Norveçli forvard Robert Levandovskinin rekordunu təkrarlayıb
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Norveçli hücumçu Erlinq Haland Avropa və dünya çempionatının seçmə mərhələsində vurulan qolların sayına görə rekordu təkrarlayıb. Sport24.az xəbər verir ki, qrup mərhələsinin son matçında İtaliyaya qarşı oyunda (4-1) Haland iki qol vuraraq qollarının sayını 16-ya çatdırıb.
O, bununla 2018-ci ildə Rusiyada keçirilən mundialın seçmə mərhələsində 16 qol vuran Polşalı Robert Levandovskinin rekordunu təkrarlayıb.
Bu göstəricidə rekord isə İran millisinin keçmiş yarımmüdafiəçisi Kərim Bageriyə məxsusdur. O, 1998-ci ildə dünya çempionatının seçmə mərhələsində 19 qol vurub.
Qeyd edək ki, Norveç 28 ildən sonra ilk dəfə mundiala vəsiqə qazanıb. Onlar İtaliya, İsrail, Moldova və Estoniyanın yer aldığı qrupda birinci yeri tutublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 17 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















