Icma.az
close
up
RU
Normadan artıq yük...

Normadan artıq yük...

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün bir çox yük maşınları normadan artıq yük aparır. Bu isə avtomobil yollarında müyyən problemlər yaratmaqla yanaşı, həm də qəza vəziyyəti yaradır.

Təəssüflə qeyd etməliyik ki, yol polisinin apardığı maarifləndirmə işlərinə baxmayaraq, yenə bir çox sürücülərə  yük maşınlarına  normadan artıq yük yığdırırlar. Əlbəttə dediyimiz kimi yol polisi davamlı olaraq  bu sahədə  profilaktik tədbirlər həyata keçirır, onlarla söhbətlər edilir və lazım gələndə qanununu pozan və normadan artıq yük daşıyan sürücülər inzibati məsuliyyətə cəlb olunurlar.

Bir neçə gün bundan əvvəl respublikanın avtomobil yollarında yük maşının aşması nəticəsində mişar daşları yola səpələnib. Digər bir yük maşınından isə taxtalar yola aşıb. Xoşbəxtlikdən ölüm və xəsarətalma hadisəsi baş verməyib. Operativ olaraq Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qabaqlayıcı tədbirlər görülüb və avtomobil yolunda  yaranmıs mövcud problemlər  qısa zaman kəsiyində aradan qaldırılıb. Və bir müddətdən sonra yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı , polis baş  leytenantı Elvin Hacıyev deyir ki, biz mütəmadi olaraq  yük daşıyan sürücüləri maarifləndiritik ki, onlar normadan artıq  yük daşımasınlar və sürət həddinə əməl etsinlər,bir sözlə, qanunu pozmasnlar. Amma əfsuslar olsun ki, aparılan təbliğat və izahat işlərinə baxmayaraq, yenə normadan artıq yük aparan sürücülərə rast gəlirik.

Bir daha onlara müraciət edərək deyirik  ki, respublikanın avtomobil yollarında yük daşıyarkən  mövcud qanuna əməl etsinlər və normadan artıq yük daşımasınlar. Qanunun pozulması isə birmənalı olaraq avtomobil yolunda qəzaların baş verməsinə  səbəb olur və digər nəqliyyat vasitələri üçün  təhlükə yaradır!!!

Emil Faiqoğlu          

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Noyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri