Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum oldu
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı il üzrə Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən etibarən açıqlanacaq.
Modern.az Nobel Fondunun rəsmi saytına istinadən xəbər verir ki, qaliblərin elan olunma təqvimi belədir:
5 oktyabr — fiziologiya və ya tibb;
6 oktyabr — fizika;
7 oktyabr — kimya;
8 oktyabr — ədəbiyyat;
9 oktyabr — sülh;
12 oktyabr — iqtisadiyyat elmləri.
Laureatlara Nobel mükafatları Alfred Nobelin vəfatının ildönümündə — dekabrın 10-da təqdim ediləcək.
Nobel Sülh Mükafatının təqdimat mərasimi Norveçin paytaxtı Osloda, digər mükafatların təqdimatı isə İsveçin paytaxtı Stokholmda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:Nobel mükafatlarının açıqlanacağı tarixlər və məkanlar məlum olub
05 Sentyabr 2025 13:08
Nobel mükafatlarının builki qaliblərinin elan olunacağı tarixlər açıqlanıb
10 Sentyabr 2026 09:56
“Nobel”in yeni qalibləri məlum oldu
07 Oktyabr 2025 14:23
Nabokovun Nobel mükafatına 10cu namizədliyi məlum oldu
04 Yanvar 2025 14:00
Nobel, Dublin, Buker, Pulitzer... 2025 ci ilin nüfuzlu ədəbiyyat mükafatlarının qalibləri kimlərdir?
07 Dekabr 2025 15:02
Baxış sayı:172
Bu xəbər 10 Sentyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















