Icma.az
close
up
RU
“Shell” və “BP” Venesuelaya qayıtmağı planlaşdırır

“Shell” və “BP” Venesuelaya qayıtmağı planlaşdırır

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Daily Telegraph” nəşrinin məlumatına görə, “Shell” şirkəti təxminən 120 milyard kubmetr qaz ehtiyatına malik olan Karib dənizindəki “Dragon” qaz yatağının istismarına maraq göstərir. Layihənin 30 il ərzində illik 500 milyon dollara qədər gəlir gətirəcəyi gözlənilir. Onun icrası əvvəllər ABŞ hakimiyyəti ilə lisenziyalaşdırma barədə fikir ixtilafına görə dayandırılmışdı, lakin dəyişmiş siyasi mühit nəzərə alınmaqla bu məhdudiyyətlərə yenidən baxıla bilər.
Qəzet bildirir ki, ABŞ prezidenti Donald Trampın Venesuelanın neft-qaz sənayesinin bərpasına ilk növbədə Amerika şirkətlərini cəlb etmək istəyinin prioritet olmasına baxmayaraq, “Shell” şirkətinin də layihələrdə iştirakı da istisna deyil.
Bu baxımdan, Böyük Britaniyanın enerji konserninin böyük ehtimalla ABŞ şirkətləri ilə birgə müəssisələr formasında işləməli ola biləcəyinə diqqət çəkilir.
“Əsas qaliblər Amerikanın iri şirkətləri, xüsusən də artıq Venesuelada fəaliyyət göstərən “Chevron” şirkəti olacaq. Avropa şirkətləri ən şirəli sövdələşmələrdən kənarda qalacaqlar, lakin onlar daha sonra dəvət ediləcəklər. Çünki Amerika şirkətləri riskləri bölüşmək üçün birgə müəssisələr axtaracaqlar. İlk seçilənlər “Shell” və “BP” kimi şirkətlər olacaq”, - Böyük Britaniyanın “Panmure Liberum” investisiya bankının analitiki Eşli Kelti vurğulayıb.
“The Daily Telegraph” həmçinin yazır ki, “BP” də Venesuela bazarına qayıtmaqda maraqlı ola bilər. 2024-cü ildə şirkət “Manakin-Cocuina” qaz yatağının işlənməsi üçün lisenziya alsa da, Tramp administrasiyası həmin icazəni bu 2025-ci ilin aprel ayında ləğv edib. Ondan sonrakı müddət ərzində BP lisenziyanın bərpasına çalışır.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Yanvar 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri