Icma.az
close
up
RU
Norfolk sakini oğurlandığı güman edilən XVI əsrə aid rəsm əsərini təhvil verməkdən imtina edir

Norfolk sakini oğurlandığı güman edilən XVI əsrə aid rəsm əsərini təhvil verməkdən imtina edir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 11 mart, AZƏRTAC

XVI əsrə aid “Madonna və uşaq” rəsm əsəri yarım əsr əvvəl İtaliyanın şimalındakı bir muzeydən oğurlandıqdan sonra izsiz yoxa çıxıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, indi tablo oğurlanmış sənət əsərlərinin məlumat bazalarına salınmasına baxmayaraq, norfolklu qadının ixtiyarındadır.

Rəsm Londonda Milli Qalereyada təmsil olunan italiyalı Antonio Solario tərəfindən çəkilib. Onu himayə edənlər arasında İtaliya ilə ticarət edən bristollu parça taciri də var idi. Rəsm əsəri 1872-ci ildə Belluno Muzeyi tərəfindən alınıb, 1973-cü ilə qədər burada qalıb və bir neçə başqa rəsmlə birlikdə oğurlanıb.

Onlardan bəziləri tezliklə Avstriyada tapılıb. “Madonna və Uşaq” mərhum keçmiş həyat yoldaşı Baron de Dozsa tərəfindən 1973-cü ildə satın alındığı üçün indi ona sahib olduğunu iddia edən Barbara de Dozsanın sərəncamına keçib. Boşanana qədər onlar əsəri XVI əsrdə tikilmiş evlərində, VIII Henrixin “şəhər ətrafındakı kiçik saray” adlandırdığı Feykenhemdəki İst-Barşam mülklərində saxlayıblar.

2017-ci ildə de Dozsa rəsm əsərini regional hərrac evi vasitəsilə satmağa cəhd edib, lakin onu Belluno muzeyi ilə əlaqəsi olan adam görüb və əsəri İnterpol və İtalyan Karabinerləri də daxil olmaqla polis qüvvələrinin “ən çox axtarılanlar” siyahısında olduğunu təsdiqləyib.

COVID-in səbəb olduğu gecikmələrə görə, İtaliya rəsmiləri Britaniya polisinin tələb etdiyi müvafiq sənədləri təqdim edə bilməyib, buna görə də rəsm 2020-ci ildə de Dozsaya geri qaytarılıb.

İncəsənət mütəxəssisi Kristofer Marinello dəfələrlə qadını rəsm əsərini qanuni sahibinə qaytarmağa inandırmağa çalışıb. Lakin o, 1980-ci il tarixli Məhdudiyyət müddəti haqqında Qanununa görə istinadla bu təklifi rədd edib.

Qadın iddia edib ki, saxlama və sığorta xərcləri ilə yanaşı, problemi həll etmək üçün 6 min funt sterlinq məhkəmə xərcləri ödəməli olub. Kristofer Marinello iddia edib ki, əgər o, bu xərcləri qadına qaytarsa, de Dozsa rəsmi ona geri qaytaracaq.

“Onun həyat yoldaşı 1973-cü ildə əsərə bir neçə yüz dollardan artıq pul ödəyə bilməyib. İndi bu, yəqin ki, 60-80 min funt sterlinqə (təxminən 75 mindən 100 min dollara qədər – red.) başa gəlir. Karabinerlər onu öz məlumat bazasına daxil ediblər və onu heç vaxt ordan silməyəcəklər. Rəsm İtaliyaya göndəriləndən dərhal sonra müsadirə olunacaq”, - deyə o, bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri