərinə görə bəzən özünü belə sərt şəkildə mühakimə etməkdən çəkinmir. S.Lagerlöfün yaradıcılığı üçün səciyyəvi olan bu əsərin əsas ideyasını fədakarlıq və sevginin xudbinlik, ədavət və qəddarlıq üzərindəki qələbəsi təşkil edir.

S.Lagerlöf "Yosta Berlinq haqqında saqa" əsərində Vermland sakinlərinin timsalında xalq fantaziyasından doğan nağılvari obraz və personajları canlandırır. Məsələn, yeni sənaye İsveçinin nümayəndəsi, zavod sahibi Sintram şər qüvvəni təmsil edən obraz kimi verilir. Onun adı şərin sinonimidir. Əsərdə sehrli, romantik elementlər reallıq və gerçəkliklə müşayiət olunur. Qeyd etmək lazımdır ki, fantastikanın reallıqla vəhdətini yaradarkən Lagerlöf danimarkalı yazıçı Hans Kristian Andersendən bəhrələnmişdir. Gölləri, çayları, dağları, düzləri canlandıraraq şəxsləndirən Lagerlöf folklor ənənələri ilə yanaşı, həm də bu məşhur nağılçının ənənələrini davam etdirirdi.

"Yosta Berlinq haqqında saqa" çapdan çıxdığı ilk dövrdə tənqidçilər tərəfindən heç də birmənalı qarşılanmadı. Bəziləri müəllifi dahi kimi səciyyələndirsə də, onu iddialı və aşırı emosional olmaqda ittiham edənlər də oldu. S.Lagerlöfü hətta "kənd nağılbazı" belə adlandırdılar. Yalnız romanın nəşrindən iki il sonra danimarkalı tənqidçi Georq Brandesin yazdığı müsbət rəy yenidən diqqəti yaxşı mənada bu əsərə yönəltdi. G.Brandesin fikrinə görə məhz bu roman sayəsində gənc S.Lagerlöf "İsveç ədəbiyyatında görkəmli yer tutdu və yeni müstəqil istiqamət götürdü". Məşhur alman yazıçısı T.Mann isə S.Lagerlöfü dünyaya "Yosta Berlinq haqqında saqa"nı bəxş edən "dahi isveçli" adlandırırdı.

1906-cı ildə S.Lagerlöfün məşhur uşaq romanı "Nils Holgerssonun İsveç boyu möcüzəli səyahəti" çapdan çıxdı. Nağıl ruhunda və üslubunda yazılmış bu əsərdə sehrli nağılların xəyal dünyası ilə kəndli realizmi vəhdət təşkil edirdi. Burada yazıçının qismən R.Kiplinqin naturalist hekayələrindən bəhrələndiyi də hiss olunurdu. Əslində yazıçı Nilsin səyahəti haqqındakı nağılını bir növ coğrafiya dərsliyi kimi nəzərdə tutmuşdu. İsveçin Təhsil Nazirliyi də əsəri ölkənin coğrafiyasını öyrənməkdə əhəmiyyətli hesab edərək onu dərs vəsaiti olaraq qəbul etmişdi.

Nils Holgersson S.Lagerlöfün ən məşhur personajı olub onu bütün dünyaya tanıtmışdır. Dünyanın 60 dilinə tərcümə olunan bu əsəri yalnız isveçlilər sevmir. Almaniyada bərə və məktəblər Nilsin adını daşıyır, İsveçdə onun adına abidələr ucaldılır, mükafatlar təsis edilir. 1991-ci ildə İsveçin ən məşhur 20 kronalıq əskinasında Nilsin şəkli təsvir edildi. Sadə insanlar arasında "Selma" adlanan bu əskinasın digər üzündə isə S.Lagerlöfün öz şəkli həkk olunub.

Romanın yaranma tarixi Lagerlöfün İsveçin xalq məktəbləri müəllimlərinin ümumi ittifaqının rəhbərlərindən olan Alfred Dalindən məktub aldığı gündən başlamışdır. Nəticədə, yazıçı bütün İsveçi - cənubi Skonedən tutmuş, şimali Laplandiyaya qədər quş uçuşu yüksəkliyindən təsvir edən heyrətamiz bir nağıl yaratdı. İsveç həyatını havadan müşahidə edən müəllif oxucuda öz doğma ölkəsinin coğrafiyası, tarixi və mifoloji keçmişi barədə dolğun təsəvvürlər yaratdı. Tanınmış rus yazıçısı Yuriy Naqibin yazırdı: "Nils haqqında nağılı oxuyarkən inanırsan ki, qaz belində sən uçmusan, hava cərəyanları sənin gözlərini yaşla, qəlbini coşqu ilə dolduraraq üzünün və bədəninin yanından ötüb keçmişlər..."

Nils haqqındakı bu ikicildlik nağıl-romanında yazıçı ərköyünlüyündən və xudbinliyindən cırtdana çevrilən on dörd yaşlı oğlanın başına gələn əhvalatları nəql edir.

1909-cu ildə yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Beləliklə, S.Lagerlöf dünyada Nobel mükafatı alan ilk qadın yazar olur. Nobel mükafatının təntənəli təltif mərasimi zamanı təbrik nitqi söyləyən İsveç Akademiyasının üzvü K.Annerstedt "Yosta Berlinq haqqında saqa"nı "qeyri-sağlam və süni realizm" ənənələrindən uzaq, olduqca orijinal bir əsər adlandırmışdır. O, S.Lagerlöfün öz yaradıcılığında dilin təmizliyi və sadəliyini, üslub gözəlliyi və təxəyyül zənginliyini estetik güc və dərin dini hisslərlə birləşdirməsini xüsusilə vurğulamışdır. Nobel mükafatı diplomunu və medalı isə Lagerlöfə kral V Qustav özü şəxsən təqdim etmişdir.

1920-ci ildə Lagerlöf qeyd kitabçasında Lyövenşyöldlər haqqında trilogiyanın birinci hissəsinin - "Lyövenşyöldlərin üzüyü"nün qaralama variantını yazdı. Yazıçı Yullenspets familiyasını Lyövenşyöldlə əvəz etdi. 1925-ci ildə isə trilogiyanın həm birinci və həm də ikinci hissəsi çapdan çıxdı. İsveç ədəbiyyatşünası professor Landkvist bu əsərində S.Lagerlöfün "əsil dahilik zirvəsinə çatdığını" qeyd edirdi. 1928-ci ildə, yazıçının 80 illik yubileyində trilogiyanın sonuncu hissəsi - "Anna Sverd" işıq üzü gördü. Professor Landkvist bu xüsusda yazırdı: "Lagerlöfün insanlar haqqında bilgisi o qədər dərin və əhatəlidir ki, "Anna Sverd" həmişə onun yaradıcılığında görkəmli yer tutacaqdır".

Avropanın əksər ailə romanlarının səciyyəvi xüsusiyyətlərindən biri dövrün geniş epik mənzərəsinin canlandırılmasıdır. Lagerlöfün trilogiyasında isə tarix hadisələrin baş verdiyi fon rolunu oynayaraq məhdud səciyyə daşıyır. Trilogiyada hadisələr XVIII-XIX əsrləri əhatə etsə də, yazıçı İsveç tarixi üçün böyük əhəmiyyət kəsb edən hadisələrin üzərindən ötəri keçərək yalnız ayrı-ayrı əyalətlərin - Vermlandın və Delekarliyanın həyatından bəhs edir. Burada isə insanlar daha çox ailə əhvalatları və miflərinin təsiri altında idilər. Trilogiya boyu Lagerlöf əyalətdəki xalq həyatının realist mənzərələrini məharətlə təsvir edir. O, XIX əsr əyalət zadəganlarının kübar əyləncələrə həddindən artıq aludə olmasını, vaxtlarını şeir yazmağa, rəqs, musiqi və deklamasiyaya sərf etməsini ironik şəkildə təsvir edir. Lakin din xadimlərinin, xüsusilə də pastorların həyatından bəhs edərkən onun təhkiyə manerasında bir kədər notları hiss olunur. Bu özünü pastor Forsiusun əhvalatında daha qabarıq şəkildə büruzə verir. Yazıçı onun alimlik istedadını dinə qurban verməsindən təəssüfləndiyini gizlədə bilmir. Lagerlöf, həmçinin əsl cəngavər ideallarının yerini qızıl, pul hərisliyinə verməsini, qədim zadəgan nəsillərinin mənən cılızlaşmasını baron Adrian, onun qardaşı Yeran və Karl Artur kimi obrazların timsalında əyani şəkildə göstərir.

S.Lagerlöf 14 mart 1940-cı ildə uşaqlıq illərini keçirdiyi və bütün həyatı boyu möcüzələr aləmi saydığı Morbakkada 81 yaşında dünyasını dəyişdi. Yazıçının ölümündən uzun illər keçməsinə baxmayaraq, onun yüksək bədii və intellektual əhəmiyyət kəsb edən əsərləri bu gün də oxucular və tənqidçilər tərəfindən böyük maraqla qarşılanır. Dünyanın 60 dilinə tərcümə edilən həmin əsərlər bu gün təkrar çap olunmaqdadır. Bu əsərlər həm də İsveçin tarixi, mədəniyyəti, etnoqrafiyası və folklor ənənələrini öyrənmək baxımından zəngin mənbə rolunu oynayır.

Sallaqxana zirzəmisində əsir saxlanıldı, bacısının uşaqlarını övladlığa götürdü - Kurt Vonnequt niyə intihara cəhd etmişdi? Rus yazıçı barəsində açılan cinayət işi məhkəməyə təqdim edildi İntiqam - Qılman İlkinin hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Noyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see347

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see163

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see160

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see160

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see159

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see153

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see149

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see141

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see139

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see136

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri