Icma.az
close
up
RU
Nobel mükafatına təqdim olunmuş şair Məmməd İsmayıl niyə fərqli gerçəkliklər yaşamağa məhkum olmuşdu?

Nobel mükafatına təqdim olunmuş şair Məmməd İsmayıl niyə fərqli gerçəkliklər yaşamağa məhkum olmuşdu?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Gülnar Səmanın yeni yazısını təqdim edir.

1 noyabr 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndindən başlayan yol 19 avqust 2025-ci il paytaxtımızda sona çatdı.

Bu yolun uşaqlığı Tovuzda başlayıb, gəncliyi keçmiş SSRİ-ni dolaşdı, imperiya çökəndən sonra da Türkiyəni məskən seçdi.

Azərbaycan ədəbiyyat tarixində əsərləri Nobel mükafatına təqdim olunmuş şair kimi tarixə düşdü Məmməd İsmayıl. Mərkəzi ofisi Rumınyanın Graiova şəhərində yerləşən Mihay Emunescu Akademiyası 2018-ci ildə onun əsərlərini Nobel mükafatına təqdim etmişdi. 1996-2023-cü illərdə Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğul olduğunu nəzərə alsaq, mükafata namizədliyi də “qərib” vaxtlarına təsadüf edir.

1970-ci ildən “Azərbaycan Yazıçılar Birliyi”nin və “Azərbaycan Jurnalistlər İttifaqı”nın üzvü olan Məmməd İsmayıl 1988-1992-ci illərdə baş redaktoru olduğu “Gənclik-Molodost” jurnallarında sözlə davranışa yeni təyinat vermişdi. 1992-1993-cü illərdə isə “Azərbaycan Televiziya və Radio Verilişləri” şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışmışdı.

Ədəbiyyata 1960-cı illərdə gəlmiş Məmməd İsmayılın yaradıcılığının ilkin mərhələsi keçmiş sovet imperiyası vaxtına düşsə də, şairin çap olunmuş heç bir kitabında həmin quruluşu vəsf edən əsərlərə rast gəlmirik. Sovet dövründə çap olunmuş “Ana əlləri” (1966), “Dünyaya baxıram” (1969), “Axşamlar, səhərlər” (1972), “Söz vaxtına çəkər” (1976), “Qoymayın dünyanı adiləşməyə” (1978), “Bəxtimə düşən gün” (1980), “Hələ yaşamağa dəyər” (1981), “Döyüş, qələbə” (1983), “Dünya bizim evimizdir” (1984), “Aman təklik əlindən” (1987), “Ümiddən asılan qılınclar” (1990) kimi kitabları fikrimizin sənədli sübutudur.

İlk şeirlərindən türk ruhu ilə yazıb-yaradan şairin lirikasının əsasını milli vətənpərvərlik təşkil edir. Döyüşlərdən qayıtmayan ata ilə ərinə sadiq ana obrazı şairin poeziyasının mərkəzində dayanmış, təbiət, məhəbbət və ictimai-siyasi lirika da onun davamlı olaraq müraciət etdiyi mövzulardan olmuşdur. Məmməd İsmayılın “Ağacdələn, döy qapımı”, “Ay baba dərviş”, “Savalanda yatan igid”, “Keçir köynəyindən məni, a torpaq”, “Bu yaz idi”, “Döyüş, qələbə”, “Təzədən mən sənə qayıdacağam”, “Əlincə qalam”, “Təkrar”, “Hardasa, gələcəkdə bir gözəl yaşayırdı”, “Ata şəkli”, “Biz dörd nəfər idik...” şeirləri yazıldığı vaxtlardan dillər əzbəri olmuş, sovet ideologiyasından uzaq bir təfəkkürün ifadəsinə çevrilmişdir.

“Hardasa, hardasa məni duyan var, Hələ yaşamağa dəyər bir az da”, “Həyatda sirrə bax, barama qurdu, Özünə tor qurar yarpağın üstə”, “Bir dəfə səhv edir minaaxtaran, Ömründə bir dəfə, cəmi bir dəfə”, “Onsuz da gələcək günə ümid var, Ümid olmayanda yenə ümid var”, “Bir adam yol gedir bizdən qabaqda, Anadan olandan ölənə kimi”, “Eləsinə vurul, vurulanda da, Desinlər, ay Məmməd, əla gözəldir”, “Nə yaxşı ki indi çoxu anadı, Dünən bizi qoyub qaçan qızların”, “Əriyim oduna qoy gilə-gilə, Mən səni sevmişəm səndən xəbərsiz”, “Onun körpəsinin yaşı üçaylıq, Mənim həsrətimin yaşı bir ildir” misraları sovet dövründə yazılan, lakin imperiya ədəbiyyatı hüdudlarını yarıb keçən şair təfəkkürünün məhsuludur.

Ümumiyyətlə, Məmməd İsmayılın şair düşüncəsində həm də bir əsl Şair obrazı vardı. Bu obraz özünü bütün nəfs-nemətlərdən təcrid etməli, Şairin Şeiri ilə Həyatı bir-birini tamamlamalı idi. Söz və əməl tələbkarlığının düsturunu verən bəndində olduğu kimi:

Dünya ləzzətində gözü olanda,

Əlin ətəyindən uzun olanda,

Yalan danışmağa üzün olanda, -

Bu şərin şər vaxtı şeir yazılmaz.

Başqalarından tələb etdiyi meyarlara həmişə sadiq qalan şair şeir yazmaq xatirinə Şeiri narahat etmədi. Türkiyədə yaşadığı illərdə ənənəvi mövzularına sadiq qalsa da, fəlsəfi məzmunlu şeirlərin üstünlüyü daha çox diqqət çəkir. Həmin illərdə yazılmış və kitabına da ad olaraq seçilmiş “Yoxun varlığı” şeirindəki bir bənd kimi:

Sən olsan, zamanın nə həddi vardı,

Tanıya qapımı ixtiyarlığı.

Sən yoxsan, arada qürbət divardı

Məni yox etməkdə yoxun varlığı.

Zaman hər şeyə həddini bildirən, həyatımızdakı hər şeyin tənzimləyicisi rolunu oynayan məhfum olmasına baxmayaraq, şair onu “Sən”ə məğlub ola biləcək qədər zəif sanır.

İnanır ki, “Sən” olsaydı, zaman onun qapısını tanıya bilməz, qocalığı yaxın buraxmazdı. Lakin elə “Sən”in özünü də yox edənin zaman olduğu yaddan çıxarılır. Zaman Yoxdan Var yarada bildiyi kimi, varı da yox etmək iqtidarındadır.

Məmməd İsmayıl həyatında fərqli gerçəkliklər yaşamağa məhkum olmuşdu. Vətənində yaşadığı illərdə vətəni SSRİ-nin əsarəti altında idi, vətəni müstəqilliyini bərpa etdikdən sonra isə özü Türkiyədə yaşamalı oldu. Yenə də öz həyatının gerçəkliklərini şeirlərinə mövzu olaraq yansıtdı:

Qürbətdə işıq da könülsüz yanır,

Qürbətdə gec yanır, tez əriyir şam.

Qəribin gözünə tez batır günəş,

Qürbətdə həvəsdən tez düşür axşam.

Hələ vətənində yaşadığı illərdə şeirlərində “qürbət” və “qərib” sözləri özünə yer etmiş şairin taleyi sözdən əmələ keçməyi də lazım bilmişdi. Bir zamanlar “Məcnun ürəyimdən xəbərsiz naşı, Sevdiyim gözəli aldı Tovuzda” gileyini poeziyaya gətirən şair, sonralar daha həyati gileylərin əhatəsinə düşmüşdü.

Harada yaşamağından asılı olmayaraq şair taleyini yaşadı Məmməd İsmayıl. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da vətənində kitabları nəşr edildi. “Seçilmiş əsərlər” (1992), “Yoxun Varlığı” (2008), “Poemalar” (2010), “Sevgi şeirləri” (2014), “Gəlməyə vaxtmı tapdın səksən yaşım” (2019), “Arzuların yolu” (2020), “Duyğuların işığında” (Təbriz, 2021) kitabları ana dilində öz ölkəsində işıq üzü görənlərdir. Bu sıraya avtobioqrafik səciyyə daşıyan “İz” romanını da (Bakı, 2015), (İstanbul, 2019), (Berlin, 2020), (Təbriz, 2022) əlavə edə bilərik.

“Yüz dəfə vurmuşam – beşi on beşə, Hər dəfə içindən qocalıq çıxar” misralarında isə dünya görmüş bir müdrikin həqiqəti etirafı əks olunub. Nə yaxşı ki, ömrü vəfa etdi, beşi on yeddiyə də vura bildi... Lakin bu son hesablama oldu.

Geriyə isə çoxsaylı şeirlər, müxtəlif illərdə yazdığı “Müqəddəs kədər”, “Aman təklik əlindən”, “Xatın bibi”, “Əsir saz”, “Şər oğlu”, “Ürəyimə daman səslər”, “Od”, “Axmaq adam axtaran adam”, “Elçilər qayıtdı”, “Qismət at belindədir”, “Zəhmət nağılı”, “Göydən qızıl yağırdı” kimi poemaları qaldı.

Məmməd İsmayıl bir çox şeirlərində tarix, ömür, yaşam kimi məfhumların fəlsəfəsinə yer ayrırır, özünəməxsus formada münasibət bildirirdi.

Ömür – yaşanası həftələr, aylar

Ölüm – duyulası son xəbər olur.

İtirir adını dənizdə çaylar

Xəzərə çatdımı Kür, Xəzər olur.

Şeirdəki “ömür” və “ölüm” assosiasiyası sadəcə səs uyuşması deyil, məna bağlantısı da özəldir. Ömür ölümə çatana qədər müxtəlif hissələrdən, həftələrdən, aylardan ibarət olur.

Dənizin suyu da ona tökülən çayların son ünvanıdır. Çay lazimi məsafəni qət etdikdən sonra adını dənizə verdiyi kimi, ömür də son addımda adını ölümlə dəyişir. Günlərin bir günü son xəbəri duyursan...

Azərbaycanlı şair Ümid Nəccari Qazaxıstanın Şakərim Universitetinin fəxri professoru adına layiq görülüb Atası dövrünün tanınmış xanəndəsi olan, 15 yaşında ərə verilən azərbaycanlı aktrisa kim idi? Gənc kinematoqrafçılar beynəlxalq festivalda
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Avqust 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see275

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see208

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see149

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see145

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see143

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see141

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see137

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see133

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see131

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see130

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see127

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see126

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see124

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see122

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see122

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see120

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see120

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see119

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see119

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri