Icma.az
close
up
RU
Noqeyranın başı Şamaxı ya bəla oldu

Noqeyranın başı Şamaxı ya bəla oldu

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabah (Bakı) - Şamaxı 3:1 (1:1)
92. Stas Pokatilov - 6,0
17. Tellur Mütəllimov - 5,0
(10. Namik Ələskərov, 46) - 5,5
8. Ayaz Quliyev - 6,0
(9. Anatoli Nuriyev, 68) - 6,0
5. Rəhman Daşdəmirov - 5,5
6. Abdulax Xaybulayev - 5,5
(15. Seymur Məmmədov, 88) - qiymətsiz
18. Pavol Şafranko (k) - 7,0
40. İqor Noqeyra - 7,5
3. Con İrasabal - 6,5
13. İvan Lepinitsa - 5,5
12. Vinsent Till - 5,5
(70. Cesse Sekidika, 59) - 5,5
33. Umarali Raxmonaliyev - 5,0
(4. Sofian Çakla, 46) - 5,5
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
89. Rauf Əyyubov
32. Elgün Dünyamalıyev
7. Boyan Letiç
99. Neqoş Kupusoviç
83. Stefen Ende
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: İqor Noqeyra
1. Rikardo Fernandes - 6,0
14. Vüsal Məsimov - 5,0
(82. Rüfət Abbasov, 59) - 5,0
5. Arsen Ağcabəyov - 5,5
23. Murad Vəliyev - 5,0
(60. Səbayıl Bağırov, 68) - 5,0
18. Cəlal Hüseynov - 5,5
6. Rauf Rüstəmli - 5,0
12. Maykl Tuik - 5,5
(73. Elmar Məmmədov, 77) - qiymətsiz
20. Leroy Mikels (k) - 7,0
30. Andrey Tırkovyanu - 6,5
(19. Fəxri Məmmədli, 77) - qiymətli
3. Vladislav Veremeyev - 6,0
33. Alfons Msanqa - 5,5
(24. Edqar Adilxanov, 77) - qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Leroy Mikels
Qollar: İ.Noqeyra, 12 (1:0, A.Quliyev). L.Mikels, 26 (1:1, A.Tırkoveanu). İ.Noqeyra, 72 (2:1, A.Nuriyev). P.Şafranko, 90+3 (3:1, C.İrasabal).
Vərəqələr: A.Quliyev, 22 (qeyri-idman hərəkəti). N.Ələskərov, 74 (qeyri-idman hərəkəti). İ.Lepinitsa, 83 (qeyri-idman hərəkəti). V.Veremeyev, 90 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FƏRİD HACIYEV, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Müslüm Əliyev (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
9 may. Bakı. "Bank Respublika Arena". 701 tamaşaçı (8700 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
"Şamaxı" ilə bağlı məsələyə aydınlıq gəlib: premyer-liqadakı yerini qorumağı bacaran bölgə təmsilçisinin mövsümü hansı pillədə bitirəcəyinin prinsipial əhəmiyyəti yoxdu. Digər tərəfdən, "Sabah"ın çempionat yoluyla avrokuboklara yollanmaq şansı tükənmək üzrədi. Lakin ölkə kubokunun finalında "Qarabağ"la qarşılaşacaq "bayquşlar" üçün hələ heç nə bitməyib. Deməli, mayın 31-də keçiriləcək oyuna qədər həm fiziki, həm də psixoloji durum yüksək səviyyədə olmalıdı. Bu üzdən Masazır təmsilçisinin qələbəyə daha çox ehtiyacı var idi desək, yanılmarıq.
Bəli, meydan sahibləri istəyinə çatdı. Amma qonaqların buna imkan verməmək üçün bütün gücünü səfərbər etdiyini deməkdə fayda var.
Komandalar oyunun əvvəlində kəşfiyyat xarakterli mübarizəyə üstünlük versə də, hücum etməkdən çəkinmədi. 2-ci dəqiqədə Vüsal uzaq məsafədən topu cərimə meydançasının həndəvərində fürsət axtaran Tuikə göndərdi. Braziliyalı ötürməni qəbul etməyə hazırlaşırdı ki, Noqeyra rəqibi qabaqladı. "Sabah"ın hesabı erkən açmaq yönündə ilk cəhdinə isə Rikardo mane oldu. Portuqaliyalı qapıçı Tillin "kürə"ni başla fərqlənmək istəyən Şafrankoya çatdırmasına imkan vermədi. Hər halda, Rikardo “Sabah”ın ikinci cəhdində "ağ bayraq qaldırdı". Daha doğrusu, "bayquşlar" 12-ci dəqiqədə künc zərbəsindən maksimum faydalandı - Noqeyra Ayazın göndərdiyi topu başla tora qovuşdurdu.
Növbəti təhlükəli vəziyyəti də Masazır təmsilçisinin ifasında izlədik. Qonaqların xoşbəxtliyindən Rikardo bu dəfə yerində idi. Qapıçı 22-ci dəqiqədə təxminən 25 metrdən fərqlənmək eşqinə düşən Umaralini sevinməyə qoymadı. Hadisələrin axarına əsasən "Sabah"ın təşəbbüsü ələ aldığını, tezliklə fərqi artıracağını düşünməyə başlamışdıq ki, Tırkovyanu gümanları alt-üst etdi. Meydan sahiblərinin müdafiə xəttində ciddi boşluq görən rumıniyalı topu uzun ötürməylə Leroy Mikelsə çatdırdı. Sürəti hesabına Noqeyra ilə Telluru qabaqlayan Leroy Pokatilov səddini adlamaqda da çətinlik çəkmədi. Hətta "şirlər" çox keçmədən daha bir qol vura bilərdi. Çünki Fərid Hacıyev Leroyu kobud müdaxiləylə yerə yıxan Ayaz üzündən qonaqlar üçün əlverişli nöqtədən cərimə zərbəsi təyin etdi. Ancaq Pokatilov 30 metrdən "çərçivə"ni nişan almaq qərarına gələn Leroya mane oldu.
33-cü dəqiqədə isə Tillin cəhdi fayda vermədi. Ardından Veremeyev komandasının qəhrəmanına çevrildi. Müdafiəçi Tillin küncdən göndərdiyi, İrasabalın başla tora qovuşdurmaq istədiyi topu qapı xəttinin üstündən uzaqlaşdırdı. Komandalar fasiləyə "sülh"lə yollandı.
2-ci hissənin əvvəli "şirlər"in təşəbbüsü ələ almaq cəhdləriylə yadda qaldı. Qonaqlar məhz bu ərəfədə fərqlənə bilərdi. Çünki Abdulaxın Tırkovyanuya kobud müdaxiləsi üzündən təyin edilən cərimə zərbəsi ideal fürsət idi. Ancaq Andreyin qapı önünə çatdırdığı top Cəlalın başla qeyri-dəqiq zərbəsi üzündən "çərçivə"dən keçmədi. Ardınca Till, Tırkovyanu və Sekidikanın qol cəhdlərini izlədik. "Sabah"ın futbolçuları dəqiq oynamadısa, "Şamaxı"lı Pokatilova uduzdu. Oyunun axarından belə görünürdü ki, gec-tez növbəti qol vurulacaq. 72-ci dəqiqədə Noqeyra Anatolinin künc zərbəsindən göndərdiyi topu başla tora qovuşdurmaqla dubla imza atdı. Hesabı bərabərləşdirməyi arzulayan "şirlər"in hücum cəhdi isə uğursuzluğa düçar oldu. Çünki Pokatilov Rüfətin topu cərimə meydançasındakı Səbayıla çatdırmasına göz yummadı.
83-cü dəqiqədə Cəlal sürətlə cərimə meydançasına daxil olmağa çalışan Şafrankonu kobud müdaxiləylə dayandırdı. Onun topu ələ keçirməyə yox, rəqibi yıxmağa hesablanmış addımı bariz görünsə də, Fərid Hacıyev qayda pozuntusunu qeydə almadı - "davam" işarəsi verdi. Belədə fürsətdən yararlanan Arsen təhlükəni sovuşdurdu. Yekun nəticəni 90+3-cü dəqiqədə Şafranko müəyyənləşdirdi. İrasabalın ötürməsiylə topa yiyələnən slovakiyalı Veremeyevi qabaqladıqdan sonra sol ayaqla uzaq küncü dəqiq nişan aldı. Beləliklə, "Sabah" mövsümdə ilk dəfə "Şamaxı"nın öhdəsindən gələ bildi. "Şirlər" isə 4 oyunluq məğlubiyyətsizlik seriyasının qırılmasına üzüldü.
Gözdən qaçmadı
* 10-cu dəqiqədə meydanda futbolda az rast gəlinən hadisə yaşandı. Belə ki, Rəhmanın qapı qarşısına göndərmək istədiyi top Arsenin başına çırpıldı. Qüvvətli zərbənin təsirindən yerə yıxılan futbolçu həkim müdaxiləsinə ehtiyac duydu.
* Ayxan Abbasov 15-ci dəqiqədə Arseni kobud müdaxiləylə yerə yıxan Lepinitsaya yalnız sözlə xəbərdarlıq edən Fərid Hacıyevə sərt etiraz etdi. Baş məşqçi "Sabah"ın ikinci qolundan sonra da özündən çıxdı. Belədə ədalət təmsilçisi ona yaxınlaşaraq şifahi xəbərdarlıq etdi.
* "Sodati di Sabah" fanklubu tribunada idi. "Şamaxı"nı isə 30 sıravi azarkeş dəstəkləyirdi. Onlar bənövşəyi rəngli köynəklər geymişdi.
* 42-ci dəqiqədə stadiondakı projektorlar söndü. Fərid Hacıyev bu səbəbdən matça problem aradan qaldırılana qədər - 1 dəqiqə 20 saniyəlik fasilə verməli oldu. Bu, oyun ərzində ikinci belə hal idi. Sadəcə, birinci dəfə baş verəndə hələ hava qaralmadığı üçün hiss olunmamışdı.
* Noqeyra matçdan sonra formasını azyaşlı tərəfdarlardan birinə verdi. Əvəzində azarkeş ona futbolçunun ailəsiylə birgə şəkillərinin yer aldığı çərçivə bağışladı.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 May 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see302

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see244

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see231

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see198

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see184

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see183

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see180

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see176

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see173

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see170

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see168

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see167

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see167

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see166

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see165

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see163

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see162

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see159

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see155

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri