Norveç Polşaya hərbi texnika köçürdür...
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Norveç Ukraynaya hərbi yardımın çatdırılması marşrutlarının təhlükəsizliyini təmin etmək üçün F-35A qırıcılarını, eləcə də NASAMS hava hücumundan müdafiə sisteminin batareyasını Polşaya köçürür.
“2024-cü ilin dekabr ayının əvvəlindən Norveç hərbi və mülki məqsədlər üçün digər ölkələrdən Ukraynaya hərbi təchizatın çatdırılması üçün ən mühüm nəqliyyat qovşağı üzərindəki hava məkanını qoruyacaq”, deyə Norveçin müdafiə naziri Björn Arild Qram bildirib.
Norveç zenitçiləri Polşanın cənub-şərqindəki Rzeszow şəhərindəki hava limanı ərazisində hava hücumundan müdafiəni təmin etməlidirlər.
Missiya 2025-ci il aprelin ortalarına qədər davam edəcək.
Qeyd olunur ki, Norveç zenitçilərinin yalnız Polşanın hava məkanında fəaliyyət göstərmək səlahiyyəti var.
Ülviyyə, Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 06 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















