Icma.az
close
up
RU
Norveç Nobel Sülh Mükafatı laureatı haqqında məlumatların sızma ehtimalını araşdıracaq

Norveç Nobel Sülh Mükafatı laureatı haqqında məlumatların sızma ehtimalını araşdıracaq

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nobel Komitəsi Mariya Maçadonun qələbəsinə edilən anormal mərclər barədə xəbərlərdən sonra Nobel Sülh Mükafatı laureatı seçkiləri ilə bağlı mümkün məlumat sızmasını araşdırmaq qərarına gəlib.

Bu barədə Moderator.az "Aftenposten"ə istinadən xəbər verir.

Məlumata görə, cümə gününə keçən gecə - laureatın adının açıqlanmasından bir gün əvvəl ehtimalları hesablayan "Polymarket" saytında Venesuela müxalifətinin lideri ilə bağlı mərclər kəskin şəkildə artmağa başlayıb.

Belə ki, cümə günü saat 00:40-da Maçadonun qalib gəlmə ehtimalı 3,75 % idisə, saat 02:00-da bu göstərici 72,8 %-ə yüksəlib. Bu, onun qələbəsinə edilən bir neçə böyük mərcdən sonra baş verib, onlardan biri 67 min ABŞ dollarından çox olub.

Cümə günü axşam Nobel İnstitutunun direktoru Kristian Berq Harviken baş verənləri araşdıracaqlarını, lakin laureatın adını neçə nəfərin bildiyini açıqlamayacaqlarını söyləyib. "Düşünürəm ki, bunun sızma olduğuna əmin olmaq hələ tezdir. Amma biz bunu araşdıracağıq", - Harviken bildirib.

Onun fikrincə, burada söhbət, böyük ehtimalla, "rəqəmsal sızma"dan gedir.

Qeyd edək ki, bu gün Nobel Sülh Mükafatı Komitəsi mükafatı Venesuela parlamentinin keçmiş üzvü və müxalifətçi siyasətçi Maria Korina Maçadoya verib. Mükafata ABŞ Prezidenti Donald Tramp da namizəd olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Oktyabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri