Notarius vəzifələri üzrə müsabiqədə iştirak edənlərlə müsahibə keçiriləcək
Icma.az, Apa.az saytına istinadən bildirir.
Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərlə müsahibə keçiriləcək.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin İxtisas komissiyası bildirib ki, notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə noyabrın 14-də keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibənin keçirilməsinə dekabr ayının 18-dən etibarən başlanılacaq.
Müsahibə fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcək.
Xatırladaq ki, imtahanın keçirilməsi qaydalarına görə, müsahibənin nəticələrinə əsasən uğur qazanmış namizədlər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər və təlimin yekunlarına dair qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.
Əlavə məlumatları (012) 510-10-01 (daxili nömrə: 10252 və ya 10270) nömrəli telefon vasitəsilə əldə etmək mümkündür.
Baxış sayı:97
Bu xəbər 09 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















