Icma.az
close
up
RU
Nobel mükafatı laureatları qlobal ərzaq təhlükəsizliyi riski barədə xəbərdarlıq edib

Nobel mükafatı laureatları qlobal ərzaq təhlükəsizliyi riski barədə xəbərdarlıq edib

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Biz gələcəkdə ərzaq tələbatını qarşılamaq imkanından hələ çox uzağıq..."

Əsrin ortalarına doğru insanlıq bugünkündən daha böyük qeyri-sabitlik və ərzaq qıtlığı ilə üzləşəcək.

Moderator.az xəbər verir ki, bu barədə 150-dən çox Nobel və Dünya Ərzaq Mükafatı laureatının açıq məktubunda deyilir. Məlumatı "golosameriki.com" saytı yayıb.

 Məktubda yaxın onilliklərdə qlobal ərzaq böhranının qarşısını almaq üçün elmi tədqiqatların əhəmiyyətli dərəcədə artırılması və məhsuldarlığın yüksəldilməsi ilə bağlı çağırış edilib.

Məktubda vurğulanır ki, hazırda təxminən 700 milyon insan ərzaq çatışmazlığı və dərin yoxsulluqdan əziyyət çəkir. Lakin ərzağın becərilməsi və paylanması ilə bağlı iddialı səylər göstərilməzsə, iqlim dəyişikliyi və əhalinin artımı səbəbindən daha çox insan kəskin ehtiyacla üzləşəcək.

"Mümkün olmadığını təsəvvür etmək çətin olsa da, əsrin ortalarına doğru insanlıq bugünkündən daha böyük qeyri-sabitlik və ərzaq qıtlığı ilə qarşılaşacaq. Bu vəziyyət münaqişələr və ərzaq təhlükəsizliyinin olmaması kimi zərərli bir dövr səbəbindən daha da ağırlaşacaq", -  hər iki mükafatın 153 laureatı tərəfindən imzalanmış məktubda qeyd olunur.

"Proqnozlara görə, iqlim dəyişikliyi əsas kənd təsərrüfatı məhsullarının əksəriyyətinin məhsuldarlığının azalmasına səbəb olacaq. Eyni zamanda, 2050-ci ilə qədər əhalinin daha 1,5 milyard artacağı səbəbindən dünyanı doyurmaq məqsədilə ərzaq istehsalının əhəmiyyətli dərəcədə artırılması tələb olunacaq", - laureatlar bildirib.

Məktubda qeyd olunur ki, Afrikada qarğıdalı məhsuldarlığının azalması, dünyanın bir çox bölgələrində isə torpaqların deqredasiyası və su çatışmazlığı gözlənilir. "Biz gələcəkdə ərzaq tələbatını qarşılamaq imkanından hələ çox uzağıq", - sənəddə deyilir.

Məktub ötən ilin payızında ərzaq təhlükəsizliyi üzrə ekspertlərin görüşündə hazırlanıb. Problemin ciddiliyinə baxmayaraq, müəlliflər zəruri tədbirlər görülsə, gələcəyin müsbət olacağına ümidlərini ifadə edib. Sənəddə göstərilir ki, elmi tədqiqatların maliyyələşdirilməsinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də bilik mübadiləsi və ərzağın paylanması üçün səmərəli üsullar qlobal ərzaq böhranının qarşısını ala bilər.

2011-ci ilin Fizika üzrə Nobel mükafatı laureatı Brian Şmidt vurğulayıb ki, yaxın onilliklərdə ərzaq istehsalının kəskin şəkildə artırılması ciddi bir çağırışdır. O, bunu "taleyüklü missiya" adlandırır və bunun mövcud biliklərin genişləndirilməsi və qlobal liderlik üçün kifayət qədər maliyyə təminatı ilə həyata keçirilə biləcəyini qeyd edir.

Məktubda "transformativ səylər"ə, məsələn, əsas kənd təsərrüfatı məhsullarında (məsələn, buğda və düyü) fotosintezin gücləndirilməsi, kimyəvi gübrələrdən daha az asılı olan bitkilərin yetişdirilməsi və meyvə-tərəvəzlərin saxlanma müddətinin artırılmasına çağırış edilir.

NASA-nın iqlimşünası və 2022-ci il Dünya Ərzaq Mükafatı laureatı Sintiya Rozensveyq müsahibəsində bildirib ki, tədqiqatçılar artıq mühüm irəliləyişlər əldə edib, lakin onların işi əlavə maliyyələşmə və dünya liderlərinin dəstəyi ilə sürətləndirilməlidir.

"Biz yeni həll yollarını icad etməyə ehtiyac duymuruq", - deyə o bildirib. "Bu həllər artıq sınaqdan keçirilir. Lakin onları laboratoriya şəraitindən çıxarıb dünyanın kənd təsərrüfatı bölgələrində tətbiq etmək üçün iddialı və məqsədyönlü səylər tələb olunur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri